Архив тегов | Я не знаю  ты жив или умер

ANNA AXMATOVA. “BİLMİRƏM ÖLMÜSƏN, YA DA Kİ, SAĞSAN…”

Anna_Ahmatova

Я не знаю, ты жив или умер…

Bilmirəm ölmüsən ya da ki sağsan,

Axtarım izini bəlkə yerdə mən.

Axşamın toranı qatlaşan zaman,
Alışım, yas tutum sənə ya fikrən.

—
Budur, al: bu, gündüz duamdır mənim,
Bu, oddur, gecələr yandırır canı.

Bu, quş qatarıdır şeirlərimin,

Bu da gözlərimdə səmavi yanğın.

—
Məhrəm heç kim yoxdu mənə sən qədər,
Sən qədər üzənim yoxdu dünyada.

Hətta əzablara düçar edən də,

Hətta əzizləyib, sonra atan da.

Ruscadan tərcümə

29-30. 07. 2019, Samara

Я не знаю,  ты жив или умер,—
На земле тебя можно искать
Или только в вечерней думе
По усопшем светло горевать. Читать далее →