
As an unperfect actor on the stage…
Naşı aktyor ki səhnədə necə
Qorxudan rolunu unudub durar.
Ya da dəlisov var, elə cinlənər,
Ki, öz ürəyini qəzəb sarsıdar.
Elə inamsızam özümə mən də
Sevginin düsturu çıxır yadımdan.
Deyəsən eşqim də zəifləmədə,
Eşqimin yükünün ağırlığından.
Qoy mənim yerimə kitablar onda.
Desinlər ki, nədir sinəmi didən.
Sevgi etirafı, yalvarışında,
Onlar mükəmməldir mənim dilimdən.
Oxunsa yazdığı lal məhəbbətin,
Gözlə eşidilər eşqin hikməti.
İngiliscədən tərcümə
10.01.2018