“Daş yuxular” romanının nəşrinin bir illiyi münasibətiylə Ermənistan prezidenti Serj Sarqsyan Əkrəm Əylisliyət təbrik teleqramı göndərib. Təbrikdə deyilir: “Əziz Əkrəmk-can! Gec-tez “daş yuxular” çin olacaq və biz sənin vətənin Əylisi də azərbaycanlıların işğalından azad edəcəyik!”
Архив по авторам | Xeyrulla Xəyal
ЗА ЧТО ПОСАДИЛИ МОХНАТКИНА?
Подумав немного, окружение Путина решило, что человеком, равным Ходорковскому, в настоящее время является Сергей Мохнаткин. Его могли бы задержать еще в ноябре, но в ноябре 30 дней, поэтому пришлось дожидаться до 31 декабря…
А г-н Мохнаткин думает, что сидит не за Ходорковского, а за Россию. В конце концов, это одно и то же…
AZƏRBAYCANDA NEÇƏNCİ İLDİR?
Daily mail qəzeti yazır ki, kimdə 1986-cı ilin divar təqvimi qalıbsa, yenidən asa bilər – 2014-cü ilin təqvimi 1986-cı ilin təqvimini təkrar edir…
1986 – SSRİ-də perestroykanın başlanğıcıdır, böyük ümidlər ilidir. O vaxt insanlardan gələcək 2014-cü ildə ölkəni, milləti necə gördüklərini soruşsaydılar, yaranacaq demokratik, çiçəklənən iqtisadiyyatlı cəmiyyəti təsvir etməyə onların sözü çatmazdı…
Azərbaycanda nəyin qurulduğu indi aydındır. Yaranmış dumanlı perspekivli milli dövlətin bahası insan haqlarıyla ödənilib. Azərbaycan bu mənada 1986-cı ildən də çox-çox əvvəllərə qayıdıb. 1986-cı ildə əgər insanın asılılığı siyasi rejimdın idisə, indiki aslılılıq feodal asılılıqdır, kölə asılılığıdır, Məmmədhəsən əmi – Xudayar bəy asılılığıdır. Vətəndaş azadlıqları yoxdur, zoğal ağacından dəyənək var ki, xudayar bəylər istəyəndə endirirlər, istəyəndə qaldırırlar…
Beləliklə, 1986-cı ilin təqvimi azərbaycanlılar üçün göz dağıdır, kimdə qalıbsa, sandığa qoyib kilidləsin…
İndi müsəlmanlarda neçənci ildir? Bəlkə bizə bu təqvim daha çox uyğundur?
03.01.14
ГОНКИ С ПРЕСЛЕДОВАНИЕМ В СОЧИ
PAPİROSUM YANA-YANA, DENVER QARDAŞ SALYANA…
Kolorado ştatında anaşanın leqal satışı başlanıb. Salyan rayonunun rəhbərliyi bu münasibətlə Kolorado əhalisini təbrik edib. Bu günlərdə Koloradonun paytaxtı Denverlə Salyan şəhəri arasında qardaşlaşma müqaviləsi imzalanacaq.
NƏŞƏLİ SÖHBƏT
İLHAM ƏLİYEV: Ramil, amerikalılar anaşanı açıqsatış elədilər. Deyirəm bəlkə biz də eləyək, xaql çəkib kayflansın?
RAMİL USUBOV: Zat-aliləri, yaxşı fikirdir. Ancaq hüquq-mühafizə orqanlarının işində çətinlik yarana bilər.
İLHAM ƏLİYEV: Deyirsən polislər peredoz eləyərlər?
Ramil USUBOV: Yox, bizim işçilər dozalarını bilirlər, öyrəşiklidilər. Mən müxalifətlə mübarizəni deyirəm. İndi ciblərindən anaşa çıxardırıq, anaşa açıq satış olsa, gərək boyunlarına ayrı şey qoyaq…
ПУТИН СТАЛ ЧЕЛОВЕКОМ
HƏMRƏYLİK YA HƏMRƏNGLİK GÜNÜ?
Azərbaycanlıların necə həmrəy olduğunu ağlım kəsəndən görmüşəm. Millətin necə həmrəng olduğunu çox gec gördüm. Rusiyada ilk bir ili yaşayıb tətilə gələndə azərbaycanlıların, xüsusən kişilərin, bir-birlərinə necə oxşadıqlarını görüb sarsıldım. Bu mənə xüsusən bir yas yerində çatdı. Yetmiş-səksin kişi, yaşları təxminən otuz və otuzdan çox, oturublar yan-yana, hamısının əvvəldən qara olan saçları çallaşıb, hamısının da bığı. Hamısının bığlı olmağı məni lap sarsıtdı, çünki mən özüm də bığlıydım. Mənə çox ağır gəldi ki, mən də heç bir fərdi xassəsi olmayan milyon adamdan biriyəm. Mənə az-çox təsəlli verən bu adamlarını əksəriyyətinin qarınlı olmağıydı – mənim qarnım yox idi! Tək-tək qarınsız, yəni qarınları-qarınlarından keçən adamlarla danışanda deyirdilər ki, mədələri xəstədir. Və xəstə mədəli bu adamlar hamısı siqarət çəkirdirlər. “Tərgidin getsin də”, — mən onlara deyirdim. “Tərgitmək olmur, ay məllim, o qədər dərd var ki”, — onlar mənə deyirdilər…
Adamların hamısının bir rəngdə, bir xassədə olmağı, əlbəttə, yanlış təəssürdür, bir neçə gün qalandan sonra başlayırsan ayırd eləməyə, hərçənd bu, çətindir…
Adamların bir-biirinə zahirən belə oxşamaqları bəlkə onların bir fikirdə olmaqlarıdır? Yəni həmrənglik həmrəylikdəndir?
Uzun illər birgə ömür sürən ər-arvadın bir-birinə oxşamaqlarını çoxdan onların eyni hadisələrə eyni reaksiya verməkləriylə, eyni şeyə gülməkləri, eyni şeylərə qaş-qabaq eləməklərylə izah edirlər. Azərbaycanlılar da bir-birinə niyə oxşamasınlar? Bağırov gülüb – gülüblər, Bağırov qışqırıb – qarınlarına düşüb ağrı, Əliyev gülüb – gülüblər, danışıb – alqışlayıblar. Əvvəl atanı, sonra oğulu. Alqışlamayan adamın az qalırdılar gözünü basıb çıxarsınlar. “Sən hamıdan ağıllı çıxmısan?”
Mənim gözümü dönə-dönə çıxarmaq istəyiblər. Özü də milislər yox, iş milislərə gedib çıxmayıb. Mənim gözümü çıxarmaq istəyənlərin çoxu “sadə adamlar” olub.
Allah, dünyada bu sadə adamlardan təhlükəli heç nə yoxdur. Xüsusən bir yerə yığılanda. Çevrilirlər kütləyə. Dur görüm qabaqlarında necə durursan…
İndi o həmrəng, həmrəy adamların “demokrat”a çevrildiklərini görüb məəttəl qalıram…
Azərbaycanlıların demokratik millət kimi perspektivi yoxdur. Məsələ rəngdə deyil, bığda ya bığsızlıqda deyil. Həmrəylikdə, təkfikirlikdədir. Dünən, Yesenin demişkən, şalvarlarını çəkə-çəkə Rüstəm İbrahimbəyovun dalınca qaçırdılar, səhəri gün Cəmil Həsənlinin…
Burda söhbət kişilərdən getdi. Qadınlardan, onların həmrəng olub-olmamağından bir söz deyə bilmirəm. Çünki Azərbaycanı əsasən şəkillərdə görürəm. Şəkillərdə isə kişilərdir – həmrəng, bığlı, qarınlı.
Yalnız qadınlar, ölkə əhaliisinin yarıdan çoxu olan qadınlar təkrəngliliyi palitraya çevirə bilərlər. Haçansa belə olacağına inam qalmayıb…
Həmrəylik günü…
On-on beş milyon bığlı, həmrəng, qarınlı kişini birləşmiş kimi təsəvvürə gətirib dəhşətə gəlirəm…
Özünüz bu kütləni gözünüzün qabağına gətirin…
31.12. 2013 Samara
ANAMIN YAXIN QONŞULARI
Qovar vahiməni, xofu dağıdar.
Həniri, hürüşü qonşu itinin.
Uzaq qohumlardan, oğuldan qabaq
Yaxşn qonşulardır haraya yetən.
Qonşu işıqları ay işığına
Qarışar, süzülər pəncərələrdən
Ümid kəsiləndə qohum aşına,
Süfrəyə çəkilər qonşudan gələn.
Çəpərlər, hasarlar, arakəsmələr,
Nə qədər ucala, bərkiyə — yenə
Xəstəlik, qocalıq yıxırsa əgər,
Söykənirik yaxın qonşu çiyninə.
31 dekabr 2013 Samara
