Архив | 15.03.2022

ALEKSANDR KUŞNER. «NECƏ KEÇİB ÖMRÜM AVTOMOBİLSİZ…»

Necə keçib ömrüm avtomoibilsiz,

Sürətdən sürətə aşıb keçmədən?

Necə keçirmişəm ömrü stilsiz!

Tanrım, piyadayam, plebeyəm mən

—

Elə bil Romada kəcavəsiz sən,

Gedirsən, günəş də yaxır kəlləni.

Dörd kölə çiyninə alıb bu zaman,
Nəcibi aparır, yarıb kütləni.

—

Hələ oxuyuram Siseronu da!

Və Mişel Montenin sinəsinə baş

Qoyuram ki, məni mücərrəd halda,

Ovutsun, sönüksün içimdə təlaş.

—

Hərb arabaları, İlahi, əvvəl,

Keçэк, sonra gedər,  fillər arxada,

Parıldar qoşqular, təkərdə millər,

Hər şeyi arzunun odu yaxmada.

—

Torana bürünən dar yola çıxıb,

Piyada gedərik arxalarınca.

İynə ulduzundan tutqun işığı

Seçilən xəyali yurda çatınca.

1996

ruscadan tərcümə

12-13.03. 2022, Samara

++++++++++++++

АЛЕКСАНДР КУШНЕР

Как я прожил без автомобиля

Жизнь, без резкой смены скоростей?

Как бездарно выбился из стиля!

Пешеход я, господи, плебей. Читать далее →