Архив тегов | siyasi dustaqlar

«ARZULA, SOYDAŞIM, ARZUNU BƏSLƏ…»

Doğrusa Darvinin nəzəriyyəsi,

Təkamülsə bizi yaradan əgər,
Azərbaycanlılar, əgər beləsə,
Yaxın zamanlarda uça bilərlər.

 

Yaxın deyəndə ki, bir neçə əsr,
Keçəcək, nə qədər tələssək də biz..

Sərhəd bağlı qala gərək o qədər,
Qanad arzusuna düşə ellimiz.

 

Danışmaq arzusu yaradıb dili,
Yemək arzusuyla yaranıb ağız.

Burun yaranıb ki, iyləyək gülü,

Yaranıb oğlanın arzusuyla qız…

 

Türmədən, qəfəsdən, yuvadan çıxıb
Getmək arzusundan möhtəşəm nə var?

Hər şey də arzudan başlanır axı,

Kimin arzusu var – o, qanadlanar.

 

Arzula, soydaşım, arzunu bəslə,

Bir də görəcəksən qanadların var.

Yoxsa tay olarsan sürünənlərə,
Var bunu da sənə arzulayanlar…

 27. 02. 2026, Samara

ƏVƏZ ZEYNALLI

Çernobl miqyaslı bir nüvə partlayışından,
Möcüzəylə sağ çıxan insandır o elə bil.

O əvvəlki özünün heç oxşarı da deyil,
Nazilən səsi ancaq tanıdır danışanda.

 +

Oxşamır bu dünyanın adamına qətiyyən,
Yoxdur tanış milli ya irqi əlamətləri.

Çətin deyə bilərsən hansı rəngdədir dəri,
Arsızlar ancaq deyər  “saçlarına düşüb dən”…

 +

Çernobl qəzasıdır bu, ya Xirosimadır,
Baş verib, davam edir evimizin içində.

Külə dönür deyənlər, düşünənlər haçandır,
Çıxan varsa da, çıxır, baxın, belə simada…

 

 24. 01. 2026, Samara

AZƏRBAYCAN FAHİŞƏLƏRİ RUS DİLİNƏ KEÇİBLƏR. ERMƏNİ DRAMINA DA VERİRLƏR..

Tofiq Yaqublu haqqında İlham Əliyevin çıxardığı hökmlə bağlı sosial şəbəkələrdə gedən yazıların altındakı sifarişli rəylər Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan cəmiyyətinin çox ciddi deqradasiya yaşadıını göstərir. Minlərlə gənc qadın, kişi hökumət məmurları tərəfindən ya adminstrativ təzyiqlə, ya pulla qanunsuz hökmü tərifləməyə, onsuz da dönə-dönə şərlənmiş, həbslərə məruz qalmış Tofiq Yaqubluya şər yağdırmağa məcbur edilirlər. Əslində bu, fahişəlik fəaliyyətidir və hətta fahişəlik fəaliyyətindən də qat-qat pisdir. Fahişə öz bədənini satır, Azərbaycanın şəbəkə fahişələri isə hökumətin əlində rejim əleyhdarlarını, tənqidçilərini əzmək və əslində məhv etmək üçün alət və vasitədir. Azərbycan, niyə açıq deməyək, çox təhlükəli bir yerə çevrilib, həyatını, işini, mlakını qorumaq üçün ya gərək ləyaqytini itirəsən ya da azadlığını.

Dünya ədəbiyyatında, kinosunda müsbət fahişə surətləri nə qədərdir! Mopassanın “Mademuazel Fifi” hekayəsini oxuyun! Fransa haqqında təhqirli danışan işğalçı alman zabitini bıçaqlayır! Bizim şəbəkə fahişələrindən yaxşı nə çıxar, özlərinin əqidəsizlikləri bir yana, onlar namuslu vətəndaşları ləkələyir, onların fiziki məhvində iştirak edirlər.

Şər kampaniyasında iştirak edən şəbəkə fahişələri kimdirlər? Onlar hansı ailələrdə doğulub-böyüyüblər, onlar haçan pozulublar və bu pozğun, şərəfsiz həyatla necə barışıb yaşaya bilirlər? Onların yaxınları içindэ abırlısı yoxdurmu? Niyə onların üzünə tüpürülmür?

Bilirəm, dünyada zülm ocağına çevrilmiş dövlətlər çoxdur. Ancaq bəlkə də vətənim olduğuna görə mənə elə gəlir ki, Azərbaycandakı rəzillik dözülməzdir. Əslində иu rəzillik indi yaranmayıb. Mən on illərlə bundan qabaq əvvəl texnikumda, sonra universitetdə oxumuşam, müıkkim işləmişəm. Həmişə hər cür alçaqlığa, yaltaqlığa, şərəfsizliyə hazır adamlar görmüşəm. “İşinin xatirinə… işinin xatirinə…” Qısqanclıqdan, yəni “namus üstündə” bıçaq vuran, baş kəsən soydaşlarımın “şücaəti” məndə heç vaxt hörmət doğurmayıb. Həmin “şücaətli” kişilər məmur qabağında, rəis qabağında ikiqat olurlar. Baxın, Salyan bir vaxt qoçuları ilə tanınıb. Doğrudan da bıçaq vuran kişilər olublar. Ancaq elə həmin kişilərin vaxtında da, sonra da, indi də, raykom katibləri, icra başçıları salyanlıları miniblər, arvadbazlıq da eləyiblər. Bir hampazor başçıya indiyəcən Salyanda bir şillə vurulub? Fəzail Ağamalının, indi də qızının Salyanda deputatlığı Salyanın mərkəzində fahişəxana açmaq kimidir. Kim bu fahişəxanaya bir daş ata bilir? Şortu Tənzilə Rüstəmxanlıya Neftçalada kim güldən ağır söz deyir? Götünü yalayırlar…

Bu necə yaşamaqdır? Allah kəssin!

Bu gün qəribə bir şey gördüm. Tofiq Yaqubluya qarşı “trol” terroruna qatılan şəbəkə fahişələri rus dilinə keçiblər! Bəli, bəli, bizim fahişələr rus dilində yazırlar. Doğrudur, ruscanı Çexovun personajı kimi bilirlər, yəni üç hərfdən ibarət sözdə dörd səhv buraxırlar. Ancaq yazırlar. Niyə?

Bəlkə Azərbaycanın şəbəkə fahişələri Rusiyanın yurisdiksiyası altına keçiblər? Yəni şəxsən Putinin altına yox, yurisdiksiyanın. Elə isə niyə bu iş hazırlıqlı fahişələrə tapşırılmır? “Böyük və qüdrətli” rus dili ilə bu qədər  kobud rəftar Putinin xoşuna gəlməyə də bilər və onda qoşun göndərib şəbəkə fahişələrinin də, onların sutenyorlarının da götünü dağıdar..

Bəlkə Azərbaycan fahişələri Ruisyada müştəri axtarırlar? Belə çıxır ki, rus rubluna da verməyə hazırdırlar.

Bəs belorus rubluna?

Bəs qazax tengesinə?

Bəs türkmən manatına?

Bəs erməni dramına?

Mənə elə gəlir ki, Tofiq Yaqublunu daşa basan bu fahişələr, kişili-arvadlı, erməni dramına da məmnuniyyətlə verərlər.

Ən dəhşətli olan nədir? Ən dəhşətli odur ki, on minlərlə fəhlə-kəndli balası bu ölkə uğrunda həyatlarını itirib. İndi ölkə böyük bir yavaxanaya çevrilib. Niyə o gənclər ölürdülər? Torpaq azad oldu? Bəs insan?

Saakaşviliyə də Tofiq Yaqublu qədər iş kəsildi. Saakaşvili prezident olanda demişdi: ölkədə ona görə rüşvətxorluq yoxdur ki, mən özüm rüşvət almıram.

Azərbaycanını qadınlarını və kişilərini kütləvi şıkildə mnıvi şəbəkə fahişəliyinə cəlb edirlərlərsə, bu, “yuxarının” əxlaq standartıdır.

Yəni əxlaqsızlıq standartıdır…

 

12. 03. 2025, Samara

«ŞAH DEDİ AĞLAYIRAM…» VƏ YA PREZİDENT ÜÇÜN PORTRET SİFARİŞİ

“Şah dedi ağlayıram, bəs ki, üzüm çirkindir,

İldə bir görsəm əgər ayinədə surətimi.

Ona ərz etdi vəziri: səni hər gün görürəm,
Nə qədər ağlayıram, indi düşün halətimi!”

Sabirin bu dördlüyündə şah deyir ki, ildə bir dəfə üzünü güzgüdə görsə, onu ağlamaq tutur. Vəziri deyir ki, mən səni hər gün görürəm, indi nə qədər ağladığımı özün təsəvvür elə…

Sabirin bu şeirindən bilmək olmur ki, şah anadangəlmə çirkin olub, yoxsa qocaldıqca eybəcərləşib. Şahın qoca olduğu ehtimalı ağlabatandır, çünki şahlıq ömürlük olur, eləsi uşaq vaxtında taxta oturur, ölənəcən və ya zorla devrilməyənəcən daha o taxtdan durmur. İnsan da, məlumdur ki, qocaldıqca eybəcərləşir. Yaxşısı budur ki, heç güzgüyə baxmayasan. Mən neçə ildir baxmıram. Axırıncı dəfə baxanda gödüm ki, güzgüdəki əksim mənim ağzımı əyir. Fikirləşdim ki, məni bəlkə qara basır. Həkimə getdim. Həkim məni başa saldı ki, ağız əyən əksim deyil, ağzım özü əyilib. Yəqin ki, qocalıqdan…

O vaxtdan adam içinə çıxmıram. Dost-tanış da məndən qaçır. Qabaqlar tez-tez Mirzə, gedək Volqa qırağında gəzə-gəzə söhbət edək” deyənləri çoxdan görmürəm.

Mən qocalıb eybəcərləşdiyimə çox da məyus deyiləm. Çünki cavanlıqda da elə baxımlı olmamışam. Yəni bir şey itirməmişəm. Ancaq cavanlıqda gözəl olub qocaldıqca eybəcərləşən insanlar da çoxdur. Məsələn, götürək elə bizim əlahəzrət prezidentimiz İlham Əliyevi. Cavanlıq şəkillərinə baxırsan – tavtalogiya olmasın – şəkil kimi oğlandır. Düzdür, Alen Delon kimi gözəl, Hemfri Boqart kimi impozant deyil, ancaq qəşəng oğlandır. İndi baxırsan, az qalırsan başına ikiəlli qapaz salasan. Yəni mən öz başımı nəzərdə tuturam. Yəni başına qapaz salıb demək istəyirsən ki, hanı o gözəllik, yəni Əliağa Vahid demişkən, hanı o hüsn, o camal. Hanı o şanə. Şanə  — yəni daraq. Zülf, yəni saç gedəndən sonra, əlbəttə, şanə də gedəcək… Vahid deyirdi: “Zülfün tökülmək adətidir, şanə neyləsin…”

İlham Əliyevin surətindəki neqativ dəyişikliklər məni, Səməd Vurğun demişkən, dərin fikirlərə qərq edir. Bu dəyişiklikləri təkcə qocalıqla izah etmək olmaz. Əlahəzrət o qədər də qoca deyil. Əsində heç qoca deyil. Yaxşı, deyək ki, qocalıqdandır. Bəs üzdəki simmetriyanın pozulmasını necə izah edəsən? Əlahəzrətin üzünün sağ tərəfi sol tərəfindən xeyli fərqlənir, elə bil ki, ayrı adamındır ya da əlahəzrət ordunda tennis topu tutub. Vallah, ağlamalıdır…

Bəlkə deyilənlər doğrudur? Bəlkə insanın yol verdiyi ədalətsizliklər, törətdiyi günahlar onun üzündə öz əksini tapır? Mən əlahəzrətin nə günahlar törətdiyini bilmirəm, ancaq üzündəki neqativ dəyişiklikləri görəndə bilirsən ki, törədib.

Azərbaycanda “Dorian Qrey” romanını oxumayan tapılmaz. Rəssam Bazil Holvard Dorian Qreyin portretini yaratmışdı və, ayıb olmasın, əxlaqsız həyat sürən Dorianın pütün pozğunluqları onun öz üzündə yox, portretdə əksini tapırdı. İndi deyirəm ki, Azərbaycanda Bazil Holvard kimi bir rəssam ola, əlahəzrət prezidentimizin elə bir portretini yarada. Və əlahəzrət bu ölkəyə və onun əhalisinə nə zülmlər eləsə, nəticəsi onun üzündə yox, şəklində əks olunsun…

Bilmirəm, belə bir rəssam tapılarmı. Ancaq bu barədə ciddi düşünmək lazımdır. Çünki əlahəzrət şahdan fərqli olaraq, özünü güzgüdə ildə bir dəfə yox, gündə yüz dəfə görür. Əlahəzrət səhərdən axşamacan özünü ekranda da görür. Və surətini görəndə… Yox, əlahəzrət o məcnunlardan, yəni Sabir təsvir edən şahlardan deyil. Əlahəzrət surətini görəndə ağlamır. Əlahəzrət surətini görəndə ağladır, mələdir. Əlahəzrət istəyir ki, ölkədə düz-əməlli adam qalmasın, hamının ağzı-burnu əyilsin, hamının əqidəsi də əyilib korlansın… Baxır, məsələn, Tofiq Yaqubluya, görür Tofiq Yaqublu ağzı-burnu yerində, qəddi düppədüz, cin vurur beyninə…

Mən də olsam, cinlənərəm…

Gündə ən azı beş ya altı dəfə dua eləyirəm ki, bizim əlahəzrətə gələnlər Makrona gəlsin. Emmanueli deyirəm. Ancaq gəlmir. Baxıram Emmanuelə, görürəm ağız-burun yerində, özü də konfet kimidir. Yanıb-tökülürəm…

Sözümün sonunda əlahəzrət prezidentə təklifimi bildirmək istəyirəm. Ya o Bazil Holvard kimi rəssam tapıb sehrli portret çəkdirsin, ya da insanlara elədiyi zülmü dayandırsın, türmələrin qapısını açıb günahsız insanları buraxsın, özü də qabaqlarındda diz çöküb üzrxahlıq eləsin. Əminəm ki, elə həmin dəqiqə əlahəzrət on səkkiz yaşlı gözəl bir gəncə çevriləcək…

Mirzə ƏLİL

21. 02. 2025, Samara

«MƏNİM DƏ QƏZZAM VAR, ADI AYRIDIR…»

Yenə köç, yenə də qələbəlikdir:
Əldə sarıqları, düyünçələri,

Fələstin ərəbi qayıdır geri,
Xaraba qoyulan ölkəyə gedir.

 +

Göydə yəhudinin pilotsuzaları,

Bombalar partlayan yer uzaq deyil.

Ayrı səs eşitmir ərəb elə bil,

Qəzzanın “gəl” deyən səsindən ayrı.
+

Gedir yetim uşaq, gedir dul arvad,
Gedir hər kəsini itirən qoca.

Gedir gün uzunu, dayanmaz gecə,
Ay, il ömürlüdür ötən hər saat.

 +

Arxa xarabadır, virandır qabaq,

Hələ  çox  ölü var basdırılmayan,

Dayanmır yəhudi, hələ axır qan,
Qalmır fələstinili yolundan ancaq.

+
Gedib yaşayacaq açıq havada,

Yağış da islatsa, külək də döysə.

Hay verir yurdundan ucalan səsə,
Sabah ölərsə də yeni davada.

 +

Parisdə, Londonda, Stokholmda,

Yaşamaq imkanı olan da gedir,

Görüb gözəl həyat, şərait nədir,

Ürəyi yurdunu istəyir amma…


Bəs niyə mən durub köç eləmirəm? –

Mənim də Qəzzam var, adı ayrıdır.

Bəlkə qurğuşun var qulaqlarımda,

Qoymur çağıranı eşidə biləm?

 +

Hərçənd var deyirəm – varmı o ölkə?

Varmı cəsarəti zənciri qıra,

Öz dili, öz səsi varmı çağıra?

Ya mən itirmişəm vətəni bəlkə?…

 

28. 01. 2025, Samara

 

CORC BAYRON. ŞİLYONA SONET

LORD BYRON

Zəncirlənməmiş Ağlın əbədi Ruhusan sən!

Zindanlarda, Azadlıq, daha parlaq işığın.

Çümki mənzil ürəkdir seçilib yaşadığn –

Sənin sevginə yalnız bağlanıbdır ürəksə.

 +

Qandallıanıb atılır oğulların qəfəsə,

Nəm qübbələr altında gündüzlərsiz toran var.

Əzablarıyla onlar ölkəsinə xilaskar,

Azadlıq qanadlanar hər hansı külək əssə.

 + 

Şilyon! Sənin zindanın müqəddəs bir məkandır
Bu yaslı döşəmənsə mehra
b, onda o qədər,

Gəzilib ki, qalıbdır addım izləri hətta,

 +

Soyuq döşənəcəyin yumşaq torpağa bənzər.

Silinməyəcək onlar, çünki Bonivarındır!

Tanrıya çağırışdır çünki tiraniyadan.

 1816

ingiliscədən tərcümə

09-10. 04. 2024, Samara

QEYD:

Bu soneti Bayron “Şilyon məhbusu” poemasına müqəddimə kimi yazılıb, hər iki əsər cenevrəli Fransua Bonivara həsr edilmişdir.Dini və siyasi fəaliyətinə görə Bonivar 1530-1536-cı illərdə Şilyon qalalasında dustaq olmuşdur.

 ++++++++++

George BYRON

Sonnet to CHILLON

“Eternal Spirit of the chainless Mind!
Brightest in dungeons, Liberty! thou art:
For there thy habitation is the heart—
The heart which love of thee alone can bind;

 

And when thy sons to fetters are consigned—
To fetters, and the damp vault’s dayless gloom,
Their country conquers with their martyrdom,
And Freedom’s fame finds wings on every wind.

 Chillon! thy prison is a holy place,
And thy sad floor an altar—for ’twas trod,
Until his very steps have left a trace


Worn, as if thy cold pavement were a sod,
By Bonnivard!—May none those marks efface!
For they appeal from tyranny to God.”

 

 

 

Tell Me of Your Anger in Whispers (Byron’s Sonnet)

Should you be moved to speak in anger, dear,
I ask that first you test your words alone.
If anger stems from blunder of my own
You’ll want to be assured your meaning’s clear.

If meaning’s very clear, then is it fair?
Is it essential now that blame be found;
will such proceed toward a common ground?
Are these first words intended to repair?

There’s nothing risked delaying words that grate.
Perhaps, the words should simply disappear
for now, until your anger can abate.
Unleashed, harsh words will travel like a spear.

But whisper to me when it’s getting late,
and your concerns will find solution, dear.

ƏLAHƏZRƏT ŞTATLARI AYIRIR VƏ ABŞ-I LƏĞV EDİR…

1310676371_0_0_1124_612_600x0_80_0_1_4cd69ae89745bcc8ecbd9f91f2a1c89e

        VODEVİL

Hikmət Hacıyev: Əlahəzrət, ABŞ-dan zəng var, calaşdırım?

İlham Əliyev:  ABŞ? Nə ABŞ? ABŞ Holdinq? Paşa Holdinqin filialıdır?

H.H. Yox, əlahəzrət. ABŞ – yəni SŞA, Amerika Birləşmiş Ştatları.

İ. Ə. Onlar ermənilərlə birləşiblər? Mənim acığıma eləyirlər. Calaşdır görüm.

Entoni Blinken: Salam, əlahəzrət müzəffər komandan! Sizi natahat edən nökəriniz  Blinkendir. ABŞ-ın dövlət katibi.

İ.Ə. ABŞ-da dövlət katibi var? Burda antimilli cəbhə-müsavat vaxtı dövlət katibi olub. Ləğv elədik. Katibin pasportunu almışam, iyirmi ildir dərviş kimi gəzir…

EB. Əlahəzrət, əminəm ki, müdrik qərar vermisiniz. Təkid eləsəniz, mən də ləğv olunmağa hazıram, sizin avtoritetiniz ABŞ-da çox yüksəkdir. ABŞ xalqı sizə öz prezidentindən çox hörmət edir…

İ.Ə. Ancaq məni bir şy nrahat edir. Köməkçim deyir ki, siz birləşmiş ştatlarsınız. Bu birləşməkdə məqsədiniz nədir? Bu birləşməkdə mən özümə qarşı düşmənçilik görürəm.

E.B. Əlahəzrət Əliyyev, bu birləşmə indi olmayıb. Sizdən çox qabaq olub.

İ.Ə. Onda yəqin  xain cəbhə ilə müsavatın, ya da xain Məmmədəminin vaxtında olub. Atamın vaxtında olsaydı, qoymazdı. Mən də qoymazdım.

E.B. Əlahəzrət Əliyev, əgər bu məsələ sizi narahat edirsə, “birləşmiş” sözünü ləğv edərik. Qalar Amerika Ştatları, özümüz də keçərik İsrailin yurisdiksiyası altına. Mən özüm yüz faiz yəhidiyəm, siz də yəhudi dövlətini sevirsiniz, yəqin etirazınız olmaz.

İ. Ə. Mən bu məsələni Mehriban xanımla müzakirə edib fikrimi deyərəm. O, yəhudiləri lap çox sevir.

E.B. Əlahəzrət, mən sizə prezident Baydenin tapşırığı ilə zəng vururam. O, xahiş edir ki, vaxtınız olanda ona seçkilərlə bağlı məsləhət versiniz. Siz bu yaxınlarda 96 faiz yığmısınız. Baydenə bunun yarısı da bəsdir.

İ.Ə. Məsləhət verərrəm. Baydenin yerində mən 150 faiz yığardım, onun cəmi bir rəqibi var. Mənim altı zırpı rəqibimvar idi. Hikmət, o gədələrin adı yadındadır?

HH. Yadımdaddır, əlahəzrət: İsa, Musa, Mustafa, iki kosa, bir həmşəri…

Mirzə Əlil

07. 04. 2024, Samara

ALEKSEY NAVALNININ XATİRƏSİNƏ

İYUL 2023

Milyonlarla möminə ümid, təsəlli, örnək,

Tanrı oğlu sayılan, tanrı həm təcəssümü,

Diz çökür qabağında, zəngin olsun ya miskin,

Metal ya ağacdakı surətini öpərək.

 +

Sən bəşər övladının xilasına gəlmisən,
Şərdən çəkindirmisən cəhənnəm hədəsiylə,

Günahsiz olduğunu vali bilsə də belə,
Canilərlə yanaşı çarmıxa çəkilmisən.

 +

Peyğəmbərsən kiməsə, kiməsə tanrı, Cənab!

Yerdəki həyatında çəkdiyin əzabları,
Bilən gərək şükr edə, nə qədər duya ağrı,

Xeyli sual var ancaq, heç birinə yox cavab.

 +

Bildinmi aclıq  nədir? Bilmədin. Beş çörəklə,
Beş mindən çox insanı yedirtdin, özün yedin.

Yorulsan, dincəlirdin, çəkilirdi keşiyin,
Çoxdu yumağa hazır ayaqlarını belə.

 +

Bildinmi şaxta nədir qırx ya əlli dərəcə,
Yarısoyunuq ya lüt beton döşəmə üstdə,

Keçirəsən həftəni həftə dalınca xəstə,

Bütün günlərin ola sona yetməyən gecə.

 +

Cənab, odu var ancaq sən deyən cəhənnəmin,
Niyə qaçıb şimallar Tanrının nəzərindən?

İndiki müstəbidlər, tanrı iddialılar,

Yaradan cəhənnəmin zülmü daha da zəngin.

 +

Tanrı oğlu! Səfəri salma daha təxirə,
İki min ildən artıq uzandı bu intizar,

Bu dəfə istidən yox, şimaldan yolunu sal,
Onda bəşər çəkəni bəlkə atan da görə…

 

17. 02. 2024, Samara

SEVİNC TELMANQIZININ AĞZI ELƏ BİL BAŞQA ORQANIYLA DƏYİŞİK DÜŞÜB…

sevinc telmanqızı

Deyək ki, bir türmənin rəisi türməsində boks yaraışı keçirir və özü özünə rinq rəqibi seçir – məsələn “əlvurulmaz” sayılan, başıaşağı, üzüqara dustaqlardan biri ilə. Və, əlbəttə, nokautla qalib gəlir. Rəqibi bir zərbə də endirmir, çünki murdar sayılır, rəisin alicənab vücuduna əl vura bilməz…

Sonra türmə televiziyası bir ay rəisin qələbəsini bayram edir.

İndi Azərbaycanın bütün iri və xırda kanalları kimi.

Müsavat TV-yə baxıb dəhşətə gəldim. Aparıcı arvadın, yəni Sevinc Telmanqızının ağzı elə bil ki onun başqa yerində olmalı orqanıyla dəyişik düşüb, ağız yerində olan orqandan isə sözlər yox, ayrı şey çıxmalı imiş…

Belə bir arvada, bazar müdirinə, Ryazanovun “Qaraj” filmində Valentin Qaftın oynadığı personaj deyir: “Mənim sizin ərinizə elə yazığım gəlir ki…”

Mən bu Müsavat TV-dəki arvadı görəndə Azərbaycana və onun xalqına yazığım gəlir…

İncildə deyilir ki, insanı ağızına girənlər yox, ağzından çıxanlar murdarlayır.

Bu arvadın və onun kimi yüzlərlə arvad və kişinin əsl seçki ilə heç bir əlaqəsi olmayan şounu özlərini yırta-yırta tərifləmələri millətin şərəfini murdarlayır.

Niyə məni bu ağzı başqa orqana oxşayan arvad başqalarından çox qeyzləndirir?

Deyək ki, Azərbaycanda fahişəxanaları leqallaşdırırlar. Mən bunun əleyhinə deyiləm. Lehinə də deyiləm. Bitərəf, daha çox isə biganəyəm. Çünki yaşımın çoxluğundan heç bilmirəm ki, fahişəxanada nə qayırırlar. Ancaq bilirəm ki, elə abırlı yer də deyil. Mən fahişəxananın Müsavat və ya 20 yanvar adlandırılmasının əleyhinəyəm. Aydındır? Fahişəxanıa açırsan, Məzahir Pənahovun adını ver, Sərdar Cəlaloğlunun, Mirşahinin adını ver. Düz deyil?

O ki qaldı bu arvada…”Qaraj” filmində deyilən kimi, mənim bu arvadın ailə üzvlərinə yazığım gəlir. Birincisi, bu arvad üz qaralığıdır. İkincisi, evdə yəqin onun həm həm ağzı, həm də ağız yerində olan orqanı dayanmadan işləyir…

Mİrzə Əlil

  1. 02. 2024, Samara

TURAL SADIQLI HƏR NÜMAYİŞÇİ QADINA ŞƏHİD STAUSU VERƏCƏK

tural sadıqlı nümayiş

«Azad söz» kanalı. Tural Sadıqlı kamera və mikrofon qarşısında

Əziz həmvətənlər! Fevralın yeddisinə lap az qaldı. Arxayınam ki, milyonlarla qadın 7 fevralda nümayişə çıxıb Əliyevin yox, mənim prezident seçilməyimi tələb edəcək. Əziz qadınlar! Mən prezident olan kimi hamınızın maaşını artırıb Amerikadakı kimi edəcəyəm, özü də qadınların maaşı kişilərin maaşından çox olacaq. Əziz qadınlar, burda Əliyev trolları yazırlar ki, qadınları belə sevirsənsə, niyə yeganə dostun itdir. İstəkli xanımlar, mən o trollara cavab verirəm: mənim itim də qadındır. Mənə o iti erkək kimi satmışdılar, sonra dişi çıxdı. Mən qətiyyən təəssüflənmədim. Çünki dişilik mənim nəzərimdə kişilikdən də üstündür.

Əziz qadınlar! Hamınızdan üzr istəyirəm. Mənə ABŞ-dan mənim müşavirim Beydulla Manafov zəng edir.

Beydulla Manafov (telefonla) Cənab həqiqi prezident! Biz burda Sevinc Osmanqızı ilə məsləhətləşdik, bu fikrə gəldik ki, qadınlar nümayışə çoxlu qazan, tava, məcməyi, teşt götürsünlər və perezident aparatının qabağında bir-birinə vursunlar ki, İlham Əliyev xalqın ac olduğunu görsün.

Tural Sadıqlı: Gözəl fikirdir, Beydulla bəy.

Beydulla Manafov: O nümayişdə yəqin çoxlu qoca da iştirak edəcək. Hamısı protez dişini çıxarıb iplə assın boynundan. Qoy bütün dünya görsün ki, Azərbaycan qocalarına diş lazım deyil, çünki yeməyə bir şey yoxdur.

Tural Sadıqlı: Bu lap gözəl fikirdir. Atama da deyərəm, proteziini asar boynundan. 

Əziz qadınlar! Sizi fevraın 7-də nümayişə çıxamağa çağırıram. Hər biriniz selfi çəkib mənə göndərin. Preziudent olan kimi hər bir nümayiş iştirakçısı olan qadına 130 min manat pul və şəhidlik statusu verəcəm…

 

Mirzə ƏLİL

03. 02. 2024, Samara