В Дагестане свадьбу с исламскими флагами штурмуют армейские части, а в Москве с хоругвями маршируют, еще в каких-то военных нарядах. Никто их не трогает. Где справедливость? То есть где логика?
Архив по авторам | Xeyrulla Xəyal
EKSTREMIZM YAYAN ÖLKƏLƏR? — BİRİ ELƏ TÜRKİYƏ
«Azadlıq»radiosunda peyğəmbərə həsr olunmuş şer müsabiqəsiylə bağlı müzakirəyə şərh
Amerika hökuməti dünyanın ən ucqar yerlərində İslam ekstremizini yayanlrı axtarır. Onlar nahaq uzağa gedirlər: ekstremizmi yayanlardan bir elə Amerikanın yaxın müttəfiqi Türkiyədir. Əgər Türkiyə səfirliyi dini müsabiqə keçirirsə, belə düşünməyə haqqımız var. Niyə Türkiyə səfirliyi müsabiqəni demokratiya mövzusunda keçirmirdi, niyə bu müsabiqə Azərbaycan Respublikasının yubileyinə həsr olunmurdu? Hansı maraqla Türkiyə minacatçılığı, mərsiyaxanlığı yayır? Məgər türklər bilmirlər ki, qabağını bolşeviklərin aldığı bütün bu hoqqalar sünnü-şiə qarşıdurmasına gətirib çıxaracaq? Yüz il bundan qabaq Azərbaycanda sünnülərlə şiələrin bir-birlərini vaxtaşıqı qırdıqlarına inanmayanlar Həsən bəy Zərdabinin məqalələirni oxusunlar. İndinin özündə — mən bunu yaxşı bilirəm – Azərbaycanda iranyönlü müsəlmanlarla türkiyəyönlü müsəlmanların bir-birlərini görməyə gözləri yoxdur. Qırğının qabağını polis rejimi saxlayır.
Türkiyənin beynəlxalq aləmdə çoxbaşlı hərəkətləri yaxşı məlumdur. Rusiya ərazisində ağır cinayətlər, kütləvi qırğınlar törətmiş çeçen yaraqlıları orda “mücahid” adıyla hörmətlə qarşılanır, sığınacaq alırdılar. Azərbaycanda da “türkçülüyü” qızışdırmaqla ancaq Azərbaycan dövlətinin parçalanmasına və süqutuna nail olmaq mümkündür. Cəfəng “türkçülük” ritorikası ilə biz Azərbaycan xalqlarının incik salırıq, səngərlərimizdə türklər gəlib oturmurlar, səngərlərimizdə bizimlə birgə ləzgilər, talışlar, tatlar otururlar. Və vacib bir sual: Məhəmmədin meracının türkçülüyə nə dəxli?
Müsabiqə qalibi olan şerlər hər cür tənqiddən aşağıdırlar, Vaqifin (yaxından tanıdığım üçün adıyla deyirəəm) şerlərinin gəfəngiyyat olmağı bir yana, onlarda açıq ekstremizm var, başqa xalqlara və din nümayədələrinə təhqir var. Kimdir Vaqif deyən “kafərlər”? “Məhəmməd qılıncı” indi kimlərə yönəlməlidir? Belə yazıları oxuyanda başa düşürsən ki, müsəlmanlıq çoxları üçün din deyil, diaqnozdur…
Azərbaycanda din az olmalıdır, zəif olmalıdır, çox din, güclü din – Azərbaycan üçün vətəndaş müharibəsi və süqut deməkdir.Bunu başa düşməyənlər İraqa baxsınlar, Suriyaya baxsınlar, Livanın qanlı tarixini öyrənsinlər…
DİKTATORU YLXAN ATIN İGİDLİYİ
Aşqabadda keçirilən cıdırda at tükmən diktator Qurbanqulu Berdımühəmmədovu çırpıb yerə. Beləliklə, at terkmən xalqına nümunə göstərib. Bəlkə də bu mərd At (böyük hərflə yazaq) başqa bir sıra xalqlara da nümunə göstərib.
ИЛЬЯ ПОНОМАРЕВ — СТАХАНОВ НАШЕГО ВРЕМЕНИ
Одним из первых Героев труда станет Илья Пономарев, установивший доходность труда и получивший за пять минут работы 750 тысяч долларов.
1 май, 2013
İRAN AZƏRBAYCANA STRATEJİ SİLAH VERƏCƏK
Akademik Ramiz Mehdiyevin İrana səfərində əsas məqsəd qara kürü olub. Cənab mehdiyev İran prezidentindən beş-on min ton küeü istəyib: “Mahmud, sən öl demirəm, özüm ölüm, bu Qərbin təzyiqlərinə biz ancaq kürü ilə dura bilərik. Bunu, qəbirə qoysan, kürüdən kəsərli silah yoxdur. İndi hücumlar o qədər artıb ki, kürü çatdıra bilmrik”.
Əhmədinicad deyib ki, müsəlman dünyasının düşmənlərinə qarşı mübarizə üçün nə qədər kürü lazım olsa, verməyə hazırdır.
«СВОБОДА» ОСВОБОДИЛАСЬ
Маша Гессен решила уйти с поста руководителя русской службы радио «Свобода», чтобы писать книгу о Pussy Riot. Сначала она хотела написать роман «Джейн Эйр», но ей сообщили, что такой роман уже написан некоторое время назад.
О ВЕРОЯТНОМ ПРЕЕМНИКЕ ВВП
Если когда-нибудь ВВП перестанет быть президентом России, его, возможно, сменит ЖКХ, другая популярная комбинация из трех букв. Есть еще одна, даже более популярная комбинация из трех букв, но недавно Госдума запретила мат, закрыв дорогу к власти Х…
ANALOQU OLMAYAN AZƏRBAYCAN TÜRMƏLƏRİ
Millət vəkili Mehriban Əlyeva Azərbaycan türmələrinin bəzilərinə magistratura, bəzilərinə isə doktorantura statusunun verilməsi təşəbbüsüylə prezident İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir ki, Azərbaycanın ən savadlı gəncləri təhsillərini türmələrdə davam etdirirlər və türmələrin bəzisi dustaqların səviyyəsinə görə çoxdan Bakı dövlət universitetini də keçib. Xanım Əliyeva həmçinin İlqar Məmmədovu akademiyanın üzvlüyünə namizəd göstərib.
İNTERNETİN AZƏRBAYCANLI QOHUMU
MİSİR GMAİL OĞLU MƏRDANOV
HACILAR VƏ MƏŞƏDİLƏR! iNDİ BİLDİNİZ Kİ, İŞ NƏ YERDƏDİR?
MTN Lənkəran unuversitetinin rüşvər üstündə tutulmuş prorektorunu yoxlayıb, məlum olub ki, qanının bir neçə litri erməni qanıdır. Bu xəbər Azərbaycan xalqına çatdırılan kimi xalq şokdan çıxıb. Çünki xalq azərbaycanlı müəllimin, müsəlman müüəllimin rüşvət aldığını eşidib sarsıntı keçirmişdi.