
What potions have I drunk of siren tears…
Cəhənnəm suyu tək zəhər, öd dadan,
Nə qədər içmişəm Siren göz yaşı.
Qorxu içində gah, ümidli gah da,
Qələbə yaxınkən, mən uduzmuşam.
+
Fəlakət törətdi ürək nə qədər.
Özünü bəxtəvər saydığı zaman.
Gözlərim çıxırdı hədəqəsindən,
Bu qızma ağlımı alanda başdan.
+
Ah, şərin xeyiri! Anladım ki, şər,
Yaxşını daha da yaxşılaşdırar.
Ölüb gedən sevgi cana gələrsə,
Daha gözəl olar, gücü də artar.
+
Xəcil qayıtdım öz səadətimə,
Qazancım itkimdən artıq üç dəfə.
İngiliscədən tərcümə
14-15.04.2018
Samara
QEYDLƏR:
1.118-ci sonetin davamıdır.
2. Siren — qədim yunan mifologiyasında yarı quş, yarı qadın olan varlıqdır ki, nəğməsi iləgəmiləri təhlükəli sulara aparır.