UİLYAM ŞEKSPİR. 119-CU SONET

sonnet 119

  What potions have I drunk of siren tears

   Cəhənnəm suyu tək zəhər, öd dadan,
Nə qədər içmişəm siren göz yaşı.

Qorxu içində gah, ümidli gah da,

Qələbə yaxınkən, mən uduzmuşam.

 

Fəlakət törətdi ürək nə qədər.

Özünü bəxtəvər saydığı zaman.

Gözlərim çıxırdı hədəqəsindən,

Bu qızma ağlımı alanda başdan.

 

Ah, şərin xeyiri! Anladım ki, şər,
Yaxşını daha da yaxşılaşdırar.

Ölüb gedən sevgi cana gələrsə,

Daha gözəl olar, gücü də artar.

 

                  Xəcil qayıtdım öz səadətimə,
                 Qazancım itkimdən artıq üç dəfə.

                        

İngiliscədən tərcümə

14-15.04.2018

Samara

QEYD: 118-ci sonetin davamıdır.

Реклама