Prezident administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev Facebookda səhifə yaradıb. Səhifə yaranan kimi onu minlərlə insan bəyənib. Səhifənin böyük müalicə əhəmiyyəti var. Bu səhifə onu bəyənənləri çopurluqdan, gözüqıyıqlıqdan, babasildən, qarınağrısından, dazlaşmadan müalicə edir. Akademik Mehdiyevin səhifəsi kişilərin potensiyasını da birə beş artırır. Səhifəni bəyənən arvadların mollaya gedib sevgi duası yazdırmağa ehtiyacı yoxdur, çünki səhifə özü yolunu azmış ərləri dinə-imana gətirir.
Səhifəni üç dəfə bəyənənlərin maaşı artır, beş dəfə bəyənənlərin lotoreyası udur. Lerik rayonunun dağ kəndlərinin birinin sakini Ramiz Mehdiyevlə Facebookda dost olan kimi inəyi ekiz doğub.