UİLYAM ŞEKSPİR. 23-CÜ SONET

shakespear

                              As an unperfect actor on the stage

Naşı aktyor ki səhnədə necə

Qorxudan rolunu unudub durar.

Ya da dəlisov var,  elə cinlənər,

Ki, öz ürəyini qəzəb sarsıdar.

 

Elə inamsızam özümə mən də

Sevginin düsturu çıxır yadımdan.

Deyəsən eşqim də zəifləmədə,

Eşqimin yükünün ağırlığından.

 

Qoy mənim yerimə kitablar onda.

Desinlər ki, nədir sinəmi didən.

Sevgi etirafı, yalvarışında,
Onlar mükəmməldir mənim dilimdən.

 

                Oxunsa yazdığı lal məhəbbətin,

               Gözlə eşidilər eşqin hikməti.

 

 İngiliscədən tərcümə

10.01.2018

Реклама