Архив тегов | Sie haben mich gequälet

HENRİX HEYNE. “MƏNƏ MİN İŞGƏNCƏ ÇOXLARI VERDİ…”

Mənə min işgəncə çoxları verdi,
Mənim qara günüm göy əskidəydi,

Kimsə sevgisindən bunu edirdi,

Nifrətdən elədi fəqət kimsə də.

—

Onlar qatırdılar suyuma zəhər,

Ağu tökürdülər yediyim aşa.

Sevgidən elədi bunu bəzilər,
Nifrətdən elədi başqalarısa.

—

Məni hamıdan çox üzən, incidən,

İztirab çəkdirən xanımın fəqət,

Yoxdu mənə qarşı nifrəti heç də,

O nə də bəslərdi mənə məhəbbət.

almancadan tərcümə

08. 01. 2022, Samara

=============

Heinrich Heine

Sie haben mich gequälet,

Geärgert blau und blaß,

Die einen mit ihrer Liebe,

Die andern mit ihrem Haß. Читать далее →