Архив тегов | sevfi şeirləri

ROBERT BERNS. QIZILGÜL KİMİ SEVGİ

Robert Burns

 Qönçələnib açan iyun ayında.

Qızılgül kimidir məhəbbətim də,

Mənim məhəbbətim melodiyadır,

Titrədər ürəyi,  oxşayar həm də.

 +

Necə gözəlsənsə, sevimli dilbər,
Məim məhəbbətim elə dərindir.

Dənizlər quruyub gedənə qədər,
Səni sevəcəyəm, bunu yəqin bil.

 +

Dənizlər qupquru olana qədər,
Qayalar günəşdən əriyənəcən.

Səni sevəcəyəm, sevimli dilbər,

Qumlar tükənincə son dənəyəcən.

 +

Və mənim yeganə sevgim, əlvida!

Əlvida, əlvida, sağ-salamat qal!

Bir gün, mənim eşqim, qayıdaram da,
Hərçənd on min millik bir məsafə var.

ingiliscədən tərcümə

10. 05. 2024

 ++++++++++++++

ROBERT BURNS

A Red, Red Rose

 

O my Luve is like a red, red rose

   That’s newly sprung in June;

O my Luve is like the melody

   That’s sweetly played in tune. Читать далее →

ANNA AXMATOVA. «YAXŞI ALINDI HƏR ŞEY…»

AKHMATOVA

 Yaxşı alındı hər şey, şeytan vermədi ələ,

Elə budur qüdrətin aydın əlamətləri.

Çıxar mənim sinəmdən ürəyimi və tulla,
Ən acına itlərin.

 +

Yaşamağa yaralı canda heç nə qalmayıb,

Demərəm bir kəlmə də.

İndim yox, keçmişimlə fəxr edirəm, bu ayıb,

Nəfəsimi kəsmədə.

1922

ruscadan tərcümə

22. 02. 2024, Samara

 +++++++++++

Анна АХМАТОВА

 Дьявол не выдал. Мне все удалось.
Вот и могущества явные знаки.
Вынь из груди мое сердце и брось
Самой голодной собаке.
Читать далее →