lələmin ölümünün ildönümünə
Səhər açılana yaxın keçindin,
Yuxuda, heç kəslə vidalaşmadan.
Yaddaş yerindəydi, ağıl da başda –
Deməyə çox sözün olardı yəqin.
Təzə adlamışdım iyirmini mən,
O yaşda yuxudan şirin nə şey var?
Ən ağır xəbər də çətin oyadar,
Gözündən yaş çıxmaz – xəcalətlisən…
Məndim övladların yəqin ən pisi:
Qurub-yaratmayan, iş yarıtmayan,
Nə torpağı sevən, nə də mal-heyvan,
Dəftər-kitabadır ancaq həvəsi…
Atanın qarğışı tutur deyirlər,
Məni qarğımadın niyə sən, lələ?
Deyəydin: “İlahi, ona sən elə,
Özünə oxşayan fərsiz oğul ver…”
Oğulsa oğuldur – fərli ya fərsiz.
Olmasa da işi, pulu, xidməti,
Azacıq sevgisi mənə bəs idi…
…Sevirdim mən səni, lələ, şübhəsiz..
21. 05. 2026, Samara
