Архив по авторам | Xeyrulla Xəyal

Boris PASTERNAK. Məşhur olmaqda axı yaxşı nə var…

pasternak

Быть знаменитым некрасиво…

 

Məşhur olmaqda axı yaxşı nə var,

Baş ucaldan bu deyil, əlbəttə.

Çox mehr salmayın əlyazmalara,

Toplayıb yığmayın arxivləri də.

 +

Sənətdə məqsəd – özündənkeçmə,

Uğura, hay-küyə yersizdi tamah.

Əsərin – heç nə, həm  özün – heç nə,
Adın hər yerdə — ayıbdır, vallah.

 +

Lovğalıqdan uzaq ömür sürəsən,

Elə ömür sürəsən, sonda yetə,

Sənə sədası yeni əsrlərin.

Çəkəsən ətrafın məhəbbətini.

 +

Və bilinməzliyə həm baş vuraraq,

Orda addımlarını gizlədəsən.

Necə dumanda gizlənir ətraf,

Və itirsən özün də gözdən sən.

 +

Və kağızlarda deyil boş yerlər,

Taleyində və həyatında qala.

Bütöv bir ömrün orda qeydləri,

Başlığıyla, fəsil-fəsil yer ala.

 +

Addım-addım izinlə özgələri
Yol gedər ki, haçansa keçdin sən.

Məğlubiyyətlə sən ancaq zəfəri,

Özün gərək ayıra bilməyəsən.

1956

 Ruscadan tərcümə

02 noyabr 2014 Samara

 

ЗОВ ПРЕДКОВ

nar

Ганапольский исходит дерьмом — Швеция Палестину признала… Ганапольсккий называет палестинцев сеператистами — когда палестинцы входили в Израиль? Даже тогда, когда никакого Израиля не было?

Emil VERHARN. ÖLÜM

verhaern1.jpg

 

Emil VERHARN

(1855-1916)

ÖLÜM

Triste dame, mon ame…

 

  • Söylə könlüm, sən ey hüznlü xanım,

Hara düşmüşdü yolun, hardaydın.

Bəlkə matəmli bir saraydaydın,

Söylə könlüm, sən ey hüznlü xanım.

 

  • Bir qəsrdəydim – alovdan qüllə,

Qapılar sındı mənim zərbəmdən.

Sabah ətir saçacaq qəbrində,

Yığıb gətirdiyim qızıl güllər.

 

  • Dinlə, könlüm, sən ey hüznlü xanım,

Gələcək qorxu salır varlığıma,

Məni ölüm qabaqda gözlər axı,

Dinlə könlüm, sən ey hüznlü xanım.

 

  • İtər nizam deyə qorxursan sən,

Ölüm yer altda, zirvələrdə həyat,

Əbədi şəninə çələng toxuyar,

Sənin onlar səmavi güllərdən.

 

  • Dinlə könlüm, sən ey istəkli xanım,

Zaman gedir, gəlir kəsir qapını,

Əli dəryazlı, hənirdən tanınır,

Dinlə könlüm, sən ey istyəkli xanım.

 

  • Zaman – uydurma, xəyal tək dağılar,

Qalacaq təkcə sənətkar yaradan.

Sənin dühan oyanıb yazdığın an,

Yaşar incində, əbədiyyət olar.

 

        Fransızcadan tərcümə

     31.10 – 01.11. 2014 Samara

 

САНКЦИИ, АНТИСАНКЦИИ, АНТИЦИКЛОНЫ…

nar

Потеплело. Хорошо, что на антициклоны нет санкций. Иначе Россия кое-что сбе отморозила бы.
Конечно, если бы она, как говорит Путин, была дедушкой…

MİRZƏ ƏLİLDƏN ELEKTROŞOK AÇIQLAMA        

Ah Azərbaycan! Canım Azərbaycan! Gözüm Azərbaycan!        

Burda bəziləri danışırlar, qulağıma çatır, deyirlər guya Mirzə Əlil Azərbaycanı sevmir. Yalançının lap… Azərbaycanı mənim qədər sevən ikinci adam tapıb gətirin məmin yanıma, adımı dəyişib qoyum Mirzə Zəlil!

O gün arvada deyirəm ki, cəni boşayacam. Arvad deyir kişi, yaşından xəbərin var? Sənin arvad boşayan vaxtındır? Deyirəm arvad, Putin arvadını elə mən yaşda olanda boşamadım? Demədimi ki, bundan sonra o ancaq Rusiyanı sevəcək? Mən də bundan sonra təkcə Azərbaycanı sevmək istəyirəm. Arvad deyir kişi, polisin qulağına çatar ki, sən özünü Putinə tay tutursan, ekstremist maddəsiylə atarlar içəri…

Burasını arvad doğru deyir. Özümü Putunə tay tutmaqla bir az ağını çıxardım. Ancaq Azərbaycanı doğrudan da canımdan artıq sevirəm. Azərbaycanı malımdan da artıq sevərdim, ancaq mal yoxdur…

Azərbaycandan gələn hər şad xəbər mənim üçün bayram olur. O gün eşitdim ki, Bakıda bundan sonra polislər müxalifətçilərin mitinqini elektroşokerlə dağıdacaqlar. O qədər sevinmişəm ki! Hər dəfə televizorla görəndi ki, Bakıda mitinq iştirakçılarını su ilə qovub dağıdırlar, ürəyimdən qara qanlar gedirdi. Ancaq elə bilməyin ki, mənim mitinqçilərə yazığım gəlir. Allah eləməsin! Məni darıxdıran su idi! Gözzəl Şollar suyu! Gözzəl Qəbələ suyu! A kişilər, heyf feyil ki o inci suları belə ziyanlı adamların başına tökəsən? Vallah, deyələnlərə görə, Bakıda elə məhəllələr var ki, sakinləri həftəylə su görmürlər. Mən öz-özümə fikirləşirəm ki, elə bu mitinqə çəxanların çoxu müxalifətçi-zad deyil, məqsədləri havayı-kalan hamamlanmaqdır. Yəqin mitinqə özləriylə sabun, kisə gətirənlər də olur. .. Hamamsız yataqxanalarda yaşayan o qədər tələbə, o qədər qaçqın var ki, müxalifətçi adıyla küçəyə çıxıb özlərinui çimizdirirlər… Yoxsa axı bu adamların mitinqə çıxmağına ayrı səıbəb yoxdur: gözəl prezident, gözəl Ramiz Mehdiyev, gözəl Artur Rəsizadə, gözəl Milli Məclis… Ölkə reqional lider… Ha fikirləşirsən ki, bizim millətin nə problemi ola bilər, ağlına bir şey gəlmir. Məşədi İbad demişkən, bizim millətin bir problemi varsa, o da problemsizlikdir.

ЭЛЕКТРОШОКЕР 1

Mən çoxdan təəcüblənirdim ki, niyə Bakəda polislər bu mitinqçiləri elektroşokerklə dağıtmırlar. Mən televizorıa tez-tez görürəm ki, Afrikanın çox qabaqcıl ölkələrində polis su-zad işlətmir, orda da su qıtdır. Elə elektroşokeri dirəyir mitinqçinin süvər yerinə, o da iflic olur. Özünə gələndə Afrika dilində “Dədəm, vay!” deyib götürülür xarabasına və bir də küçəyə çıxmır…

Vallah, elə arzulayıram ki, kaş cavan olaydım, gedib Bakıda girəydim polisə işə. Bir mitinq dağıdardım ki! O elektroşokeri müxalifətçinin elə yerinə tıxayardım ki, bir ay yorğan-döşəkdən durmazdı, əli qələm tutan kimi də YAPa girməyə ərizə yazardı… Heyf, yaşım keçib, indi məni polisə götürməzlər…

Ancaq bir məsələ məni narahat edir. Kəndimizə hər gün zəng vururam Orda iki gündən bir işıqlar sönür. Qorxuram ki, Bakıda polislərə elektroşoker veriləndən onra işıqlar hər gün sönə. Axı ölkədə hasil olan elektrik enerjisinin yarısı bundan sonra elektroşokerlərə gedəcək…

 

Mirzə ƏLİL

29 oktyabr 2014 Samara

Газета ОЧАГ 2012-04

СКР 2012-04очаг_4_2012

Газета ОЧАГ 2014-10

СКР 2014-10 2очаг10_цветной2014

ОН САМ — ПРОБЛЕМА

Песков опроверг слухи о том, что у Путина проблема со здоровьем. «У Путина не может быть проблема,  потому что он сам — проблема», — сказал Песков.

Putin’s rating in danger

The dollar will soon catch up Putin’s rating and will be worth eighty seven rubles …

ГОНКА С ПРЕСЛЕДОВАНИЕМ

nar

Доллар скоро догонит рейтинг Путина и будет стоит восемьдесят семь рублей…