Архив тегов | rəssamlıq haqqında şeir

RƏSSAM

Küçənin piyada zonası. Burda

Maşın yox, adam da çox deyil elə,

Səhər indi-indi açılır hələ,

Şəhərin yarısı hələ yuxuda.

 

Saçı-saqqalı çal ahıl birisi,
Xaral boyda iri zənbili açır,
Şəkillər çıxarıb divardan asır,

Çərçivə içində şəkln hərəsi.

 

İlk dəfəgörmürəm bu rəssamı mən,

Onu əvvəlllər də, hər fəsildə həm,

Öz şəkillərini satan görmüşəm,
Vaxt olur, yığışır neçəsi birdən.

 

Çox soyuq deyildir hələ ki, hava,
Çoxdan nə qarı var, nəd də yağışı.

Asan iş deyildir küçə satışı,
Yorğun ayaq üstə, üstəlik yağa…

 

Bu rəssamlıq ki, var, öz aramızda,

Çox çətin peşədir, düzünü desək.

Bu işdə, əlbəttə, istedad gərək,
Təkcə istedadsa, heyf ki, ki, azdır.

 

Gərək şəraiti ola bu işin,
Ola idealda emalatxanan.

Pəncərəsi çaya, dənizə baxan,
Dörd fəsil işığı düşə günəşin.

 

Rənglərin gərəkdir yüz əlli cürü,

Kətanın da ola istədiyincə,

Qarnın da tox ola gündüz, həm gecə,
Çatmaz fırçaya da, yeməsən, gücün…

 

Əlbəttə, Yaradan talantı verir,

Özün yaradasan gərək qalanı.
Kim alıb verəcək rəngi, kətanı,

Zəifsə, ölürsə küçədə alver…

 

Şairin, nasirin işi asandır,
Bu iş rəng istəmir, kətan istəmir.

Bir köhnə kompüter varınsa, bəsdir,

Yer tapıb otursan, işin avanddır.

 

İstəsən roman yaz, şeir yaz ya da,
Basa bilirsənsə klavişləri.

Yüz minlərlə söz var – sənin hər biri,
Hamısı havayı istifadədə…

 

Birisi elə mən özüm…haçandan,
Bir söz axtarıram yüz min içindən,
Çəkib götürməyə qorxuram hərçənd,
Dağ uçar başıma elə bil o an…

 

Rəssamsa…qan-tərə batıb bu zaman,

Kətan üzərində yenə əlləşir,
Onun işi hər gün mürəkkəbləşir,
İndi hamı çəkir – gözəl və asan.

 

İndi hər aparat şəkil çəkəndir,
Qol saatı, üzük qaşı da çəkir.

Bəlkə cihazların var eləsi ki,

İynənin ucunda yerləşir indi.

 

Rəssamsa savaşda çəkilmir geri,
Döyüş meydanıdır önündə molbert.

Fırçanı sıxmağa var hələ taqət –

Davidlə Qoliaf savaşı gedir…

 

17. 11. 2026, Samara