DAĞÜSTÜ MƏZARLIQDAKI BAŞDAŞINDA YAZI

 

 

Dağ ürəyə çəkilər,

Ürək dağa ucalar.

Burda dağ ürəklilər,

Ürəyi dağlılar var.

 

Adlar daşa gömülür,

Qalib də, məğlub da bir.

Zəfər deyil hər ömür,

Hər məzarsa zirvədir.

 

                07.09. 06 Ərəbqardaşbəyli

Реклама

Robert FROST. YURD

T1520565_05

(THE BIRTHPLACE)

 

Yamacdan yuxarı, zirvəyə yaxın –

Hələ olmamışdı ora bir çıxan.

Atamsa ev saldı, hasar götürdü,

Bulağın üstünü yaxşıca hördü.

Çınqılı dağıtdı, çəmən bitirdi,

Ordaca dünyaya bizi gətirdi.

Biz oğlanlı-qızlı bir düjin idik,

Küyümüzlə dağı sevindirirdik.

Elə bil onun öz balalarıydıq,

Gülümsədi, hər nə oyun çıxardıq.

Yəqin adlarımız çıxar yadından,

(Qızların dəyişər indi soyadı).

Sonra dağ düşürdü bizi dizindən,

Qucağı ağacla doludur indi.

ingiliscədən tərcümə

2000-ci illər

Samara