
Demokratiya üzrə dünyanın ən yaxşı ekspertləri məhərrəmlik ya orucluq vaxtı Azərbaycanda çox yox, bir həftə yaşasalar, yekdil rəy verərlər: Azərbaycanda demokratiya mümkün deyil!
Azərbaycanda demokratik seçkilər keçirilsə, şiə seçicilər Tofiq Yaqubluya yox, Tale Bağırzadəyə səs verəcəklər, halbuki Tale Bağırzadı faşistdir, videolarına baxın, deyir ki, tezliklə “..ağa zühur edəcək, Azərbaycanı ağanın zühuruna hazırlamaq lazımdır…”
Orucluğun sonu yaxınlaşdıqca Facebook-un harasını basırsansa, butılkadan cin çıxan kimi, seyid, məşədi, hacı çıxır. Hansı səhifəni açırsansa, qarşında ifrat stolu açılır. Yehəyedir, bashabasdır. Yeyin, fürsətdir, əti çox yeyin, cənnətdə xurmadan başqa ayrı şey yoxdur, tək xurma yeməklə heç hurilərlə məzələnməyə həvəs olmaz…
İcra başçıları iftar verirlər! Təyinat alıb (yəni pulla alıb) gələn kimi rayonun bütün gəlirli yerlərini nəzarətə götürən, restoranlar, şadlıq evləri tikdirən, örüş, əkin yerlərini zəbt edəb bu oğraşlar iftar verirlər. Yeməklərin ağırlığından qıçları torpağı dələn stolların başına beş-altı şəhid valideynini də yığırlar. Bu oğrş icra başçılarının nə özləri, nə övladları müharibəyə gediblər, örüşlərini, əkin yerlərin zəbt edib ağızlarını bir-iki hektara dirədikləri kəndlilərin uşaqlarını göndəriblər. Xalqın özündən oğurlanan pulla açılan iftara dəvət olunan bədbıxt valideynlər o uşaqların ata-analarıdırlar…
İndiki icra başçıları sovet vaxıtının birinci katibidir. İdarəçilikdə heç nə dəyişməyib, vəzifənin adı dəyişib, yalnız hampazorluq artıb. Sovet vaxtı ağdaşlı ya cəlilabadlı birinci katibdən Moskvaya şikayət yaza bilərdi. İndi dərdini kimə deyəcək? İlham Əliyevə? Vəzifəni elə İlham Əliyev satmayıb?
O vaxtın birinci katibləri “dinin qalıqlarına qarşı” yorulmadan mübarizə aparırdılar, orucluqda, məhərrəmlikdə şənliklər keçirirdilər. 70-ci illərdə dinin qalıqlarına qarşı mübarizənin önündə Heydər Əliyev gedirdi. Bəstəkar Musa Mirzəyev məscidə gedib nəzir verdiyinə görə cəzalandırılmışdı…
Talançı, quldur icra başçılarının haram pulla iftar süfrəsi açmaqlarını qoyaq bir qırağa. Onların hansı işi düzdür ki. Yəni başdan ayağa, rus demişkən, poxun içindədirlər. Bəs bu seyidlər, məşədilər, hacılar? Onların ramazan canfəşanlığı, iftar mərasimləri?
Orucluq nə üçündür? – Bu sualın cavabı yoxdur. Quranda deyilir ki, sizdən əvvəl oruc tutublar, siz də tutun.
Günün işıqlı vaxtında ac qalmaq insanda hansı əxlaqi, mənəvi dəyişikliklər yarada bilər?
Mən allergiyanın şiddətli vaxtı qırxdoqquz saat ac qaldım, özümdə heç bir əxlaqi dəyişiklik hiss etmədim, gördüm ki, əvvəlki kimiyəm, yəni, Hamlet demişkən, dünyaya gəlməsəydim, daha yaxşı olardı…
İslam banilərinin onlara qədər mövcud olmuş bu proseduru məcburiyyət səviyyəsinə qaldırmaqları yaranmaqda olan müsəlman icmasını birləşdirmək zəruriyyətindən doğa bilərdi. Yəni eyni prosedurun, hətta ən primitiv və bəlkə də ziyanlı ola bilən prosedurun eyni vaxtda eyni qaydalarla icrası çox kəsərli və effektiv təşkilatlatlandırma instrumentidir. Təşkilantlanma isə İslanmın özünün yeni təşükkül tapdığı və İslam ekspansiyasının başlandığı vaxtda çox vacib idi. Quranla, namazla və digər ayrı məcburi ayinlərlə yaranan birlik hərbi yürüşlər üçün vacib olan ruh yaxınlığı yaradırdı.
İndi Azərbaycanda icra başçılarının, oliqarxların, “qanuni oğruların”, lotuların açdığı ifrata süfrələrin başına yığılanlar arasında ruh birliyi varmı? Varsa, bu ruh birliyi onları hansı əməllərə səsləməlidir?
Məgər ruh birliyi Azərbaycan müsəlmanlarını quldur icra başçılarına qarşı mübarizəyə də olmasa, müqavimətə səsləməli deyil?
Məgər Azərbaycan müsəlmanları ən azı bu Ramazan ayında, iftar süfrəsi başında, İlham Əliyevdən qanunsuz həbslərə son qoymağı tələb etməli deyil?
Məgər Azərbaycan müsəlmanlarının ifrat süfrəsi Kürdəxanada açılmalı deyil? Məgər Azərbaycan müsəlmanları iftardn qabaq Kürdəxanını dağtmasalar da, şərlənib tutulanların, birinci növbədə jurnaliust qızların buraxılmasını tələb etməli deyil?
Əgər Azərbaycan müsəlmanları bunları eləmirsə, orucluq heç bir dini mükəlləfiyyət deyil, pəhriz forması və ifrat adıyla qarınqululuq eləmək üçün fürsətdir.
Məgər şəhid ata-anaları iftar stolunu quldur icra başçısının başına çevirməli deyil?
Əgər Azərbyacan müsəlmanı bütün bunları eləmirsə, onun orucluğu pəhrizin bir formasından başqa bir şey deyil…
O ki qaldı qədim orucluğa, İslamdan əvvəlki orucluğa…Bunu qədim ərəbin gedonizmi, yəni kefsevərliyi ilə bağlamaq da olar. Gündüz ac qalandan sonra şam yeməyinin ləzzəti birə beş artır. Üstəlik qaranlq düşəndın sonra yataq kefinə də icazə verilir…
Və Türkiyədə demokratiyanın məhz Ramazanda can verməyi ifrat dərəcədə simvolikdir….
29. 03. 2025, Samara
P.S. Sözümü samaralı şair Mirzə Təbilin bir beyti ilə bitirirəm.
Sıxaraq toqqanı çoxdan yemirəm,
Çağıran yox niyə iftara məni….