LÜTFİZADƏNİN XİDMƏTİ YOXDUR? ONDA GƏRƏK BAKILI AZƏRBAYCANLILAR İŞĞAL ƏRAZİLƏRDƏ BASDIRILSINLAR…

Lütfizadənin Azərbaycanda dəfn olunmaq arzusu virtual azərbaycanlıların bir çoxunu hiddətləndirib. Onların fikrincə, Lütfizadənin Azərbaycan qarşısında xidməti yoxdur, ona görə bu ölkənin torpağında dəfn olunmağa layiq deyil.

Bu fikir tərəfdaları bakılılar ya Bakıda yaşayanlardır, ona görə də aşağıda verəcəyim sual bakılı azərbaycanlılara aiddir.

İndi Azərbaycan qarşısında ən böyük xidmət bu ölkənin ərazi bütövlüyü uğrunda ölmək sayılır – yəni rəsmi mövqe belədir. Ölən hərbçilər haqqqında belə də yazırlar: “Şəhidlik zirvəsinə qovuşdu”. Və əgər vətən uğrunda ölməkdən yüksək xidmət yoxdursa, niyə bakılılar bu cür şərəfdən qaçırlar və niyə son illər cəbhə xəttində ölənlərini demək olar ki, hamısı kənd rayonlarındandır? Və əgər bakılı azərbaycanlıların, daha doğrusu Bakıda yaşayanların Azərbaycan qarşısında ən lazımlı, ən şərəfli xidmətləri yoxdursa, onların Azərbaycan torpağında basdırlımmaöa haqqı varmı? Bəlkə onlar işğal olunmuş torpaqlarda basdırılsınlar – Füzulidə, Ağdamda, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda… Yaxınları ermənilərlə danışsınlar, ermənilər razılıq verərlər, çünki Bakıda yaşayan azərbaycanlıların xeyli hissəsi, xüsusən rusdilliilər erməniləri öz soydaşlarından artıq istəyirlər…

Bəlkə elə deyil? Hə, bakılılar? Yəni bakıda yaşayanlar. Lerikliləri, astaralıları, salyanlıları, şamaxılıları, ölümə göndərirsiniz, özünüz kompütür arxasında oturub vətənə xidmətdən dəm vurur, Lütfizadə kimi insanları belə çıxdaş edirsiniz. Dalı-qabağı on səkkiz yaşlı kənd uşaqlarının qoruduğu insanların vətən qarşısında xidmətdən danışmağa haqqı yoxdur…

Реклама

ŞƏHİD ANALARININ BAŞINA KÜL OLSUN…

Şəhid analarının başına kül olsun, necə ki olub. Sütül oğlanlarının həyatının bahasını Zakir Həsənov üçüncü dərəcə müdalla ödəyir.

Ana gərək belə oğul böyüdə. Azər Qasımov kimi.AZƏR QASIMOV

“Vətənə xidmət” ordeninə layiq görülüb. Əlli yaşında on səkkiz yaşlı oğlana oxşayır. Yanağının yağı damır. Vətənə əsil xidmət adamı belə saxlayır.

Ptreziden Azər Qasımova orden verəndə Konstitusiyanı rəhbər tutub. “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azər Məhəmməd oğlu Qasımov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin».

Yəqin həyatlarını məqsədi, yönü bilinməyən döyüşlərdə qurban verən sütül kasıb balalarına üçüncü dərəcəli medal verəndə prezident başqa kitabları rəhbər tutur. Məsələn, Mir Cəlalın “Bir gəncin manifesti kitabını”…

MÜDAFİƏ NAZİRLİYİ ŞƏHİD AİLƏLƏRİNƏ MEDALLARI EHSAN HALVASI KİMİ PAYLAYIR

quliyev-intiqam

Azərbaycanın Müdafiə Nazirliyi şəhid ailələrinə medal paylamağa davam edir. Xəbər verilir ki, “Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş kapitan Quliyev İnqilab Çingiz oğluna ölümündən sonra verilən “İgidliyə görə” medalı ailəsinə təqdim edilib”.

Medal təqdim edənlərdən biri Gəncənin başçısı Elmar Vəliyevdir, uzun müddət gömrükdə işləyib. Qardaşı Xanlr Vəliyev Azərbaycanın hərbi prokurorudur. Kapitan İnqilab Quliyev bu harınlardan və bu harınların harın balalarndan ötrü ölüb. Vətən uğrunda ölsəydi, həyatənə belə ucuz tutmazdılar.

İndi görün vətənin yüksək mükafatları kimə verilir:

Mehriban Əliyeva:

Heydər Əliyev ordeni

Hafiz paşayev:

“Şöhrət” ordeni, “Dostluq” ordeni

Arif Paşayev:

“İstiqlal” ordeni; “Şah İsmayıl Ordeni” “Heydər Əliyev” ordeni

Cəmil Əliyev:

“Şərəf” ordeni

ŞƏHİD ANALARI, ÇIRPIN O MEDALLARI NAZİRİN BAŞINA!

serxan-bagirov1

Bu gün Göygöl rayonunda şəhid əsgər Sərxan Azər oğlu Bağırovun ölümündən sonra təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal anasına təqdim edilib.

Sərxan Bağırov 1997-ci ildə doğulub, yəni öldürüləndə olsa-olsa 19 yaşı varmış. Bəlkə də cəmi bir neçə ay hərbi xidmətdə olub ki, bu da nəinki yüksək döyüş hazırlığı, həttta mərmi, güllə səsinə öyrəşmək üçün kifaytət deyil. Regionda ən çoxsaylı ordusu olan ölkə belə niyə belə sütül uşaqları labüd ölümə göndərir? Bu, bir tərəfdən allahsızlıq, digər tərəfdən cinayətkarlıqdır.

Deyək ki, bu uşağın yüksək döyüş hazırlığı olub və doğrudan da qəhrəmancasına həlak olub. Onda niyə medal? Özü də üçüncü dərəcəli? Bu, təltifdir ya təhqir?

Mən çox istərdim ki, şəhid anaları bu medalları Zakir Həsənovun, icra başçılarının başına çırpaydılar. Ya da gözlərinə soxaydılar. Başqa sözlər də var, ancaq onlar kağıza yazmalı deyil…

Namərdlər, sizi bu uşaqların qanı tutsun...

TƏLTİF OLUNANLARIN SİYAHISI NİYƏ GİZLİ SAXLANILIR?

“Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub. 

Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər vardır”.

Bu məlumat prezidentin saytında aprelin 19-da dərc olunub, yəni iki gün bundan qabaq. Ancaq indiyə qədər təltif olunanların sayı, yəni sərəncamların (əslinə fərmanların, çünki orden, fəxri ad fərmanla verilir) mətni indiyəcən saytda yoxdur. Qəribədir ki, dünənə aid prezident sənədlərinin mətni artıq dərc olunub. Təltİf olunanların siyahısının açıqlanmamasınain bir səbəbi ola bilər: itkilərin sayı gizlədilir!

FƏRMAN.jpg

BAKIYA YAS YARAŞMIR, YAS YARAŞIR KƏNDLƏRİMİZƏ…

Biri deyir Azərbaycan ordusu üçgünlük müharibə nəticəsində on kilometr irəliləyib, biri deyir on metr… Məncə, bu, vacib məsələ deyil. On kilometr o tərəfə, on kilometr bu tərəfə — nə böyük fərqi far ki? Əsas məsələ odur ki, bəla Bakıdan sovuşub. Yəni meyidlərin hamısı kəndlərdə pay-püşk olub. Mən qorxurdum ki, həlak olanların içində bakılılar olarlar, gözəl paytaxtın həyatı pozular. Təsəvvür edin ki, fəvvarələr meydanına şəhid meyidi gəlib. Qışqırıq, ağlaşma, arvadlar üzlərini cırırlar… Gəzməyə çıxanların kefi pozulmazdlmı? Hələ mən xarici qonaqlrı demirəm! Bakıda başqa gözəl və vacib yerlər var. Oralarda yas qurulmağına yol vermək olmazdı! Və bizim Ermənistanla müharibəmizdə, mənim zənnimcə, ölkə rəhbərliyinin ən böyük qayğısı odur ki, bu gözəl yerlərdə yas qurulmadı. Bıkı kimi qəşəng şəhərə yas yaraşmaz. Yas yaraşar Neftçalann Həsənabad kəndinə. Kənd yeridir, nə qədər ağlayırsan ağla, onsuz da burda hərənin bir dərdi var, ağlaşmağa fürsət axtarırlar… Qoy hələ müdafiə nazirinə sağ ol desinlər… Ağlaşma yaraşır Lənkəranın, Salyanın, Şamaxının, Beyləqanın kəndlərinə. İnsanlar burda onsuz da yaman gündədirlər. Ölürlər yasdan ötrü, fürsət axtarırlar ki, üzlərini-gözlərini cırsınlar…

Mən prezident olsaydım, müdafiə nazirinə marşal rütbəsi verərdim. Çünki Bakıya meyid buraxmayıb. Bakıya əsgər meyidinin gəlməyi düşmən əsgərinin girməyi kimi bir şeydir. Ancaq mən prezident deyiləm. Hay-hayı getmiş bir qocayam. Ona görə plastilindən “Xidmətdə fərqlənməyə görə üçüncü dərəcəli medal” düzəltmişəm. İndi haçan Zakir Həsənov Samaraya gəlsə, bu medalı ona təqdim edəcəyəm. Özü də bu medal sinəyə taxılan ya boyundan asılanlardan deyil. Bu medalı gərək afrikalılarda olduğu kimi buruna keçirəsən. Çünki biz də də bəzi Afrika tayfalarında olduğu kimi insanlar bir-birinin ətini yeyir…

Mirzə ƏLİL

RAMİZ MEHDİYEVİN78-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNUR

Bu gün Ramiz Mehdiyevin 78 yaşı tamam olur. Ramiz Mehdiyevin kim olduğunu mən Azərbaycan xalqına Rusiyadan izah etməyə başlasam, bu, mənim tərəfimdən hörmətsizlik olar. Mən özüm bilmirəm ki, prezident administrasiyası nə olan şeydir və nə iş görür. Ancaq Azərbaycana yolum düşəndə orda-burda qara fəfləlik eləyən çox adamdan eşitmişəm ki, “Ramiz Mehdiyevin obyektlərində işləyirlər”.

Ramiz Mehdiyevin 78 yaşı var və yəqn ki, oğullu-uşaqlıdır, bəlkə də bir yerə yığsan, bir alay düzələr. Ancaq “prezident admistrasiyası” kimi müəmmalı, ancaq qorxulu səslənən bir yerə rəhbərlik edən insanın oğul-uşağı orduya gedib özünü güllə qabağına verməz, yəni böyüyü qoymaz getsin. Çünki Azərbauycanda kifayət qədər kasıb-kusub uşağı var və onlar həm Ramiz Mehdiyevin tikintiləriində tər tökürlər, həm də onun oğul-uşaqlarının yerinə canlarını verirlər.

“Danabaş kəndinin məktəbi”ndə Kərbalayı İmamqulu rus rəisinə deyir: “Ay nәçәrnik ağa, belә qurban olsun sәnә mәnim oğlum Zeynal. Mehriban padşahımızın yolunda oğlumu nәinki saldatlığa verәrәm, mәn onu qurban da kәsәrәm”.

Əlbəttə, Kərbalayı İmamqulu özünü bicliyə qoymuşdu, “nəçərniki”n başını tovlayırdı. İndi bizim kəndlərdəki arvadlar və kişilər uşaqlarını nəinki əsgərliyə verirlər, onlar əslində bu quzu uşaqları Ramiz Mehdiyev kimilərin yolunda qurban kəsirlər…

Cənab Mehdiyev, səni Allaha tapşırıram…

Mirzə Əlil

DALDADA ÇƏKİLƏN ŞƏKİLLƏR

Biri burda profil şəklini təzələyib – sabirabadlılar demişkən, bahalı “qəssumda” gülümsər bir şəkil çəkdirib qoyud Faysbuka, mənimlə “dost”luqda olanların otuz nəfəri də “bəyənib”.

Yadıma lətifə düşür: “Ay Bigəxməd, bigəndün?” “Vallax, biğanmağana bigandım, ancaq…”

Azərbaycanda hələ meyidlərin hamısı yığılb torpağa basdırılmayıb, bu insanların isə burda “qəşəy” şəkillər çəkdirib İnternetə qoymağı məni çaşbaş edir…

Bir tərəfdən fikirləşirəm ki, mən də bu insanlar kimi bir qədər cavan olsaydım, onlar kimi gözəl-göyçək olsaydım, mən də şəklimi tez-tez dəyişərdim. Bəlkə bunlar qız istəyirlər, hərçənd ailəli-uşaqlıdırlar… Qız istəyəndə də eşq vurur başa, nə müharibə, nə şəhidlər…

Məni bu “bəyəndim” qoyanlar da fikrə salırlar. Mən şəhidlər haqqında məlumat toplayıb qoyuram, şəkillərini qoyuram, birinin əli gəlmir ki, altından “Allah rəhmət eləsin” yaza…

Yadıma başqa bir lətifə də düşür:

Qoqi adlı bir gürcü hardasa bir Rusiya şəhərində parkda şəkil çəkdirmək istəyir. Yekə bir ağacı şəkilçəkənə göstərib deyir ki, burda. Şəkilçəkən soruşur: Qoqi, mən sənin şəklini ağacın altında çəkim ya ağacın başında? Qoqi deyir: Yox, səm mənim şəklimin ağacın dalında çək. Mən bu şəkli mamama göndərəcəm. Mamam alıb baxacaq, məni görməyəcək, deyəcək: “Qoqi, oğul, hardasan?” Onda mən ağacın dalından çıxıb deyəcəm: “Mamacan, sənin Qoqin burdadır…”

İndi bizimkilər də. Rusiyada şəkil çəkdirib İnternetə yəqin Azərbaycana salam göndərirlər: “Burdayıq ha. Ağac dalında…”

XALQ QAN İÇİNDƏ, XALQIN ŞAİRİ TOYDA SELFİ ÇƏKDİRİR…

RAMİZ RÖVŞƏN

Bəslənib ətlik donuza dönmüş bu adama bir neçə il bundan qabaq hökumət dörd ya beşotaqlı mənzil bağışladı. Əlbəttə, hökumət deyəndə bu mənzil nə İlham Əliyevin, nə də Artur Rəsizadənin idi. Bu mənzil xalqın idi. İndi xalqın hesabına qolunu-qıçını rahat uzadıb dörd ya beşotaqlı mənzildə yaşayan bu insan xalqın yasında deyil, özü kimi xalqın şirəsini çəkənlərini birinin toyundadır.

Ətlik donuza oxşayan bu insanın adı Ramiz Əliyevdir. Ramiz Rövşən təxəllüsü ilə şeir yazır.

Gəlinin  atası Sabir Rüstəmxanlıdır. O da çörəyini vətənpərvərlikdən çıxarır.

Kasıb gəncləri odrduya, müharibəyə, can verməyə çağıran belə dəyyuslardır.

Daha bir vacib şey. Ramiz Rövşən əslən Qubadlıdandır. İşğal olunmuş Qubadlıdan. Ramiz Rövşən toylarda selfi çəkdirəndə ermənilər, rəhmətlik Rafiq Tağı demişkən, onun baba yurduna işəyirlər…