Daha mən bu toranda dolaşmaq istəmirəm,
Burda cavab tapmıram bircə suala da mən.
İstəyirəm, nəhayət, çıxıb gedəm bu yerdən,
Tərk edəm bu dəhşəti və rahat nəfəs dərəm.
—
Girib-çıxmaq olubdur günlərlə mənim peşəm.
Ev axtarıb dolaşıq bir dəhlizdə azmışam,
İşıq axtaran zaman zülmətə göz açmışam.
Qaranlıq bir otaqda dustaq uşaq kimiyəm.
—
Uzaq bir parıltını mən elə bil görürəm,
Qaranlıqlar yarılır, göz önüm işıq var.
Qorxularım yoxalır, torpaq məni aparar,
İşığa yetişərəm, ona qovuşaram həm.
1903
almancadan tərcümə
21-24.09.2021, Samara
Entschluss
Ich will nicht laenger in dem Dunkel tasten,
das meinen Fragen keine Antwort hat;
Ich will mich endlich still von dieser Statt
des Grauens trennen und auch einmal rasten.