İosif BRODSKİ. NƏ YURD, NƏ QƏBİRİSTAN…

Y.V., A.D.
Ни страны, ни погоста…
Nə yurd, nə qəbiristan,
Seçməyin hayındayam.
Vasilyev adasına,
Ölməyə qayıdaram.
Tündmavi fasadların,
Qaranlıqda yox olar.
Boz xətlər arasında,
Asfalta yıxılaram.
Və qəlb də usanmadan,
Qaranlıqda tələsər.
Piterin dumanında,
Çıxar körpülər üstə.
Aprel çoskini enər,
Boynimu qar isladar.
Kimsə hardasa dinər:
- Salamat qal, qadası.
Çay dalında, uzaqdan.
İki həyat görərəm,
Yanağımı soyuqqan
Vətənimə söykərəm.
- Sanki qızbacıdılar,
Yaşanmamış illərdən.
Qaçıb gəlib adada,
Oğlana əl edirlər.
1962
Ruscadan tərcümə
05. 11. 2014, Samara
Boris PASTERNAK. HƏR ŞEYDƏ, HƏMİŞƏ İSTƏYİRƏM MƏN…
Во всем мне хочется дойти…
Hər şeydə həmişə istəyirəm mən,
Məğzə yetişəm.
İşdə, yol seçəndə, ürək titrədən,
Təlatümdə həm.
Yetmək istəyirəm ötən anların,
Kökünə qədər.
Mahiyyətə varam, biləm, anlayam,
Səbəblər nədir.
Həmişə taleyin, hadisələrin,
Məğzini qanmaq.
Yaşamaq, sevişmək, elmi irəli,
Aparmaq ancaq.
Əgər bacarsaydım, yazardım ah, mən,
Səthi olsa da.
Qızğın ehtirasın xassələrindən,
Səkkizcə misra.
Yazardım günahdan, qaydapozmadan,
Qaçdı-qovdudan.
Qəfil ağuşlardan, odlu təmasdan,
Dizdən, ovucdan.
Onun mənşəyini, düsturunu mən,
Tapıb yazardım.
Baş hərflərini adlarının həm,
Təkrarlayardım.
Mən şeirlərimi bağ tək əkərdim.
Cökələr burda,
Titrək damarlarla çiçəkləyərdi,
Sıx sıralarda.
Qatardım hər şerin nəfəsinə mən,
Nanə, gül ətri,
Qumotu, təzəcə biçilmiş çəmən,
Tufan həniri.
Beləcə haçansa Şopen qatardı,
Musiqisinə,
Parkın, məzarlığın, palıdlıqların,
Möcüzəsini.
Ali təntənəyə çatılan anda,
Əzab və məzə.
Tarıma çəkilən sanki kamandır,
İndi üzülər.
1956
Ruscadan tərcümə
- 11. 2014 Samara
Газета ОЧАГ 2011-08
Boris PASTERNAK. DƏYİŞİKLİK
Я льнул когда-то к беднякам…
Haçansa aşnaydınm kasıb-kusubla,
Səbəbi deyildi ancaq əqidə.
Həyatları sadə, haqlı, hesablı,
Nə parad var idi, nə də dəbdəbə.
Tanışlığım vardı ağalarla da,
İncə cəmiyyətə bələddim hərçənd.
Müftə yeyənləri uzaq qovurdum,
Mənə qardaş idi lüt və dilənçi.
Alnının təriylə çörək qazanan,
İnsanla can atdım mən ünsiyyətə.
Elə buna görə mən də o zaman,
Cındır çağırıldım, yetib hörmətə.
Məni kəlməsiz də anlayırdılar,
Cisimdim, maddəydim, çəkim var idi.
Necə ki bəzəksiz zirzəmilər var,
Ya da ki çardaqlar – yox şüşə, pərdə.
İndi dəyişmişəm, mən pozulmuşam,
Elə bil zamanın güvəsi dəydi.
Hamı optimistdir, hamı da meşşan,
Hamı ayıb sayır qüssəni, dərdi.
Kimə etibarım vardısa bir vaxt,
Çoxdan hamısına etibarsızam.
İnsanı, İnsanı, itirdim, heyhat!
Onu hamı, hər kəs itirən andan.
1956
Ruscadan tərcümə
03.11. 2014 Samara
СКОТLAND
Страна процветающего фашизма
Boris PASTERNAK. Məşhur olmaqda axı yaxşı nə var…

Быть знаменитым некрасиво…
Məşhur olmaqda axı yaxşı nə var,
Baş ucaldan bu deyil, əlbəttə.
Çox mehr salmayın əlyazmalara,
Toplayıb yığmayın arxivləri də.
+
Sənətdə məqsəd – özündənkeçmə,
Uğura, hay-küyə yersizdi tamah.
Əsərin – heç nə, həm özün – heç nə,
Adın hər yerdə — ayıbdır, vallah.
+
Lovğalıqdan uzaq ömür sürəsən,
Elə ömür sürəsən, sonda yetə,
Sənə sədası yeni əsrlərin.
Çəkəsən ətrafın məhəbbətini.
+
Və bilinməzliyə həm baş vuraraq,
Orda addımlarını gizlədəsən.
Necə dumanda gizlənir ətraf,
Və itirsən özün də gözdən sən.
+
Və kağızlarda deyil boş yerlər,
Taleyində və həyatında qala.
Bütöv bir ömrün orda qeydləri,
Başlığıyla, fəsil-fəsil yer ala.
+
Addım-addım izinlə özgələri
Yol gedər ki, haçansa keçdin sən.
Məğlubiyyətlə sən ancaq zəfəri,
Özün gərək ayıra bilməyəsən.
1956
Ruscadan tərcümə
02 noyabr 2014 Samara
ЗОВ ПРЕДКОВ
Emil VERHARN. ÖLÜM

Emil VERHARN
(1855-1916)
ÖLÜM
Triste dame, mon ame…
- Söylə könlüm, sən ey hüznlü xanım,
Hara düşmüşdü yolun, hardaydın.
Bəlkə matəmli bir saraydaydın,
Söylə könlüm, sən ey hüznlü xanım.
- Bir qəsrdəydim – alovdan qüllə,
Qapılar sındı mənim zərbəmdən.
Sabah ətir saçacaq qəbrində,
Yığıb gətirdiyim qızıl güllər.
- Dinlə, könlüm, sən ey hüznlü xanım,
Gələcək qorxu salır varlığıma,
Məni ölüm qabaqda gözlər axı,
Dinlə könlüm, sən ey hüznlü xanım.
- İtər nizam deyə qorxursan sən,
Ölüm yer altda, zirvələrdə həyat,
Əbədi şəninə çələng toxuyar,
Sənin onlar səmavi güllərdən.
- Dinlə könlüm, sən ey istəkli xanım,
Zaman gedir, gəlir kəsir qapını,
Əli dəryazlı, hənirdən tanınır,
Dinlə könlüm, sən ey istyəkli xanım.
- Zaman – uydurma, xəyal tək dağılar,
Qalacaq təkcə sənətkar yaradan.
Sənin dühan oyanıb yazdığın an,
Yaşar incində, əbədiyyət olar.
Fransızcadan tərcümə
31.10 – 01.11. 2014 Samara
САНКЦИИ, АНТИСАНКЦИИ, АНТИЦИКЛОНЫ…
Конечно, если бы она, как говорит Путин, была дедушкой…

