Nəhayət ki, bu sirr çıxdı aşkara
Axırda belə də olur həmişə,
Yetişib əhvalat, danışmaq olar
Hər kəsə yox ancaq, yaxın sirdaşa.
—
küçədə, meydanda ya çay içəndə,
dilin də həvəsi, ehtirası var.
suyun lal axanı gedər dərində,
tüstü çıxmayacaq, yoxsa od əgər.
—
Nohurun dibinə enən meyidin.
qolf meydançasını gəzən kabusun
rəqsi hər kəsə oş gələn ledinin
ya da ki, bir içki düşgünü olsun,
—
yorğun baxışların altında, miqren
güc gələndə, “ah”lar, “oh”lar dinəndə —
başqa bir əhvalat burda var hökmən
mətləb daha dərin gözlər deyəndən.
—
birdən monastırın uca divarı
dalından saf səslə nəğmə ucalar,
kəndalaş kolunu ətri dağılır,
zalda hər cür idman mətbuatı var.
—
kriket, yay günü keçən oyunlar,
ələlə görüşmə, öpüş, öskürək.
həmişə burda bir ayıblı sirr var,
səbəb axtarıla həmişə gərək.
ingiliscədən tərcümə
10-12. 06. 2022, Samara
========
W.H. AUDEN
At Last the Secret is Out
At last the secret is out,
as it always must come in the end,
the delicious story is ripe to tell
to tell to the intimate friend; Читать далее