Архив | Июнь 2022

ANAM SAĞ OLSAYDI BELƏ YAZARDI…

Kənd. MƏMƏMLƏ 2

 Qonşu uşağından borc alıb varaq

Vergülü, nöqtəni yada salmadan,

Latını kirilə qarışdıraraq,
Mənə şanlı məktub yazardı anam.

 —

“ Bala, indi ara qarışıb orda

Qoşun çəkib qırır  qonşunu Putin.

Bombalayır, vurur, yandırır ordu,
Uşaq da, qoca da ölüb neçə min.

 —

Əsgər aparmazlar yaşına görə,
Əgər aparsalar, denən xəstəsən.

Canında ağrı var, gözün pis görür,

Tapıb göndərərəm, pul istəsələr.

 —

Ya öz yerimizə elə qayıt gəl,
Müharibə yatıb, şükr Allaha.

Gəlib dolanarsan burda bir təhər,

Başını aşağı salarsan daha.

 —

Hökumətlə işin olmasın amma,
İlham Əliyofdan danışma heç nə.

İndi etibar yox dosta, qohuma

Ağzından nə çıxsa, çatar yerinə.

 —

Burda birisi var, adı Bəxtiyar.

O da nəsə yazıb, ya da ki, deyib,

Polislər aparıb döyüb o ki var,
Biri də üstünə hələ işəyib…

 —

Qayıt, bura ordan yaxşıdır indi,
Əlinə ağac al, gecəyə düşsən.

Yenə yolu kəsib qonşunun iti,

Qapıb birini də dağıdıb dünən…”

08.06. 2022, Samara

UİSTAN  ODEN. YUXU

auden

Gecə ötüşsə də, əzizim, hərçənd,

Yuxusu hələ də çəkilmir ancaq,
Bizi bir otağa çəkib gətirdi

Mağara tərzlidir, tavanı uca

Elə bil dəmiryol vağzalındasan

Yarıqaranlqdı, otaq doluydu,

Yan-yana düzülən çarpayılarla.

Uzaq küncdəkində biz də uzandıq.

Səssiz öpüşərək pııçıldaşırdıq,

Sənin elədiyin hər şeyə şaddım

Fərqində deyildik çarpayılarda,

Uzanan cütlərin ədavət dolu,
Gözləri bəlkə də bizə zillənib.

Qol-boyun olmuşdu cütün hər biri,

Nədənsə qüssəli, süstdülər həm də.

Ah, görəsən hansı günah qurdunun
Ya bəlkə yırtıcı, quduz şübhənin,

Keçdim caynağına beləcə mən ki,
Sən heç çəkinmədən, ayıb bilmədən,
Səndən gözlənməyən şeiyi elədin,

Açdın başqasını sevirsən daha;

Mən də, həqiranə, duydum o anda,

Arzuolunmazam və getdim ordan.

1936

ingiliscədən tərcümə

05-06.06. 2022, Samara

++++++++++++++++

W H Auden

The Dream

Dear, though the night is gone,
Its dream still haunts to-day,
That brought us to a room
Cavernous, lofty as
A railway terminus,
And crowded in that gloom
Were beds, and we in one
In a far corner lay.
Our whisper woke no clocks,
We kissed and I was glad
At everything you did,
Indifferent to those
Who sat with hostile eyes
In pairs on every bed,
Arms round each other’s necks,
Inert and vaguely sad.
What hidden worm of guilt
Or what malignant doubt
Am I the victim of,
That you, then, unabashed,
Did what I never wished,
Confessed another love;
And I, submissive, felt
Unwanted and went out.

UİSTAN ODEN. QAÇQIN BLYUZU

auden

Yəqin on milyon nəfər yaşayır bu şəhərdə,

Evlərdə yaşayan var, bəziləri yaşayır dəlmə-deşikdə hərçənd.

Burda bir yer tapılmaz, bizə ancaq, əzizim, burda bir yer tapılmaz,

Ölkəmiz axı vardı bizim də bir zamanlar, o idi bizə vətən,

Xəritəyə nəzər sal, özün görə bilərsən.

Ora gedə bilmərik, əzizim, indi ora gedə bilmərik ancaq.

Kənd qəbiristanın həyətində ucalır qocaman qaraçöhrə,
Çiçəklyir yenidən yaz gələndə hər dəfə:

Köhnə pasport yaramır, köhnə pasportla indi getmək olmaz, əzizim.

Masaya bərk çırparaq əlini dedi konsul:

“Rəsmən ölüsünüz siz yoxdursa pasportunuz”,

Bizsə diriyik hələ, əzizim, diriyik biz.

Getmişdim komitəyə; stul təklif edərək,

Ədəblə buyurdular bir il sonra biz gələk.

Bəs bu gün hara gedək, əzizim, bu gün hara gedək biz axı indi?

Yığıncağa da getdim; qalxıb dedi spiker:

Bizim çörəyimizi oğurlayarlar onlar, bura buraxsaq əgər.

O səndən danışırdı, o məndən danışırdl, o bizdən danışırdı.

Mənə elə gəlirdi başım üstdə bu zaman gurlayır ildırımlar.

Bu, Hitlerdi car çəkib Avropada deyrdi: “Onlar ölməlidirlər”.

Ah, əzizim, o bizi nəzərində tuturdu, o bizdən danışırdı.

Pudel gördüm, yaxası sancaqlı jaketi var,

Gördüm qapı açıldı, güdüb duran pişiyi içəri buraxdılar.

Alman yəhudiləri deyildi onlar axı, yəhudi deyildilər.

Körfəzə sarı getdim, durdum su qrağında,

Gördüm balıqlar üzür, elə bil azaddılar,
Cəmi on fut aralı, əzizim, on fut cəmi:

Girib meşəni gəzdim, görürdüm ağaclara sığınıb orda quşlar,

Siyasətçi tanımır onlar, ona görə də azad oxumağa həvəs var.
Bəşər cinsi deillər, onlar, əzizm, axı, onlar bəşər deyillər.

Bina gördüm yuxuda, min idi mərtəbəsi,.

Min qapısı var idi, min idi pəncərəsi:

Heç birisi, əzizim, ancaq bizim deyildi

Dayanmışdım düzəndə, qar da yağırdı bu vaxt,

On min əsgər gedirdi gah qabağa, dala gah.

Sənlə məni, əzizm, axtarırdılar onlar, bizi axtarırdılar.

Mart 1939

ingiliscədən tərcümə

03-04. 06. 202, Samara

+++++++++

W H Auden

Refugee Blues

Say this city has ten million souls,
Some are living in mansions, some are living in holes:
Yet there’s no place for us, my dear, yet there’s no place for us.
Once we had a country and we thought it fair,
Look in the atlas and you’ll find it there:
We cannot go there now, my dear, we cannot go there now.
In the village churchyard there grows an old yew,
Every spring it blossoms anew:
Old passports can’t do that, my dear, old passports can’t do that.
The consul banged the table and said,
«If you’ve got no passport you’re officially dead»:
Читать далее

UİSTAN ODEN. U.B. YEYTSİN XATİRƏSİNƏ

Qışın oğlan çağıydı o, dünyadan gedəndə,

Bulaqlar guz bağlayıb, boşdur aeroportlar.

Pozub abidələrin görkəmini yağan qar

Ölən günün ağzına dağılıb qalır civə

Bizdəki cihazların hər biri razıdır ki,
Soyuq, həm də qaranlıq gün idi o ölən gün.

Yatağından uzaqda

Qurdlar həmişəyaşıl meşədə qaçışırdı

Saymırdı dəbdəbəli sahiləri kənd çayı;

Yaslı dillər şairin

Şeirlərini yaxın qoymurdu ölümünə

Özü kimi o gün də sonuncuydu onunçun,

Şayiələr yayılan, dayələr yığılan gün.

Qiyamdı bədəninin hər bir əyalətində,

Boş idi meydanları fəqət şüurununsa.

Vardl müdaxiləsi sükutun ucqarlara

Hisslərinin kəsild axını; çevrildi o öz pərəstişkarına.

Dağılaraq neçə yüz şəhərin arasında

Naməlum duyğulara özünü təslim etmiş,

Ayrı meşədə indi tapsın səadətini,

Cəzalansın əcnəbi şuür məcəlləsiylə.

Ölü şəxsin sözləri

Yeni məna kəsb edir düşüb bağırsağına indi yaşayanlarn.

Sabahın həm küyündə, gərəkliyində həm də,

Vəhşi yək bağırırlar brokerlər birjada.

Çəkdikləri zillətə kasıblar alışıblar.

Hərə öz hücrəsində demək olar əmindir azad yaşadığına.

Bir neçə min adamın yadında qalar bu gün,

Necə yadda qalır gün nə isə qeyri-adi bir iş görmüsən əgər.

Bizdəki cihazların hər biri razıdır ki,
Soyuq, həm də qaranlıq gün idi o ölən gün.

II

Səfehdin bizim kimi; istedadınla ancaq hər şeyi üstələdin:

Dövlətli qadınların sənə pərəstişini, fiziki tənəzzülü,

Özünü də. Divanə İrlandiya şeirlə səninağlını aldı.

İrlandiyada həmin dəlilik, həmin hava indinin özündə də.

Heç nəyi poeziya çünki dəyişmir, ancaq yaşayıb durur elə,

Özünün yaratdığı vadidə, məmurların yoxdur orda həvəsi,
Hər işə qarışmağa, şeir də beləliklə axır cənuba doğru

Təklik rançolarından, yeknəsəq iş gətirən və qəlb sıxan qüssədən

Gedir nəm şəhərlərə — onlara inanırıq, onlarda ölürük biz,

Şeir isə yaşayar, üstələyər bir zaman onu demiş ağızı.

II

Fəxri qonaq gəlir, torpaq, qəbul et,

Qoynunda dincələr Uilyam Yeyts.

O, şeirlə dolu İrland camıydı,
Boşalıdı, qoy burda uzansın indi.

=

Earth, receive an honoured guest:
William Yeats is laid to rest.
Let the Irish vessel lie
Emptied of its poetry.

=

Bütün Avropanın hürür itləri,

Gecə zülmətində tükü ürpədir,

Yaşayan millətlər gözləyir yenə,

Hər biri pərçimdir öz nifrətinə.

İndi intellektual rüsvayçılığı,
Hər üzdən, görərsən, üzünə baxır.

Mərhəmət dənizi bu zaman ancaq

Gözlərdə qapanıb, donub qalaraq.

Get şair, nə qanrıl, nə də nəfəs dər,

Gecənin dibinə çatana qədər,

Sakitcə, tarıma çəkmədən səsi,
Ver bizə həyata məhəbbət dərsi.

Dayanmadan əkib-becərib şeir,
Bir üzüm bağına lənəti çevir,

Uğursuzluğa da nəğmə həsr elə

Qanın qaynayanda fəlakət ilə.

Və qoy ürəyinin səhralarında

Fəvvarələr vursun ruhu sağaldan.

Öyrət bu günlərin zindanında sən

Azad insn necə şükr söyləsin.

fevral 1939

ingiliscədən tərcümə

31.05-02. 2022, Samara

+++++++++

In Memory of W. B. Yeats

by W. H. Auden

He disappeared in the dead of winter:
The brooks were frozen, the airports almost deserted,
And snow disfigured the public statues;
The mercury sank in the mouth of the dying day.
What instruments we have agree
The day of his death was a dark cold day.Far from his illness
The wolves ran on through the evergreen forests,
The peasant river was untempted by the fashionable quays;
By mourning tongues
The death of the poet was kept from his poems. Читать далее