U. ŞEKSPİR. 35-Cİ SONET (2)

U. ŞEKSPİR

               35-Cİ SONET

                 No more be griev’d at that which thou hast done:
Roses have thorns, and silver fountains mud,

Çox da ağrınma sən əməllərinə,

Çirk olur saf bulaqda, güldə — tikan.

Qara buludla ay-günəş bürünər,

Qönçə bağrında qurd salar məskən.

 

Hamı günahlı, mən özüm də elə,

Səninki heç nədir müqayisədə.

Günahın doğrulur mənimkiylə,

Pozğunam mən necə — safsan o qədər.

 

Sənin günahlarını tərs yozuram,

Sənə həm qarşı tərəf, həm vəkiləm.

Özümə qarşı vəsatət yazıram,

Çarpışır nifrətim öz eşqimlə.

 

Məni sən qarət eyləsən də, yenə,

Şərikəm bil sənin cinayətinə.

 

ingiliscədən tərcümə

21-23.07.17

Samara

Реклама