
Since I left you, mine eye is in my mind…
Gözüm könlümdədir ayrılan andan,
İndi yarı görür, yarı kordur o.
Həmişə yolumu mənə tanıdan,
Görən tək görünür, görümüsə yox.
Beyinə yetirmir quşun çiçəyin,
Şəklini, ya başqa hər nəyə baxsa.
Əksini önündən gəlib keçənin,
Yaddaşa köçürüb saxlamır daha.
Görsə ən kobudu ya ən incəni,
Gözəl yaranışı, ya eybəcəri.
Dağı ya dənizi, günü, gecəni,
Qarğanı, kəkliyi – sənə çevirər.
Səndən özgə heç nə görmürəm daha,
Gözümdür, ya da ki, beynim aldadan.
İngiliscədən tərcümə
08-09.04.2018
Samara