QURBAN

Bağlanıb ayaqları,
Böyrü üstə yıxıblar.

Üzü qibləyə sarı,

Gözlərindəsə yaş var.

 —

İtilənibdir bıçaq
Kəsən bilir işini,
Bədəndən ayıracaq,

İndi qoçun başını.

 —

İslanıb boynu tərdən,

Göz yaşı axıb gedir.

Yox hünəri tərpənə,

Qoç oğlu qoç deyildir!
 

Hər quşun, hər heyvanın,

Ağacın, çiçəyin də,

Yaradanı var yəqin.
Bəlkə yalvarır indi,

 —

Yaradanına  Qurban

Mərhəmət diləyərək.

Yaxınlaşınca zaman,

Ya da deyir «kaş gərək,

 — 

Kor ya axsaq olaydım,

Quyruğu kəsik həm də.

Buynuzlarım sınaydı,

Ya da kəllələşəndə.

 —

Başım üstdə bıçaqlı — 

Qoç oğlu qoç yaranan,

Ölür ayağı bağlı.

Yaranmayaydım heç mən!»


 Çəkər tiyəni indi,

İşini bilən kişi.

Baş ayrılar bədəndən –

Budur dünyanın işi…

09. 07. 2022, Samara

KLAUSTRAFOBİYA

29 iyun

Bəlkə məni xırda, çəlimsiz həm də,
Tanrım yaratdı ki, zavallı ölkəm,
Möhtəşəm görünə məinm gözümdə.

Taleyin yükünü səbrlə çəkəm.

 —

Mən də yük çəkirdim səbrimi basb,
Nə qədər uşaqdım, ağıldan da kəm.

Mənə bəs edirdi ölkə miqyası,
Başqa bir ölkə də tanmırdım həm.

 — 

Klaustrafobiya adlı bir azar,
Bir gün xirtdəyimdən yapışdı ancaq.

Kiçildi gözümdə ölkəm, oldu dar,

Evsə ruhu sıxan, incidən bucaq.

 —

Böyük çayında da gəmilər üzməz,
Dənizi qapalı – elə adı var,

Hava qıtlığından qaralır nəfəs,

Çünki havaya da yiyə durublar.

 —

Daim qulağında Rəhbərin səsi,
Burnunun ucunda yumruğu hər an.

Əzir, əızışdırır hər kəs hər kəsi.
Qapı, pəncərə yox çıxıb qaçasan.

 —

Klaustrafob azarı haçan,
Kimdən keçdi mənə — deyə bilmərəm.

Bəlkə iki dünya dar gələn insan,
Zehnimi sarsıtdı, ruhumu da həm?

 —

Havası çatmırdı, baş aldı birdən,

Çox gəzib Hələbə gəldi nəhayət,

Adamyeyənlərdən çıxıb əlindən,
Dərisoyanlara ilişdi fəqət…

 —

Çırpınıb, çırpışıb çıxdım ölkədən.

Olanım kağızdı — yaxama sancdım,

Hava istəyirdim sinə dolu mən,
Hava nemət idi — mən axı gəncdim.

 —

Gəncdim, zəifdim həm… Rusdan o yana,
Getməyə çatmadıiradəm, əzmim.

Buranı yuyurdu üç okeanın

Suları. Qıt olmaz hava, deyirdim.

 —

Özü də gözümdə indi kiçilib,
Dünyanı başıma dar edib həm də.

Hər kəsə, hamıya qənim kisilib,

Nə istisi qalıb, havası nə də.

 —

Əhali toplanır, avtomatlanır,
Gedir dağıtmağa, qan axıtmağa.

Getmək istəməyən xain adlanır,

Nəfəs çəkməyin də riskdir daha.

 —

Qorxuram bundan da qara gün gələr,
Kibrit, duz yığıram, bir az da ərzaq.

Ətraf dəri soyan, adamyeyənlər,
Boyum tək dilim də qısadır ancaq…

 

02-03. 07. 2022, Samara

QOCALANDA…

2021 лето

Elə bil qonaqsan çağırılmamış,
Ya da yarıkönül çağırılmısan.
Hamı gözləyir ki, gedərsən haçan,
Gözlərində qınaq, bəlkə də qarğış.

 =

Boğazından aşmır kəsdiyin tikə,
Haramdır elə bil, ya da özgənin,

Öz ömrün tükənib, yaşanan hər gün,
Çıxılır ömründən kiminsə bəlkə…

 =

Ürkək dolaşırsan şəhərə çıxsan,
Qısılıb divara gedirsən həqir.

Səni dalda qoyur azı bir əsr,
Şütüyüb yanından keçən hər cavan.

 =

Elə bilirsən ki, baxır qıyqacı,
Gözucu baxsa da kişi ya qadın.

Deyir niyə doyub sən dolanmadın,

Süfrədən durmağın vaxtıdır, qoca!
=

Başını qaldırıb göyə baxmağa,

Nə həvəsin qalıb, nə də qüdrətin.

Gəlmir, gözləyirsən, hələ dəvətin,
Tənədən, qınaqdan üzüldün daha…

 

29.06. 2022, Samara

UİSTAN ODEN. QIŞQIRIQ QOPARMAQ MƏNASIZ, ƏBƏS…

auden

Qışqırıq qoparmaq mənasız, əbəs,

Əzizim, burdaca elə bunu kəs.

Daha çəkmir məni qucaqlaşmalar;

Təzəcə çay dəmlə, təmiz süfrə sal.

Bu sənsən, bu da mən. Nə məna bunda?

Gələcək barədə fikrimiz nədir?

Bir zaman anama söylədim evdən,
Gedirəm ki, tapam başqasını ən.
Heç cavab vermədim məktubuna mən,

Daha yaxşısını tapmadım hərçənd

Bu mənəm, bu da sən:

Bunda nə məna var? Nə edəsiyik?

Belə olmayıbmı həmişə, hər vaxt?

Bəlkə də olmayıb, belədir fəqət.

Maşını tərk elə, həyat beləykən,
Uelsə getməyə dəyər çətin ki.

Bu mənəm, bu da sən::

Mənası bəs nədir? Nə etməliyik?

Mənim kürəyimdə qala var idi;

Üzdən tanıyrdım generalı da.

Ancaq kəsdi onlar bütün xətləri

Bilmirəm general istəyən nədir.

Bu mənəm, bu sənsən:

Bunda nə məna var? Nə etməliyik?

Bir arzu yaşayır damarlarımda,
Və balıq haqqında xatirə bir də:

Yerdə uzanaraq  mən ağlayarkən,

Deyir: “Qabaq bunu çox etmisən sən”.

Bu mənəm, bu da sən:

Bunda nə məna var? Nə etməliyik?

Bu sahilə bir quş uçub gələrdi:

Daha buralarda görünmür indi.

Uzaq yol gedərək yetişdim, ancaq,

Nə sevgi tapıldı, nə su, nə torpaq.

Bu mənəm, bu da sən:

Bunda nə məna var? Nə etməliyik?

 1934

ingiliscədən tərcümə

27-28.06. 2022, Samara

 ++++++++++++++++

W.H. AUDEN

It’s No Use Raising A Shout

It’s no use raising a shout.
No, Honey, you can cut that right out.
I don’t want any more hugs;
Make me some fresh tea, fetch me some rugs.
Here am I, here are you:But what does it mean?
What are we going to do?
Читать далее

UİSTAN ODEN. BƏSTƏKAR

auden

Hamı tərcümə edir: dünyanı təsvir edir 

Rəssam göz önündəki — sev ya da ki, rədd elə.

Eşib öz həyatını çıxarır üzə şair

İncidən, həm bağlayan surətləri eşq ilə.

Sən həyatı səy ilə çevirirsən  sənətə,

Ümidlisən ki, fərqi seçməz dinləyənlərin.

Bənzər sənin notların  saf və təmiz alətə,

Tanrının vergisiylə nəğmələrin yaranır.

Şəlalələr tək axsın, nəşə, zühurun yenə,

Axıt dizlərin üstdən, həm belin bəndlərindən,

Sükut iqlimimizə, şübhə təcavüzünə;

Sənsən yalnız və yalnız, sən ey xəyali şərqi,

Bacarmır ki, söyləsin deyil varlıq həqiqi,

Nemət kimi, şərab tək axıt öz əfvini sən.

ingiliscədən tərcümə

23-24. 06. 2022, Samara

+++++++++++++++++

W.H. AUDEN

THE COMPOSER

All the others translate: the painter sketches

 A visible world to love or reject;

 Rummaging into his living, the poet fetches

 The images out that hurt and connect. Читать далее

UİSTAN ODEN. MƏKTƏBLİLƏR

auden

Birda hər kəs əsirdir, hücrələri də türmə kamerası  kimidir.
Fəqət onlar qeyzli, və ya qüssəli ya da taleyinə baş əyib

Fəqir davranan, bütün istəklərdən yayınan,

Dustaqlara, baxırsan, elə də bənzəmirlər.

Onlarda çünki azdır narazılıq, az qala hər şeydən razıdırlar

Dilsiz it oyunundan, yalamaq, götürülmək;

Çünki  güclüdür eşqə maneələr, onların suiqəsdləri isə

İçkili insanların andları tək zəifdir.

Baxmaq asan iş deyil qəribəliklərinə

Məhkum gətitir ancaq illüzor mələkləri gözlərinin önünə 

Üzlərində təbəssüm görünüşü yaratmaq onlara çətin deyil,
Düşüb qorxuya vəhşi təbiəti, xisləti.

Fəqət baxın onlara, bizim həcmi, ölçünü, koordinasiyanı,

Onlardakı neytral, yöndəmsiz kamilliklə qoyun qarşı-qarşıya;

Məsələsə cinsdədir, qırılmış ayaqqabı bağı qırılmışdır deməli,
Professor arzusu həqiqətdən uzaqdır.

Hərçənd çətin heç nə yox tiranlıqda. Ayıb söz

Cızıblar fəvvarənin üstünə  — bumu qiyam?

Küncdə axıdılan göz yaşlarından fırtına,
Bu, gələcək həyatın toxumları deyilmi?

ingiliscədən tərcümə

21-22.06. 2022, Samara

+++++++++++++

W.H. Auden

Schoolchildren 

Here are all the captivities; the cells are as real:
but these are unlike the prisoners we know
who are outraged or pining or wittily resigned
or just wish all away.
Читать далее

UİSTAN ODEN. YENİ ƏSR

auden

Bitdi əsr, nəhayət, və öldü yatağında

Sonuncu xilaskarı qalaraq yaman günə.

Əminlikdir: gölgəsi nəhəg cöngənin daha,

Düşməyəcək toranda onların çəməninə.

 — 

Rahat yatıblar onlar: bataqlıqlarda hökmən,
Ölümü çatanacan can üzürdü əjdaha.

Bir il içində ancaq yarıq itdi düzəndən

Və kəsildi koboldun taqqıltıları dağda.

 — 

Yalnız heykəltaraşlar, şairlər məyusdular

Çıxıb ötkəm məiyyət evindən sənətkarın

Deyinib dağılışdı. Şad idi yenilənlər ki, indən belə onlar,

 —

Gözə görünməzdilər, həm azad; çəkdirmədən vicdanlarına ağrı,

Məhv etdilər yolunu azmış gic oğulları.

Və pozdular qızları, ataların başına dünyanı etdilər dar.

 

ingiliscədən tərcümə

18-19. 06. 2022, Samara

 

QeydKoboldalman mifologiyasında evlərdə dolaşan və ya yeraltımağaralrda yaşayan ruhdur.

++++++++++++++++++

W.H. AUDEN

A New Age

So an age ended, and its last deliverer died
In bed, grown idle and unhappy; they were safe:
The sudden shadow of a giant’s enormous calf
Would fall no more at dusk across their lawns outside.
Читать далее

UİSTAN ODEN. ROMANÇI

Sanki uniformadır ona öz istedadı,
Şairin dərəcəsi, rütbəsi yaxşı bəlli;

Şimşək kimi sözüylə şair bizi sarsıdır,

O ya çox cavan ölür, ya tək keçir illəri.

 —

Atılırlar irəli husar tək: romançısa

Çarpışıb oğlana xas çılğınlıqla o gərək

Öyrənə, anlaşıqlı, yöndəmsiz hətta yaza,

Onu yamsılamasın seçməsin heç kim örnək.

 —

Ən ümdə arzusuna gərək yetmək üçün də

Çevrilə sıxıntıya, sevgi kimi bayağı
Şikayət hədəfinə, ədillərin içində

 —

Ədil ola, nümunə sayıla qabalığı.

Və zəif şəxsiyyətcə, bacara bilsə əgər,
Bəşərə məxsus bütün föhşdən əzab çəkər.

ingiliscədən tərcümə

17. 06. 2022, Samara

 ++++++++++

 

W.H. AUDEN

The Novelist

 

Encased in talent like a uniform,
The rank of every poet is well known;
They can amaze us like a thunderstorm,
Or die so young, or live for years alone.
Читать далее

UİSTAN ODEN. BAŞQA BİR ZAMAN

auden

Hər hansı başqa bir qovqun sayağıq,

Saymağı bacarmayan çiçəklər kimiyik biz,
Yox yaddaşda qalmayan vəhşilərdən fərqimiz,

Bu gün və bu saat biz yaşayırıq.

 

Ç-oxları cəhd edir “İndi Yox” deyə,

“Mən varam” deməyi unudan da var.

Yəqin ki, tarixdən itib getmyə,

Şad da olardılar, bacarsaydılar.

 —

Köhnə qaydada baş əyir, məsələn,

Lazımi bayrağa lazımi yerdə

Əcdadları kimi çıxıb kürsüyə,
Səndən, Məndən, Ondan nitq də deyər.

 —

Sanki zaman onların alışdığı zamandır,
Qənimət, yiyələnmə vardı hər bir anında.

Məxsusluqdan xilas arzulamaqla,

Haqlı deyilmişlər elə bil onlar.

 —

Onda bəllidir niyə ölür çoxları dərddən,

Təklikdə ölənlərin az deyildir sayı da;

Yoxdur yalanı sevən, ona inanan ya da,

Başqa həyatlar yaşar başqa zaman gələndə.

1939

ingiliscədən tərcümə

15-16. 06. 2022, Samara

++++++++++++++

W.H. AUDEN

ANOTHER TIME

For us like any other fugitive,
Like the numberless flowers that cannot number
And all the beasts that need not remember,
It is today in which we live.
Читать далее

UİSTAN ODEN. TAPANÇAM YOXDUR, ANCAQ TÜPÜRƏ BİLƏRƏM

auden 

Təxminən otuz dyum burnumdan irəlidə,

Mənim şəxsiyyətimin, bilin,  keçir sərdədi

Bu arada nə qədər içə çəkilməmiş, xam

Hava varsa, o mənim mülküm, malımdır tamam.

Yad insan, əgər sənə yuxulu gözlərimlə,
Qonaq-qardaşlıq himi eləmirəmsə hələ,

Sərhədimi keçməyə saqın cəhd eləməkdən:

Tapançam yoxdur, ancaq yaxşı tüpürürəm mən

ingiliscədən tərümə

13. 06. 2022, Samara

 +++++++

W.N. AUDEN

I Have No Gun, But I Can Spit

Some thirty inches from my nose
The frontier of my Person goes,
And all the untilled air between
Is private pagus or demesne.
Stranger, unless with bedroom eyes
I beckon you to fraternize,
Beware of rudely crossing it:
I have no gun, but I can spit.