İngilisin premyer liqasında bu bahar,
Bərabəri olmayan bir mübarizə gedir.
Qul kimi tər axıdır milyonçu futbolçular,
Vaxtaşırı al qanı axan da az deyildir.
Qızıl iddialıdır yenə Mançester Siti,
Onunla əlbəyaxa savaşdadır Arsenal.
Vurulan, buraxılan qolun artıb qiyməti,
Su və hava kimidir indi qazanılan xal.
Döyüşə girən kimi Siti girir oyuna,
Zəngin futbolçuların hər biri sıravidir.
Arxanı həm qoruyur, həm də can atır önə,
Qırx beş nömrəli özbək Xusanov Əbdülqədir.
Mərkəzdir bu cavanın müdafiədə yeri,
Qoruyur qapıçıyla qapını o, qala tək.
Adlı hücumçuları məyus qaytarır geri,
Udur təkbətəkləri, müzəffər çıxır özbək.
Oyunun gedişində fürət yaranan zaman,
İrəliyə də gedir əzmlə Əbdülqıdir.
Zərbələri hələlik keçsə də qapıdan yan,
Qapıçını, şübhəsiz, salır qorxuya ciddi.
Adam içinə necə çıxıb bu gənc görəsən,
Özbəyin sərhədləri məgər bağlı deyildir?
Özbəkdə oynamağa yer-yurd da var, deyəsən —
Yetişərdimi yoxsa Xusanov Əbdülqıdir?…
16. 04. 2026, Samara
