Архив тегов | Selcan xatın

SELCANIN DA QANTURALIYA ONU SINADIĞINI DEDİYİ

(Qanlı qoca oğlu Qanturalı boyu)

Oyanıb durardım, igid, yerimdən,
Qarayallı Qazlıq atı minərdim.

Çıxardım atamın ağban evindən,
Qalxıb Ala dağa ov eləyərdim.

Əlvan quş qovarıdım, sığın qovardım,

Bircə ox atmaqla hədəf vurardım,

Ucluqsuz oxumla səni sınardım,
İgidim, mən sənə məgər qıyardım?

03. 04. 2021, Samara

BARIŞANDAN SONRA QANTURALININ SELCANA DEDİYİ

(Qanlı qoca oğlu Qanturalı boyu)

Ulduz tək sayrışan incə donlu yar,

Gedəndə yergörməz ayaqların var,
Qar üstdə qan kimi yanaqların al,
Qoşa badam sığmaz, ağzın elə dar!

Qara qaşlarını çəkib qələmçi
Hörəndə qırx tutam qapqara saçın!

Sən sultan qızısan, şir nəsillisən,
Səni öldürməyə qıyardımmı mən?

Özümə qıyaram, sənə qıymaram,
Səni sınayırdım, sarı don yarım!

02. 04. 2021, Samara

QANTURALININ FİKRİNDƏN DUYUQ DÜŞƏNDƏ SELCANIN DEDİYİ

U LENİ. KİNO

(Qanlı qoca oğlu Qanturalı boyu)

Aslandır – öyünmək bəyə yaraşar,

Arvad öyünərsə — həddini aşar.

Arvad, öyünməklə ər olmaz axı.

Ağ duvağım altda heç danışmadıq
Ala yorğan altda qucaqlaşmadıq,

Dadlı damaq tutub heç soruşmadıq.

Tez sevib tez doydun, əbləh oğlu, sən.

Qadir Allah bilir sənə sadiqəm,
Yarın, sevgilinəm, igid, elə rəhm!

02. 04. 2021, Samara

SELÇANIN YEDƏYİNDƏ GEDƏRKƏN QANTURALININ FİKİRLƏŞDİYİ

U LENİ. KİNO

(Qanlı Qoca oğlu Qanturlı boyu)

Selcan xatın yerdən duranda indi,
Qarayallı Qazlıq atı minəndə,
Ağban evimizə gəlib çatan tək,

Oğuz qız-gəlini durub gələcək.

Orda öz sözünü hərə deyəndə,

Durarsan, öyərsən özünü sən də.

Deyərsən tərkində çıxardın məni,

Yaxşısı budur ki, öldürüm səni!

01. 03. 2021, Samara