Архив тегов | Salyan göz xəstəxanası

DOKTOR ŞAROVANIN XATİRƏSİNƏ: SAMARA — SALYAN — SAMARA…

 

Mənim yaşadığım evdən cəmi 150-200 metr məsafədə 19-cu əsrin sonlarında tikilmiş, indiycən yaxşı qalmış və saxlanılmış  binada 13 saylı orta məktəb yerləşir. Bu məktəbdə bir vaxt knyaginya Xovanskayaya məxsus gimnazya olub. Bu bina və Xovanskayanın gimnaziyası mənim üçün ona ona görə əlamətdardır ki, salyanlıların ən azı iki nəslinə çox yaxşı tanış olan bir insan ilk təhsilini burda alıb. 1970-ci illərdə mən Salyanda doktor Şarovanın evinə gedib-gəldiyim vaxtlar o, vaxtaşırı gimnaziya ilə bağlı xatirələrini danışırdı. O zaman, əlbəttə, mən haçansa bu gimnaziyanın qonşuluğunda yaşayacağımı təsəvvür edə bilməzdim…

Məktəb yerləşən küçənin adı doktor Şarovanın ailəsi burda yaşayan vaxtlar Zavodskaya olub. Sonralar ona Ventsekin adını qoyublar. Fransisk Ventsek peşəkar inqilabçı olub, vətəndaş müharibəsi gedən vaxtlar Samara inqilabi tribunalının sədri təyin edilib. 1918-ci ilin yayında şəhəri çexlər tutublar və Ventseki başının təstəsi ilə güllələyibər. Hadisə gimnaziya ilə üzbəüz binaların birində baş verib və indiyəcən üstündə xatirə lövhəsi var. O vaxt doktior Şarovanın 14 yaşı olub. 1919-cu ildə Samarada siyasi, hərbi qarışıqlıq olduğundan və hətta aclıq yarandığından doktor Şarova ailəsi ilə birlikdə Omska köçüb. Orda tibb institutunu bitirib. Klavdiya Fleqontovnanın sonrakı bütün həyatı Azərbaycanla bağlıdır. Xıllıda, Salyanda on illərlə göz xəstəxanalarının baş həkimi olub. Azərbaycanın əməkdar həkimi adına layiq görülüb…

2006-cı ildə samaralı soydaşımız, tanınmış ictimai xadim Şirvan Kərimov doktor Şarovanın basdırıldığı yerin tapılmasına nail oldu və qəbrinin üstünü öz vəsaiti ilə düzəltdirdi…

X.X.

06.05. 2026, Samara