Архив | Ноябрь 2017

ALEKSANDR PUŞKİN. KAZBEKDƏ MONASTIR

ПУШКИН

Высоко, над семьею гор…

 

Kazbek, əzəmətli, şanlı bu çadır,

Silsilə dağların lap başındadır.

Sənin monastırın bulud dalında.

Ölməz şüalarla yanar, parıldar.

Sanki göydə üzən Nuh gəmisidir,

Dağ üstdə ilğım tək görünüb axır.

 

Qəlb necə arzular o qəlbi həddi!

Dərəyə əlvida söyləyib ora,

Azad ucalığa qalxa biəydim.

Göy üzündə, tanrı qonşuluğunda,

Tənha bir hücrəni məskən edəydim.

1829

Ruscadan tərcümə

19.11.17

Samara

 

 

DƏNİZ    

                              Bəs harda yaxşıdır?  -“Biz harda yoxsaq!”

                                    A.Qriboyedov

Bəlkə səbəb yaşdır, ayrı şey ya da,
Keçir ürəyimdən dəniz qırağı.

Düyünçə bağlayıb düşəsən yola,
Gedəsən adamsız bir yerə doğru.

 

Tapasan bu yeri son nəfəsində,

Çınqıl ola burda, qum ola burda.

Başqa səs olmaya dəniz səsindən,

Hərdən qıyya çəkə qağayılar da.

 

Göy üzü ağappaq, sularsa gömgöy,

Yalı dalğaların baş hərləndirə.

Nə sərhəd biləsən, nə də ki gömrük,

Gecələr nə qonşu itləri hürə.

 

Sahilə çırpılan taxta-tuxtadan,

Çalışıb bir koma qaralayasan.

Gün keçə, xəbərin olmaya vaxtdan,

Tapdığın, tutduğun bəs ola sənə.

 

İlğım tək görünə sənə uzaqdan,

Sən olmayan yerdən gələn gəmilər.

Yəqin ürəyini sızıldadar da,

Sən olmayan yerə gedən gəmilər.

 

Baxar bəlkə uzaq göyərtələrdən,

Əlini qoyaraq kimsə alnına.

Bəlkə sən olduğun qərib bu yer də,

Cənnət guşəsi tək görünər ona…

 

18.11.17

Samara

QIŞIN YUBANMAĞINDAN NARAHAT OLAN QOCA…

Qışın yubanmağından,

Narahat olan qoca!

Nahaqdır darıxmağın –

Gələr, harda qalacaq?

 

Oğul deyil, qız deyil,

Qoya gözünü yolda.

Bir də görərsən qəfil

Gəlib qapını aldı.

 

Gələr soyuqlarıyla,

Şaxtasıyla, qarıyla.

Bəlkə tamam üç ayı,

Canın-başın ağrıyar.

 

Bəlkə heç halın olmaz,

Pəncərədən baxasan.

Qış gələn kimi də yaz,

Gözləyərsən axı sən…

 

Çətin çıxarsan ancaq,

Pəncərə qabağına.

Bəlkə də qızdıracaq,

Günəş boş yatağını…

 

17.11.17

Samara

 

 

ALEKSANDR PUŞKİN. QURANA BƏNZƏTMƏLƏR. VIII

ПУШКИН

ALEKSANDR PUŞKİN

                 QURANA BƏNZƏTMƏLƏR

                             VIII

                   Торгуя совестью перед бледной нищетою…

 

Vicdanla alver edib qabağında kasıbın,
Pay verəndə əllərin simiclikdən əsməsin.

Tam əliaçılığı Tanrı bəyənər ancaq.

Qiyamət yetişəndə, barlı zəmilər kimi,

Ey uğurlu əkinçi,

Zəhmətinin əvəzi yüz qat artıq çatacaq!

 

Ancaq həyatda zəhmət çəkib qazandığından,

Qıymayıb, dilənçiyə xəsis pay uzadanda,

Simic ovcun yumulub əgər kilidlənərsə,

Verdiklərin daş üstdə bir ovuc toza bənzər
Leysan yağış düşdümü, bil ki, yuyulub gedər.

İtər-batar sədəğən,Tanrı rədd eləyərsə.

 

1824

Ruscadan tərcümə

16.11.2017

Samara

 

 

 

 

ALEKSANDR PUŞKİN.      DUSTAQ

ПУШКИН             

DUSTAQ

             Сижу за решеткой в темнице сырой…

 

Önümdə barmaqlıq, zindanımsa nəm;

Pəncərə dalında qanad yellədir,

Əsir tək böyüyüb ərsəyə gələn,

Cavan qartal qanlı yemini didir.

 

Pəncərəyə baxır, didir tullayır.
Elə bil mənimlə fikri eynidir.

Mənı baxışıyla, qıyyalarıyla,

Çağırır, bəlkə də  “gəl uçaq” deyir.

 

“Vaxtdır, a qardaşım, biz azad quşuq!

Uçaq o yerə ki, dağlar ağarar,
Mavi dalğaların yalı gümüşü,

Təkcə dəli külək… bir də mən varam!…”

 

1822

Ruscadan tərcümə

15 noyabr 2017

Samara

 

 

 

 

ALEKSANDR PUŞKİN. «İKİ GÖZƏL DUYĞU ƏZİZDİR BİZƏ…»

ПУШКИН     

    ALEKSAND PUŞKİN

             Два чувства дивно близки нам…

 

İki gözəl duyğu əzizdir bizə,[i]

Onlarla ürəklər qidalanırlar;

Sevgi ata-baba məskənimizə,

Sevgi ata-baba məzarlarına.

 

Həyat, ruh yaradan müqəddəs ocaq!

Onlarsız bu torpaq ölüb gedərdi.

Susuz, yaşıllıqsız səhralar sayaq,

Dönərdi tanrısız ya da məbədə.

1830

Ruscadan tərcümə

13.11.17
Samara

[i] İkinci bəndin üçüncü misrası orijinalda yarımçıqdır.

ABBAS SƏHHƏTİN TƏRCÜMƏSNƏ «ŞEDEVR» DEYƏNLƏRƏ: SÜBUT EDİN!

abbas sehet.jpg

Azərbaycanda çox adam şair Nəsimini “Nəsimi” adlı psevdotarixi melodram filmdən tanıdıqları kimi, “Qafqaz” şerini Abbas Səhhətin tərcüməsində bir misra ilə tanıyırlar. Birinci misra ilə. Məktəbdə çox az uşaq bu şeiri axıra qədər əzbərləyirdi, son bəndin öhdəsində sinifdə iki-üç uşaq gəlirdi. İndi bu tərcüməyə “şedevr” deyənlər görəsən onun hansı ləyaqətlərini nəzərdə tuturlar? Onlaırın orijinaldan xəbəri varmı? Onlar bu tərcümədən neçə misra əzbər bilirlər?

Keçən əsrin 70-ci illərində mənim Rəbiyyə adlı şagirdim vardı, bu “Qafqaz”ın orijinalını da əzbərləmişdi, şeiri hər iki dildə gözəl deyirdi. Tərcüməni öyrənənlər isə həmin sinifdə az deyildi. Ancaq mətnin özünü, demək olar ki, heç kim özü öz gücünə başa düşmürdü.

“Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən

Tutmuşam tək uçurum qarlı dağ üstündə qərar”.

Uşaq lar bir qayda olaraq belə hesab edirdilər ki, “tək” sözü “uçurum” sözünə aiddir. “Uçurum” özü sifətdir ya isim? Şair harda durub? Uçurum üstündə? Uçurum dağ üstündə?

Orijinalda: “У края стремнины», yəni “uçurumun qırağında”. Uçurum dağın elementi, hissəsidir, eyni vaxtda uçurumda və dağ üstdə dayanmaq – burda zidiyət və ifadə dolaşıqlığı var.

“Qaraquş uçmağa qalxarsa uzaq bir təpədən…”

Şair dağ üstündədir. Quş da. Dağda təpə necə ola bilər, bu, absurddur.

Orijinalda: “Орел, с отдаленной поднявшись вершины…» “Yəni uzaq zirvədən, yüksəklikdən qalxan qartal”.

Orijinalda qartal uçmur, “неподвижно парит», “yəni qanadlarını çırpmadan süzür”.

İkinci bənddə: “Где птицы щебечут, где скачут олени…»

Abbas Səhhətdə: “Orda quşlar ötər, ətrafı gəzər ceyranlar”

Orijinalda “marallar”dır. Dağda nə ceyran? Ya bəlkə olur?

3-cü bənddə

“Sığınıb dağda tikilmiş komaya insanlar”.

Belə çıxır ki, barak kimi bir koma tikilib, hamı qaçqın kimi ora yığılıb.

Orijinalda: “А там уж и люди гнездятся в горах».

Yəni yurd salırlar. Yuva bağlayırlar Mən elə belə tərcümə eləmişəm.

Abbas Səhhətdə: “Dırmaşır sərt qayalar üzrə bütün heyvanlar”.

Bütün heyvanlar?

Orijinalda: “И ползают овцы по злачным стремнинам».

Qoyunlar! Ancaq qoyunlar! “Münbit qayalıqlarla (ya dik yamaclarla) sürünürlər”. Mənim tərcüməmdə belədir. («Злачные» sözününün bu kontekstdəki mənasını yəqin ki, Abba Səhhət başa düşməyib).

Abbas Səhhətdə: “Yürüyür dağ aşağı orda çoban da dərəyə”.

Orijinalda: “И пастырь нисходит к веселым долинам».

Yəni “çoban şən vadiyə enir”.

Abbas Səhhətdə: «Necə məftun olur insan bu gözəl mənzərəyə».

Şərq tərənnümçülüyünün nümunəsi olan bu misra orijinalda yoxdur…

Son bənd üstündə dayanmaq istəmirəm, çünki “qəfəsi-ahən içində san şir” kimi ifadələr tərcümənin dil baxımından ciddi köhnəldiyini göstərir.

Abbas Səhhətin tərcüməsində orijinalın formasının saxlanmadığını bundan əvvəl yazmışdım.

Mən Abbas Səhhəti böyük vətəndaş sayıram və onun tərcüməsinə niyə “inci” dediyimi bilirəm.

Ancaq Abbas Səhhətini tərcüməsində iki misranı da əzbər bilməyən, mənim tərcüməmi görən kimi Abba Səhhətin işinə “şedevr” deyən adamın məqsədi mənim işimi alçaltmaqdır.

Allah köməyiniz olsun!

Abbas Səhhət bu gün olsaydı, onunla rəftar mənimlə rəftardan yaxşı olmazdı. Bəxti gətirib ki, yaxınında Sabir kimi nəhənglər olublar. Sözün əsil mənasında Abbas Səhhət də dağ zirvəsinə qalxıb. Mənimlə rəftar isə elədir ki, özümü hər gün zibil qalağının üstündə hiss edirəm..
Allah bilən məsləhətdir…

X.X.

КАВКАЗ

Кавказ подо мною. Один в вышине
Стою над снегами у края стремнины;
Орел, с отдаленной поднявшись вершины,
Парит неподвижно со мной наравне.
Отселе я вижу потоков рожденье
И первое грозных обвалов движенье.

Здесь тучи смиренно идут подо мной;
Сквозь них, низвергаясь, шумят водопады;
Под ними утесов нагие громады;
Там ниже мох тощий, кустарник сухой;
А там уже рощи, зеленые сени,
Где птицы щебечут, где скачут олени.

А там уж и люди гнездятся в горах,
И ползают овцы по злачным стремнинам,
И пастырь нисходит к веселым долинам,
Где мчится Арагва в тенистых брегах,
И нищий наездник таится в ущелье,
Где Терек играет в свирепом веселье;

Играет и воет, как зверь молодой,
Завидевший пищу из клетки железной;
И бьется о берег в вражде бесполезной
И лижет утесы голодной волной…
Вотще! нет ни пищи ему, ни отрады:
Теснят его грозно немые громады.

Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən

Tutmuşam tək uçurum qarlı dağ üstündə qərar

Qaraquş uçmağa qalxarsa uzaq bir təpədən,

Nə qədər yüksək uçarsa, yenə dövrəmdə uçar.

Buradan mən görürəm çeşmələri qaynamada,

Şübhəli, qorxulu uçqunları ilk oynamada.

Burda, məndən aşağı, göydə bulud oynaqlar;

Arasından buludun dağda su qaynar, çağlar.

Görünür onların altında böyük qar qayalar

 Onun altında zəifcə, qurumuş kol-kos var.

Daha ondan aşağı rəngi yaşıl ormanlar,

Orda quşlar ötər, ətrafı gəzər ceyranlar.

Sığınıb dağda tikilmiş komaya insanlar,

Dırmaşır sərt qayalar üzrə bütün heyvanlar.

Yüyürür dağ aşağı orda çoban da dərəyə;

Necə məftun olur insan bu gözəl mənzərəyə.

 Orda kim, daim Araqva çayı qəltan-qəltan

Çarparaq kölgəli sahillərə eylər cərəyan,

Dar keçid içrə fəqir atlı da pünhan görünür,

 Orda şiddətlə Terek nəhri xuruşan görünür.

 Oynayır, cəng eləyir dar qayalarla döyüşür,

 Acımış, dalğaları, daşları çeynər, ötüşür.

Təmə görmüş qəfəsi-ahən içindən san şir

 Çırpınır, gərniş edir sahili, guya, gəmirir.

Leyk, əfsus! Nə var təmə onunçün, nə sürur,

Onu müdhiş qayalar hər iki yandan da sıxır.

ALEKSANDR PUŞKİN. QAFQAZ

ПУШКИН

Qafqaz altımda, təkəm zirvədə mən,

Durmuşam sıldırım üstündə, qardan aləm ağ.

Süzür boyum bərabərində, qanad saxlayaraq.

Şığıyıb qartal üzaqlardakı yüksəklikdən.

Görürəm mən axınların necə yarandığını,
Buludun sıxlaşıb heybətli yuvarlandığını.

Gedir nizamla buludlar altda,

Şəlalələr yararaq onları hay-küy qoparar.

Altdasa silsilədir zorba və çılpaq qayalar.

Cılız mamır cücərir altda, kol bitir orda.

Ordan o yanda ağaclar və kölgəliklər var,

Orda quşlar civildəşər, marallar orda qaçar.

Orda, dağlarda yuva bağlayır insanlar da,

Sürü gəzib dolaşır otlu sıldırımlarla.

Enib çoban da qəşəng  vadiyə yorğunluq alar.
Şütüyər kölgəli sahillə Araqvi orada.

Və sığıncaq tapır zavallı süvari dərədə,

Orda divanə sevinclə qabarır Terek də.

Oynaşır, hayqırır, pələng balası,
Dəmir qəfəsdə görüb yem gətirirlər elə bil.

Çırpılır sahilə, qeyzində yox, əlbəttə, xeyir.

Qayalıq sahili ac dalğalar yalar, əfsus!

Nə yem tapar bu vuruşla, nə bir təsəlli tapar,
Onu möhkəm sıxan heybətli qayalıqlar var.

1829

Ruscadan tərcümə

10.11.17

Samara

«QAFQAZ» ŞEİRİNİN TƏRCÜMƏSİ HAQQINDA BİR NEÇƏ SÖZ

Qafqaz şeirinin orijinal bəndləri var, şrti olaraq “Qafqaz” bəndləri də demək olar. Hər bənd 6 misradır. Belə qafiyələnir:

a

b

b

a

c

c

Abbas Səhhət orijinal qafiyə sistemini saxlamayıb. Birinci bənd tərcümədə belə qafiyələnib:

a

b

a

b

c

c

Sonrakı bəndləri isə Abbas Səhhət məsnəvi kimi tərcümə edib.

Bununla belə Abbas Səhhətin tərcüməsi şübhəsiz incidir, leksikasına, ifadə vasitələrinə görə dövrünü qabaqlayıb.

X.X

ALEKSANDR PUŞKİN. “GÖZƏL QIZ, OXUMA MƏNİM YANIMDA…”

ПУШКИН                                 

Не пой красавица, при мне…

 

Gözəl qız, oxuma mənim yanımda,

Qəmli Gürcüstanın nəğmələrindən.

Saldın oxuduqca yenə yadıma,

Uzaq diyardakı həyatı birdən.

 

Neyləyim, əfsus ki, gətirir yada,

Ucaldıqca ürək dağlayan səsin,

Həm çöl, həm gecə — və ay işığında,

Uzaq və zavallı qızın çöhrəsi.

 

O əziz, bəlalı surəti, bil ki,

Tamam unuduram səni görəndə.

Sənin nəğmənisə eşidən kimi,

Yenə o canlanır gözüm önündə.

 

Gözəl qız, oxuma daha yanımda,

Qəmli Gürcüstanın nəğmələrindən.

Saldın oxuduqca yenə yadıma,

Uzaq diyardakı həyatı birdən.

 

1828

Ruscadan tərcümə

08-09.11.2017

Samara