TOMAS STERNS ELİOT. BOŞ ADAMLAR

                                         

BOŞ ADAMLAR

(HOLLOW MEN)

          1925

 

Cənab Kuriz – öldü

 

Qoca Qaya sədəqə verin

 

I

 

Bəli, boş adamlarıq,

Adam yox, müqəvvayıq

Baş-başa vermişik biz

Başdasa – saman. Əfsus!

Pıçıldaşırıq ancaq

Səsimiz quru

Sakit, mənasız həm də

Küləşdə külək kimi

Ya da ambarda şüşə

Qırığı üstdə qaçan

Siçan ayaqları tək.

 

Formasız biçim və rəngsiz kölgə,

İflic vurmuş güc, hərəkətsiz jest;

 

Açıq gözlə kim gedirsə

Ölümün özgə səltənətinə

Anmazlar bizi səfil

Qiyamçı ruhlar kimi

Anarlar – anarlarsa  —

Bizi boş adamlar tək

Müqəvvalar tək

 

II

 

Yuxularda göz görməyə qorxuram

Ölümün xəyali səltənətində

Görünməz onlar. Orda

Gözlər uçuq sütuna düşən

İşıq kimidir

Orda ağac yellənir

Oxuyan küləyinsə

Bağrındakı səs

Daha təntənəli, daha uzaqdır

Özəliyən ulduzdan.

 

Uzaq olsam yaxşı

Ölümün xəyali səltənətində

Güyinim girim həm də

Bəlkə nəfis cildlərə:
Sıçovulun donuna

Qarğanın dərisinə

Bir payaya taxılıb

Duram çöldə

Əsəm külək əsəndə

Bundan yaxın olmayım –

 

Yox, toran səltənətində

Yalnız bu son görüş yox

 

İİİ

 

Bura bir ölü ölkə

Kaktus ölkəsi

Burda daş bütlər ucalar

İşığı öləziyən ulduz altında

Onlara ölü əli ərizəylə uzanar

Beləcə ölümün özgə

Səltənətində

Şövqdən canımız titrəyən anda

Oyanırıq tənha

Öpüşçün yaranmış dodaqlarımız

Uçuq daşlara dualar qoşar

 

İY

 

Burda göz yoxdur

Göz yoxdur burda

Bu ölən ulduzlar düzündə
Bu boz düzdə

Bizim itkin səltənətlərin bu sınıq çənəsi

 

Bu görüş yerlərinin sonunda

Yığışırıq bir yerə

Söhbətdən çəkinirik

Toplaşırıq dolğun dolğun çayın qırağında.

Korluq. Gözlərə bəlkə

Yenidən işıq gələr

Öılümün toran səltənətində

Minləçəkli qızılgül

Əbədi ulduz kimi

Yalnız boş adamlar

Buna ümid bağlar

 

Y

 

Kaktusun dövrəsində

Yallı gedirik

Kaktusun dövrəsində

Səhər saat beşdə

 

İdeya və gerçəklik

Arasına

Niyyət və hərəkət

Arasına

Kölgə düşür

Zira Səltənət sənindir

 

Zira səninki

Həyatdır

Zira Səninki

 

Beləcə dünyanın sonu çatır
Beləcə dünyanın sonu çatır

      Belə dünyanın sonu çatır

      Atəş səsiylə yox, pıçıltıyla

 

Bəzi qeydlər:

 

Mistah Kuriz” – Konradın povestinə isnaddır

 

A penni for the Old Guy – 5 noyabrda 1605-ci il Baru sui-qəsdinin uğrsuzluğunun bayaramı münasibətiylə uşaqlar beləcə sədəqə istəyirlər. Sui-qəsdçi Qay Foksun müqəvvası yandırılır

 

“kaktus dövrəsində…” uşaq mahnısına təqliddir

 

For Thine is – katolik duasının sonudur (Zira sınindir)

 

 

 

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s