Архив тегов | satqınlar

ARVADLAR BALAQLARINI ÇIRMALAYIB, KİŞİLƏR DƏ ŞALVARLARINI ÇƏKƏ-ÇƏKƏ…

Kultura.az portalında Əkrəm Əylislinin müdafiəsinə həsr olunan bəyənat dərc olunub və imza toplanılır.

Belə razil və satqınlıq ruhuyla aşılanmış mətnlər az olur!

Bəyənat müəllifləri yazırlar: “ Bizə vətən lazımdır, amma ondan qabaq bir ölkəni vətənimizə çevirə bilən təminatlar, o cümlədən ifadə azadlığımıza təminat lazımdır”.

Başa düşdünüz?

“Bizə vətən lazımdır, vətəndən artıq…”

Üslub, əlbəttə, fantastika səviyyəsindədir – “Vətən lazımdır”(!) – yəni hamamda isti su kimi, bazarda keyfiyyərli ət kimi, Avropa ya Amerika qrantı kimi… Bu bir yana, bu “lazımlıq” özü də şərtləndirilir: əgər… Və bu şərt ödənməsə? Onda Qubanı da verin, Salyanı da, Şəkini də… Bakının da açarlarını verin ermənilərə, çünki söz azadlığı yoxdur…

Vətəndən artıq?

Bunu yəqin son günlər balağını çırmalayıb ortalığa düşən Xədicə İsmayıl yazıb…

Ayıb deyilmi?

Daha bir sitat: “ABŞ Prezidenti Teoder Ruzvelt bu barədə demişdir ki, «Əgər vətənin müdafiəsi yalnız insan azadlığının qurban verilməsi hesabına mümkündürsə, mənə belə vətən lazım deyil».

Bəyənat yazanlar ya Amerika tarixini bilmirlər, ya xam adamları azdırırlar. Amerikanın daha populyar və daha istəkli prezidenti Franklin Ruzvelt ikinci dünya müharibəsi dövründə ABŞ vətəndaşı olan 120 min yaponu həbs düşərgələrinə salmışdı.

Vətən naminə…