Архив по авторам | Xeyrulla Xəyal

BİRLƏŞİB HARA GEDİRİK? ŞUŞANI ALMAĞA?

Deməliyəm ki, Samarada Azərbaycan mədəniyyəti günlərini “Samara vilayəti  azərbaycanlılarının Liqa”sı təşkil edib, bu təşkilatın və eləcə də tədbirin nə şəxsən Abbas Abbasova, nə də onun rəhbərlik etdiyi təşkilatlara dəxli var. Abbas Abbasov Samaraya şəxsi dəvətlə gəlib və gözlənilmədən özünü məclis sahibi kimi aparmağa başlayıb.

Cənab Abbasov Samarada özünün on beş ildən çox baş nazir müavini işləməyindən fəxrlə danışırdı. Ona xatırlatmaq lazımdır ki, həmin bu on beş ildə bəlkə bir milyon azərbaycanlı qastarbayterə çevrilib. Cənab Abbasov bunun məsuliyyətini daşımalıdır, ancaq o hələ getmələrinə özü də səbəb olduğu azərbaycanlıları imdi Rusiyada idarə etmək istəyir. Bəlkə bizi burda rahat qoysun? Öz-özümüzü Abbasovsuz da idarə edərik.

«Azadlıq» radiosunu saytında Abbas Abbasovun müsahibəsinə şərh

 

Cənab Abbasov azərbaycanlıları birləşdirmək həvəsiylə belə yanırdıa, Azərbaycanda yaşayanda vətəndaşları niyə birləşdirmirdi? Niyə İsa Qəmbər ya Bəxtiyar Hacıyev deputat deyil, onun oğlu deputatdır? Dövlər məmuru ola-ola necə biznes sahibi olub? Cənab Abbasov kimilərin xalqa qarşı xeyriyyəçilik iddiaları bir lətifədəki kimi Əzrailin uşaq paylamaq xəbərinə bənzəyir.

İndi Rusiyada ictimai təşkilatlara hökumət orqanlarınnın münasibətindən bəlkə çoxunun xəbəri var, ən hörmətli insan haqları təşkilatlarını belə inzibati orqanlar yoxlamalarla təngə gətirirlər, onlara qarşı cinayət işi də qaldırırlar. Əgər Moskvada   mətbuatda geniş işıqlandırma şəraitində azərbaycanlı təşkilatı yaranırsa və onun fəaliyyətinə hər cür dəstək verilirsə, bunun Rusiyanın xüsusi xidmət orqanlarının layihəsi olduğu şübhəsizdir.

Samara tədbirləri Azərbaycan Demokratik Respublikasının 95 illiyinən və yerli təşkilatın on illiyinə həsr olunmuşdu. Təssüf ki Abbasovun və onun yanına salıb gətirdiyi bir dəstə siyasi bomjun gəlişi bu “mədəniyyət günləri”nin məzmununu və atmosferini  çox dəyişdi.On il ərzində ilk dəfəydi ki, bizim tədbirdə rəhbərlərin şəninə, bir-birlərinin şəninə bəzəkli təriflər səslənirdi…

Abbasovun Rusiya azərbaycanlılarını “yumruq kimi birləşdirib” vətənin xilasına aparmaq arzusuna bilmirsən güləsən ya ağlayasan… Hara gedəcəyik? Bizi hara aparacaq? Şuşanı almağa? İlham Əliyevi yıxmağa?

Puşkin demişkən, жив курилка! Xlestakovlar sağdır! Elə bu günlərdə Samarada olub başının dəstəsiylə. Bahalı mehmanxanada qalıb, bahalı yeməklər yeyib… 

YOLUN YARISI KEÇİLDİ

Respublika günü Əli Kərimli və İsa Qəmbər, birləşmə prosesini yarıyacan başa çatdırdıqlarını elan ediblər. Liderlər hələlik adlarını birləşdiriblər, indi onların adı Əlisadır. Müxalifətçilər tezliklə soyadlarını da birləşdirəcəklərinə şübhə etmirlər.

Sağ ol, belə öndəri Xalqımıza göndərən!

İlham Əliyev deyib ki.1992-1993-cü illərdə Azərbaycanın istiqlaliyyəti əldən gedirdi, milli öndər bu istiqlaliyytəti xiıas etdi.

Bu, möhtərəm prezidentin bütün başqa fikirləri kimi çox dərin və mürəkkəb filkirdir. Başa düşüncə məni qan-tər bürüdü. Yəni, mən başa düşən,  Azərbaycan o vaxt Kəlbəcərdən, Qubadlıdan, Ağdaamdan, Zəngilandan, Füzulidən, Cəbrayıldan asılı idi, bu rayonları verib asılılıqdan qurtarmışıq, yəni istiqlaliyyətimizi qorumuşuq.

 

XATIRƏLƏR

İlham Əliyev: “Atam Azərbaycan Demokratik Respublikasını yaradanda anasından olmamışdı…”

PREZİDENT QURBANLIĞI

 İLHAM ƏLİYRV VƏ RAMİL USUBOV

—         Ramil, sən axır vaxtlar rayonlarda çox olursan. Vəziyyət necədir? Adamların problemi yoxdu ki?

—         Adamların heç bir problemi yoxdur, möhtərəm prezidentimizdən hədsiz razıdırlar, özlərini zat-alilərinə qurban kəsməyə hazirdırlar.

—         Ramil, deyirsən yəni mal-heyvan qurtarıb?

—      Bizim camaatda mal-heyvan ermənilərin qoşunundan çoxdur, ancaq adamlarımız heyvanı zat-aəlilərinə layiq bilmirlrər…

НА ЗДОРОВЬЕ!

nar

Мосгорсуд сегодня разрешил молодым московским  мамам с малолетними детьми за отсроченные небольшие сроки убивать дагестанцев.

UĞRUMUZDA ÖLMÜŞ TÜRKLƏRİN XATİRƏSİNƏ

Qardaşım oğlu Yusifdən bu gün şəkilli bir məktub gəldi. Məktubu,onun  başqaları üçün də maraqlı olacağı gümanıyla nəşr edirəm.

X.X.

“Salyanda əmigilin basdırıldığı qəbirstanlığa girirdim, sağda abidə gözümə dəydi, yaxınlaşdım. .Gördüm ki, yaşlı bir kişi abidənin ətrafını sulayır.1918-ci ildə burada şəhid olmuş türk əsgərlərinin qəbirlərini Salyanın ayrı-ayrı kəndlərindən bura köçürüblər.Həmin kişi dedi ki, «sümüklərin çıxarılışında mən də iştirak etmişəm.Oğlum türk səfirliyində işləyir.Türkiyəli general da gəlmişdi.Buranı təmənnasız sulayıram, təmizliyinə baxıram.Amma bayraqları 1 metr yüksək qoymaq istəyirdilər İcra Hakimiyyəti icazə vermədi.Abidəni də hündür qoymağa razılaşmadı”SLYAN_TÜRK1SALYAN_TÜRK2SALYAN_TÜRK 3

КОНТРАСТНАЯ СЦЕНА

nar

Путин;
— 13-й мой указ выполнил?
Медведев:
— Выполнил!
— А 55-й?
— Выполнил!
— А 666-ой?
— Выполнил!
— А контрастный душ принял?
— У меня насморк!
— У моих собак тоже насморк, однако контрастный душ все равно принимают! Володин! Песков! Облейте Дмитрия Анатольевича ледяной водой! 

PREZIDENT TV-DƏDİR, MİLLƏT HAMI EVDƏDİR

Günlərin bir günü İlham Əliyev gedir Dağüstü parka, girir kafeyə ki, bir az yetyib- içsin və bir az dincəlsin. Yeyir-içir, qıçını qıçının üstünə qoyub başlayir dincəlməyə. Bir saat dincəlir, iki saat dincəlir… Baxıb görür ki, kafedə ondan başqa qadam yoxdur. Ofisiantı çağırıb deyir:

—         Brat, mən iki saatdır burdayam, özümdən başqa bir müştəri görmürəm.

Ofisiant elə ikiqat əyildiyi vəziyyətdə deyir:

— Zat-aliləri, indi bütün millət oturub evdə Az Tv ilə möhtərəm prezidentimizin Dağüstü parkını ziyarət etməsinə baxırl…

ЧУВСТВИТЕЛЬНЫЙ ДОЛГ ИЛЬИ ПОНОМАРЕВА

nar

В интервью Сергею Брилеву Виктор  Вексельберг не исключил, что вместо 750 тысяч долларов он мог бы взять у Ильи Пономарева его яйца. «В свою коллекцию», — уточнил олигарх. его яйца.