
Your love and pity doth th’ impression fill…
Sevgin, mərhəmətin adımdan silər,
Bayağı qeybətlər basan damğanı.
Nə fərqi kim yaxşı, kim də pis deyər,
Sənin tək bir gözəl var tanıdanım.
Sən mənim dünyamsan, gərək öyrənəm,
Yaxşımı, pisimi sənin dilindən.
Mənim baxşımı düzə, əyriyə,
Yoxdur səndən özgə dəyişə bilən.
Atıram uçurum dibinə məndən
Danışılanları, gürzə tək elə,
Karam böhtana həm, tərifə həm də,
Sayğısızlığımı başa düş belə:
Xəyalıma elə sən gömülmüsən,
Bütün dünya deyir guya ölmüsən.
İngiliscədən tərcümə
08.04.2018
Samara