PAMBIQ YOX, TİKAN ƏKMƏK LAZIMDIR

İlham Əliyev Azərbaycanda pambıqçılığı irəlilətmək eşqinə düşüb…

Sovet vaxtı, səhv etmirəmsə, Gürcünstandan qoyun sürüləri gələrdi Azərbaycana qış aylarında. Pambıqçılıq başağrısıdır, Gürcüstan qoyunlarından daha asan və daha çox qazanmaq olar. Müqavilə bağlana gürcülərlə, onlar yenə qoyunlarını gətirələr Azərbaycana qışlağa. Azərbaycanlılar isə gürcü qoyunlarının keçdiyi yerlərdə tikan əkələr. Gürcü qoyunlarının yunu o tikanlara ilişə, azərbaycanlılar o yunu tikanlardan yığıb verələr fabriklərə, fabriklər ip toxuya, ipdən də müxtəlif məmulatlar alına. Gör nə qədər iş yeri açılar, ciblərə gör nə qədər pul gələr!

Ancaq tələsmək lazımdır, bu-gün sabah tikan əkməyin vaxtıdır. İstərdim ki, mənim fikrimi möhtərəm prezidentə çatdırsınlar. Mənə bir şey lazım deyil, mən xalqın dərdini çəkirəm…