Alas ’tis true, I have gone here and there…
Əbəs vurnuxmaqdan, doğrudur, əfsus,
Təlxəyə dönmüşəm el nəzərində.
Çaşıb əziz nə var satmışam ucuz,
Eşqi tapdamışam, sevib təzədən.
Əsil doğru budur doğruya baxdım,
Şübhəylə, göylərə and içirəm ki,
Yayındım, qayıtdı cavanlığım da,
Sınaq təzələdi sənə eşqimi.
Hər şey sona yetmiş, sevgidən özgə;
Bir də iştahımın düşüb dalına,
Qoymaram köhnə dost iztirab çəkə,
Eşqimə tanrıdır, ona bağlıyam.
İndi ağuşuna al məni, ordan,
Bir gözəl yer varsa, behiştdir, inan.
İngiliscədən tərcümə
06.04.2018
Samara