Robert Frost. QUM DYUNLARI

    (SAND DUNES)

 

Dəniz dalğaları yaşıl.

Ancaq onlar ölən yerdə,

Baş ucaldar başqaları –

Bunlar bozdur, quru həm də.

 

Şəhər sarı nizamlayan,
Dənizdir bu dalğaları.

Deyir ona basılmayan

Bəlkə qumda basdırılar.

 

Bəlli deyil ona insan,

Dərinlərə bələdsə də.

Ha qıraqdan dağıdasan –

Yenilməzdir insan içdə.

 

İnsan dözər batsa gəmi,

Daxması da batsa dözər.

Qılaf azsa nə qədər ki,

Ruh azaddır bir o qədər.

 

 

 

 

Оставьте комментарий