Архив тегов | miçətkən haqqında şeir

MİÇƏTKƏN

Təmizləyin gülənqəşi,
Kilim-xalçanı döşəyin.

 

Yeddi-səkkiz döşək salın,
Hər biri yumşaq və qalın.

 

Mütəkkə ya balış atın,
Dincəlsin başı yatanın.

 

Qurun yekə miçətkəni,
Nənələr biçib tikəni.

 

İplərini tarım çəkin,
Basdırın ətəklərini.

 

Nə qurd-quş, nə ağcaqanad,
Eləsin bizi narahat.

 

Şam süfrəsi yığılan tək,
Miçətkənə gəlib girək.


Uşaqlığı yada salaq,
Tullanaq, mayallaq aşaq.

 

Ucadan gülüb-danışaq,
Danlayan olmaya ancaq.

 

 Məzələnək, yorulmayaq,

Ev yatıb, miçətkən oyaq…

 

Sərinləyə hava sonra,
Bizi tez yuxu apara.

 

Yarını keçincə gecə,
Anamız gələ astaca.

 

Diz çökərək, miçətkənin

Bərkidə ətəklərini…

 

15. 05. 2026, Samara