Архив тегов | Mirzə Əlil

HAKİM VƏ ƏRİZƏÇİ

SƏHNƏCİK

Ərizəçi: Vətəndaş hakim, mən İlham Əliyevi məhkəməyə verirəm, bu da ərizə.

Hakim: Vətəndaş, ünvanı sıhv salmısan. Ərizəni götür get dəlixanaya.

Ərizəçi: Vətəndaş hakim, məni niyə dağa-daşa salırsan? Mən dəli məhkəməyə vermirəm, mən ağıllı adamı məhkəməyə verirəm, ölkə rəhbərini məhkəməyə verirəm…

RAMİZ MEHDİYEVLƏ DOST OLUN, XEYİR GÖRƏRSİZ!

Prezident administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev Facebookda səhifə yaradıb. Səhifə yaranan kimi onu minlərlə insan bəyənib. Səhifənin böyük müalicə əhəmiyyəti var. Bu səhifə onu bəyənənləri çopurluqdan, gözüqıyıqlıqdan, babasildən, qarınağrısından, dazlaşmadan müalicə edir. Akademik Mehdiyevin səhifəsi kişilərin potensiyasını da birə beş artırır. Səhifəni bəyənən arvadların mollaya gedib sevgi duası yazdırmağa ehtiyacı yoxdur, çünki səhifə özü yolunu azmış ərləri dinə-imana gətirir.

Səhifəni üç dəfə bəyənənlərin maaşı artır, beş dəfə bəyənənlərin lotoreyası udur. Lerik rayonunun dağ kəndlərinin birinin sakini Ramiz Mehdiyevlə Facebookda dost olan kimi inəyi ekiz doğub.

OYUNUNUZ OLSUN, A SALYANLILAR…

Bu yaxınlarda Salyanda bir vur-çatlasın olub ki, gəl görəsən…

İqtidarla müxalifət bir yerə yığılıb Rəsulzadənin yubileyini keçiriblər. İcra başçısı, prokuror, hakim, polis rəisi, notarius, türmə rəisi, VVAQ müdiri, azpetrol, yol müfəttişi, cəbhə, müsavat…Hamı qol-boyun olub, bir marçamarç düşüb ki, şadlıq evinin yanından keçənlər elə biliblər içəridə erotik film göstərirlər…

Süfrədə də dünyanın bütün naz-neməti…Balıq da olub, kürü də olub, ağ da olub, qara da olub…

İcra müxalifətin sağlığına vurub, müxalifət icranın… Bir vurhavur olub ki…

İki dəfə yüngül dava düşüb. Bir dəfə ideoloji zəmində, bir dəfə də oynamaq üstündə. İki nəfərə kəllə, üç nəfərə bıçaq vurulub. Zərərçəkənlərə elə ordaca icra başçısı şəhid statusu verib.

Yeyib-içmək səhərəcən çəkib. Səhər açılanda gülləri götürüblər ki, aparıb qoysunlar Rəsulzadənin abidəsinə. Yadlarına düşüb ki, Rəsulzadənin Salyanda abidəsi yoxdur. İcra başçısı deyib ki, hələlik gülləri qoyaq öndərimiz Heydər Əliyeviin abidəsinə, qalsın, haçan Rəsulzadəyə abidə qoyular, gülləri aparıb qoyarıq ora. Elə də ediblər…

Sonra icra başçısı gedib öz idarəsinə. Müxalifətçlərdən bir neçəsi də düşüb onun dalınca ki, biz daha qardaşıq, bizə də idarədə bir yer ver.  İcra başçısı polislərə göz eləyib, polislər üzlü müxalifətçilərə bir neçə yağlı dəyənək çəkib qaytarıblar….

Bu əhvalatı icra başçısı telefonla İlham Əliyevə danışıb. İlham əliyev o qədər gülüb ki, az qalıb qarnı cırıla…

 

05.02. 2014-02-0 Samara

 

Mirzə Əlil

XALQ HAÇAN OXUDU Kİ, XALQ MAHNISI OLA?

Bizim millət özünü Qarabağdan başqa bir də xalq mahnıları uğrunda qurban verməyə hazırdır. Getdiyin yerdə birdən böyrünə bir dümsük verib saxlayırlar.

— Mirzə, eşitdin də.

— Nəyi eşitdim, a bala?

— Necə nəyi, a kişi, fil qulağında yatmısan? Düşmənlərimiz yenə xalqımızın mahnısını oxuyub öz adlarına çıxdılar…

Vallah, heç bilmirsən nə deyəsən… Mən bilmirəm xalq mahnısı nə olan şeydir. Çünki ağlım kəsəndən xalqımızın mahnı oxuduğunu görməmişəm. Gürcü xalqı hə, arvadlı-kişili yığılıb səs-səs verirlər, oxuyurlar. Bizim xalq oxumur. Bizdə mahnıları manıslar oxuyurlar. Bir manıs sintezator çalır, o biri manıs oxuyur. Bunlar hardan xalq oldular?

Başqa yerləri bilmirəm, bizdə nəinki oxuyanı, hətta zümzümə edəni də həmişə lağa qoyublar. Kişilər yenə heyvan-zad otaranda kola girib aman-aman deyərdilər, qadınlar heç oxumazdı, çünki oxuyan qadın pozğun sayılırdı. Qabaqkı arvadlar körpələrə layla çalardılar, indikilər deyəsən bunu da eləmirlər. Saqqız çeynəyə-çeynəyə seriala baxan gəlin necə oxusun?

Əlbəttə, haçansa xalq oxuyub, bunu danmıram. Amcaq neçə illərdir ki, xalq ancaq mələyir, çünki xalqı mələdirlər. Oxumaq istəyən xalq gərək mələməyi tərgidə, qoymaya onu mələdələr…

Kim nə deyir desin, mənim fikrimcə, oxumayan xalqda xalq mahnısı olmaz. O ki qaldı mahnıdan ötrü yağı düşmənlərlə vuruşub qan tökməyə, qoy manıslar gedib vuruşsunlar. Bəlkə sayları da bir qədər azala…

Mirzə Əlil

04.02. 2014 Samara

MİN İL KƏLLƏ-KƏLLƏYƏ

nar

Azərbaycanda müsavat-cəbhə qarşıdurması sünni-şiə qarşıdurmasından daha qədimdir, kökü islamdan əvvəlki dövrlərə gedib çıxır. “Kitabi-Dədə Qorqud” dastanlarında cəbhəçilərlə müsavatçıların mübarizəsi geniş əks olunub. Müasir Azərbaycanda bu qarşıdurma daha da kəskinləşib. Məlumdur ki, müsavatçılar cəbhəçilərə qız verməzlər, onlardan qız almazlar. Qızı müsavatçı oğluna qaçmış cəbhəçi deyir ki, qızım ölsəydi ya da yapçıya qaçsaydı, bundan min dəfə yaxşı olardı. Müsavatçı mollalar məclislərdə cəbhəçilərə, cəbhəçi mollalar müsavatçılara lənət deyirlər. Müsavatçı valideynlər qoymazlar ki, onların uşaqları cəbhəçi balalarıyla bir partada otursunlar. Cəbhəçi kişilər heç vaxt müsavatçı dəlləklərə baş qırxdırmazlar. Məlumdur ki, müsavatçılarla cəbhəçilərin hamamları həmişə ayrı olub. Müsavatçı, ürəyi yansa da, cəbhəçi qapısına gedib su istəməz. Cəbhəçi müsavatçıya su versə, qabı sonradan ya sındırar, ya da atar zibilliyə, çünki müsavatçının su içdiyi qab yumaqla təmizə çıxmaz.
Xarici jurnalistlərin yazdığına görə, müsavatçıları cəbhəçilərdən ayırmaq çətin deyil. Müsavatçılar dolmanı yarpaqlı-yarpaqlı yeyirlər, cəbhəçilər dolmanın yarpağını soyurlar. Cəbhəçilər yeriyəndə əvvəl sol ayaqlarını atırlar, müsavatçılar isə sağ ayaqlarını. Cəbhəçilərin bığları müsavatçıların bığlarından yekədir, ancaq cəbhəçiılərin qarınları bir az kiçikdir. Cəbhəçilər and içəndə “Sən öl!” deyirlər, müsavatçılar isə “Özüm ölüm!”
Bunlar, əlbəttə, kişilərə aiddir. O ki qaldı qadınlara, onlar barədə bir söz demək çətindir, çünki müsavatçıların da, cəbhəçilərin də arvadları qıraq-bacağa çıxmazlar…

18.01. 2014-01-18

Mirzə Əil

 

газета ОЧАГ 2013-12

скрин 2013-12очаг12_цветной_2013

газета ОЧАГ 2013-11

скр2013-11-2очаг11_цветной_2013

BİZİM MİLLƏT ALLAHI DA BEZDİRİB…

Allah saxlasın!

Allah işini avand eləsin!

Allah pul yetirsin!

Allah toy qismət eləsin!

Allah başına daş salsın!

Allah anasını ağlar qoysin!

Allah yaxşı müştəri salsın!

Allah baisin evini yıxsın!

Allah istəməyəni kor qoysin! Və  bu qəbildən saysız cəfəngiyyat…

Ay millət, özünə qoyul! Allah nə edəcəyini səndən yaxşı bilir!

 

01.12.2013

BAYRAMINIZ MÜBARƏK!

nar

Ah, Vətən! Bu gün Azərbaycanda bayramdır… Dirçəliş günü…
Ah, Vətən!
Muğamat, Aşura, şor…
Sünnət toyu, İmam ehsanı, Az TV…
Bu Dirçəliş günündə Vətənin necə dirçəldiyini görüb sevinməyən insan olmaz, olsa da ol şəxsdə vicdan olmaz!
Azərbaycan məşədilərin sayına görə dünyada birinci, kərbalayıların sayına görə ikinci, hacıların sayına görə üçünncü yerə çıxıb!
Azərbaycan dünyaya verdiyi töhfələrlə millətin başını ucaldıb: Azərbaycan Ermənistana Qarabağ və üstündə də yeddi rayion, Gürcünstana neft, qaz və Heydər babanını heykəlini, Rusiyaya iki milyon qastarbayter, Avropa diplomatiyasına tonlarla qara kürü verib!
Ah. Vətən!
Palçıq, yağış, qarğış, anaşa, bıçaqlaşma…
Bəy tərifi, qeybət, rüşvət, molla kəbini…
Əliyevlər Paşayevlər, Heydərovlar, Mehriban xanım, Mehriban xanıma ərizə…
Borc, kredit, faiz, infarkt, insult, türmə…
Qaçqınlar, köçkünlər, kefxanalar, hamamxanalar, yavaxanalar, Bayraq meydanı…
Heç bir ölkədə Allahın adı Azərbaycanda olduğu qədər çəkilmir. Bir gündə azərbaycanlıların neçə dəfə “Allah” dediyini saya bilən kompüteri hələ yahudilər və xaçpərəstlər yarada bilməyiblər, çünki qeyrətləri yoxdur…
İndi bu yazını oxuyan hər millət övladı deyəcək: “Mirzə Əlil, Allah sənin…”
Ah, Vətən!
Muğamat, bulvar, baobab, Aygün Kazımova…
Aşura, şor, dərd, göz yaşları…
Bayramınız mübarək…

Mirzə Əlil
17.11. 2013 Samara