TÜRMƏ QAPILARI ÜZÜNÜZƏ AÇIQDIR…

Ramil Usubov nazirliyin kollegiya iclasında İlham Əliyevə məlumat verib ki, Azərbaycan türmələrində olan gözəl şərait vətəndaşların evlərində yoxdur, dustaqlar türmə rəhbərliyindən gördükləri qayğı və nəvazişi heç ata-analarından görmürlər. Prezident öz növbəsində söz verib ki, analoqu olmayan Azərbaycan türmələrində dustaq yerlərinin sayı  sayı iş yerlərinin sayı kimi gündən-günə artırılacaq.

AZƏRBAYCANDA NEÇƏNCİ İLDİR?

!986

 

 

 

Daily mail qəzeti yazır ki, kimdə 1986-cı ilin divar təqvimi qalıbsa, yenidən asa bilər – 2014-cü ilin təqvimi 1986-cı ilin təqvimini təkrar edir…

 

1986 – SSRİ-də perestroykanın başlanğıcıdır, böyük ümidlər ilidir. O vaxt insanlardan gələcək 2014-cü ildə ölkəni, milləti necə gördüklərini soruşsaydılar, yaranacaq demokratik, çiçəklənən iqtisadiyyatlı cəmiyyəti təsvir etməyə onların sözü çatmazdı…

 

Azərbaycanda nəyin qurulduğu indi aydındır. Yaranmış dumanlı perspekivli milli dövlətin bahası insan haqlarıyla ödənilib. Azərbaycan bu mənada 1986-cı ildən də çox-çox əvvəllərə qayıdıb. 1986-cı ildə əgər insanın asılılığı siyasi rejimdın idisə, indiki aslılılıq feodal asılılıqdır, kölə asılılığıdır, Məmmədhəsən əmi – Xudayar bəy asılılığıdır. Vətəndaş azadlıqları yoxdur, zoğal ağacından dəyənək var ki, xudayar bəylər istəyəndə endirirlər, istəyəndə qaldırırlar…

 

Beləliklə, 1986-cı ilin təqvimi azərbaycanlılar üçün göz dağıdır, kimdə qalıbsa, sandığa qoyib kilidləsin…

 

İndi müsəlmanlarda neçənci ildir? Bəlkə bizə bu təqvim daha çox uyğundur?

 

 

 

03.01.14

 

HUMANİZM MƏSƏLƏLƏRİ

ƏLİYEV: Ramil, Putin Xodorkovskini buraxdı. Bəlkə biz də bir-iki dustağı buraxaq?
USUBOV: Zat-aliləri, Xodorkovskinin banklarda xəlvət pulu çoxdur, yəqin yağlayıb Putinin ağzını. Bizimkillər lütdülər, türmə bitlərindən başqa onlardan nə almaq olar?

TEHRANA CAVAB

İran İslam Respublikası Azərbaycan respublikasına qarşı düşmənçilik hərəkətlərini davam etdirir. Həbs olunmuş Azərbaycan vətəndaşlarını tezliklə buraxmaqla İran Bakıdakı dustaqlarda narazılıq yaratmağa çalışır. Azərbaycan hökuməti bildirir ki, cənub qonşumuzun bütün qeyri-dost hərəkətlərinə baxmayaraq, Bakı dustaqları arasında heç bir narazılıq yoxdur, onlar layiq olduqları cəzanı səylə çəkir və müntəzəm olaraq şəxsi təmizlik işləri ilə məşğul olurlar.

KÜRÜMÜZ ACI ÇIXAYDI…

          

 70-ci illərin söhbətidir. Bakıda tələbə olan bir yaaxın yoldaş imtahandan qabaq müəllimin evinə kürü aparır. İmtahanda müəllim minnətlə ona “3” yazır və üzünü turşuda-turşuda deyir:

— O gətirdiyin kürü də acı çıxdı, yeyə bilmədik, atdıq çölə…

İndi fikirləşirəm ki, birdən BMT, Avropa birliyi, ATƏT  başlayalar Azərbaycan hökumətini siyasi həbslərə görə qınamağa. Azərbaycan hökuməti buna təəccüblənəndə beynəlxalq diplomatlar deyələr:

— Son vaxtlar verdiyiniz kürü acı çıxır, yeyə bilmirik, tökürük itə-pişıyə…