RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ: “İNDİ YEKƏ KİŞİ OLMUSAN, HƏR GÜN ÜZÜNÜ QIRXIRSAN…”

ANAR 1.jpg

3-cü dərəcəli Stalin mükafatı laureatrı Rəsul Rza təkcə Leninə və Stalinə yox, hən də öz ailə üzvlərinə çoxlu şeirlər həsr edib – bacılarına, arvadına, oğluna, qızlarına, nəvələrinə. Rəsul Rza tez-tez səfərlərdə və SSRİ kurortlarında istirahətdə olduğundan yaxınları üçün qəribsəyir, ürəyini şieirlə boşaldırmış. Oğluna 1962-ci ildə yazdığı şeirin orijinal adı var, “Oğul” adlanır. Deyim ki, o vaxt indiki Azərbaycanın ədəbiyyat marşalı Anarın iyirmi dörd yaşı olub.

Rəsul Rza yazır:

“Mən səni yeni ayaq açanda,

yeni dil açanda,

 top kimi yumalanıb qaçanda görmüşəm”.

Rəsul Rza demək istəyir ki, oğlunu təsadüfən görüb, çünki evdə tapılmırmış – İndoneziya, Paris, Hindistan…

“İlk dəfə məktəbdən gələndə

bağrıma basmışam səni, qucaqlamışam…”

Özünü çatdırıb sentyabrın birinə, birbaşa Çindən uçub gəlib…

“sən böyümüsən hər gün…”

Stalin mükafatını mən yesəydim, mən hər saat böyüyərdim, bu boyda olmazdım…

“İndi yekə kişi olmusan, maşallah!

Gündə üzünü qırxırsan…”

Bunu gərək yazmamaydı, Anar bbunu oxuyan kimi üzünü qırxmağı tərgidib saqqal saxlamışdı, çünki aralarında atalar-oğullar problemi vardı…

“İndi qadınlar sənə

Həsədlə, məhəbbətlə baxır…”

Burda, zənnimcə, səhv var. Qadınlar Anara həsədlə baxmazdılar, Anara həsədlə kişilər baxardılar. Qadınlar yəqin Anara həsrətlə baxardılar, dərdindən ölərdilər…

“Uşaqlardan sənə dayı deyənlər var…

Ay rəhmətlik Rəsul Rza, indi görəydin uşaqlar Anara nə deyirlər! Anarın ətrafındakı uşaqlar özləri çoxdan dayı olublar, Anara isə ustad deyirlər, boss deyirlər, rəis deyirlər, arxadağ deyirlər, dahi deyirlər…

O uşaqlar elə bir əcayib tayfaya çevriliblər ki, işlərinin düzəlməyi üçün eşşəyə də dayı deyərlər…

Deyəsən, burda eşşəyin xətrinə dəydim…

Mən, nə gizlədim, özgə cibində pul sayanam, fikirləşirəm ki, görəsən Rəsul Rza ailə üzvlərinə yazdğı şeirlərdən nə qədər pul qazanıb… Doğrudan da o vaxt kommunizm imiş, sən arvadına, oğluna şeir yazırsan (sözləri alt-alta düzürsən), sövet hökuməti də camaatın boğazından kəsib sənin cibini doldurur…

Sovet hökuməti yıxılandan sonra bu müftə yemək qurtardı. Ona görə nəinki şairlər öz ailə üzvlərinə şeir yazmadılar, onların çoxu heç evlənmədi də. Hara evlənəsən ki, hökumət nəinki qonorar, hətta uşaq pulu da vermir…

Sovet hökumtini yıxanlar şeytanın lənətinə gəlsin!

23.12. 2018

Samara

Реклама

ANAR HAQQINDA:  REPUTASİYALAR VƏ EPİTAFİYALAR

ANAR 1.jpg

1981-ci il dekabrın 19-da Ədəbiyyat institunun müəllimi Yuri Tomaşevski III kurs tələbələriylə seminar keçirdiyi kiçik auditoriyaya girib salamlaşır və əlindəki “Litaraturnaya qəzeti”ni” qeyzlə masanın üstünə atıb deyir: “Lap abır-həyanı itiriblər!” Literaturkanın birinci səhifəsində Brejnevin portreti və onun beşinci qızıl ulduzla təltif olunduğu barədə fərman var – bu gün Baş katibin yetmiş beş yaşı tamam olur. “Aleksandr İsayeviç burda olanda yenə bir az özlərini yığışdırırdılar, onun təkcə ölkədə olmağı xeyli adamı məcbur edirdi ki, özlərini ləyaqətlə aparsınlar…”- deyə Tomaşevski qəzeti qaldırıb yenə masanın üstünə atır. O öz-özüylə danışır, içərisində azərbaycanlılar da olan üçüncü kurs tələbələri, dərsə çox vaxt gəlməyən bir neçə nəfər moskvalı istisna olmaqla, siyasətdən kənardılar. Azərbaycanlılar, əslinə qalsa, elə ədəbiyyatdan da kənardılar – ancaq bu, ayrı söhbətdir… Tomaşevskinin kimi konkret qınadığını demək çətindi – Brejnevə ulduz verənləri? Yazıçı qəzeti olan Literaturkanı? Bütün yazıçıları? Aleksandr İsayeviçsə, əlbəttə, Soljenitsın idi – Brejnevçiliyin siyasi və estetik antipodu. Onun yanında, əlbəttə, özünü yığışdırarsan… Qonaq kimi gəldiyim seminarın onsuz da iflic olmuş işindən yayınıb bir vaxt Bakıda gördüyüm bir səhnəni xatırladım. 1980-ci ilin günəşli yanvar günlərinin birində o vaxt uğurlu sayılan bir xeyli yazıçı İttifaqın qabağında yığışıb qeybət qırır. Birdən hamı susub özünü yığışdırır və indiyəcən şəkillərdən və televizordan tanıdığım Anarın adamlara baxmadan, verilən salamları demək olar ki, cavabsız qoyaraq keçib getdiyini görürəm… Читать далее