Архив по авторам | Xeyrulla Xəyal
ПАВЕЛ АСТАХОВ ВОЗГЛАВИТ СБОРНУЮ РОССИИ ПО ПЛАВАНИЮ
По информации, близкой к официальной, после окончательного ухода с поста уполномоченного по правам детей Павел Астахов может быть назначен главным тренером сборной России по плаванию. Тем временем Виталий Мутко не исключил, что Астахов возглавит сборную России по футболу, так как «наши футболисты тоже плавают».
ДМИТРИЙ КИСЕЛЕВ ОСТАЛСЯ БЕЗ ЛЮБИМОГО ТУРЕЦКОГО ХЛЕБА
QOCA VƏ İT
Gah it ayaq saxlar, gah qoca durar,
Gah qoca qabaqda, gah it qabaqda.
Adlayıb deyəsən on beşi Lora,
Qocanın səksəni qalıb uzaqda.
+
İşğal altda olub balaca vaxtı,
Kursk tərəfdəndir Nikolay əslən.
Yada salandasa ötən həyatı,
Söyür anasını kommunistlərin.
+
Topuqdan aşağı kandarı belə,
Nəfəsi qaralır it adlayınca.
Sarılıb çəliyə titrəyən əli,
Yeridikcə yerlə əlləşir qoca.
+
Qurdbasan üzülür, qoca tükənir,
Gedənlər elə bil iki kölgədir.
Səksən il içində qoca çəkəni,
On beş il içində çəkib bəlkə it.
30.06 – 01.07.2016
Samara
ПАВЕЛ АСТАХОВ В ОТПУСКЕ, ОН ПЛАВАЕТ
«CƏBHƏ»ÇİLƏR DƏ AZƏRBAYCANI «İMAM-ZAMAN»IN GƏLİŞİNƏ HAZIRLAYIRLAR?
Tale Bağırzadəni norveçlilərin “vicdan məhbusları” siyahısına dürtməklə Azərbaycan “demokratları” özlərini olub-qalanın hörmətdən və etibardan saldılar. İndi sağlam fikirli və əsil demokrat ruhlu və düşüncəli insanlar, əlbəttə, belə “demokratlara” yaxın getməz, ancaq AXCP adından çıxış edən və islam faşizmiylə həmrəy olan məsuliyyətsiz şəxslər ümumilikdə demokratik hərəkata böyük ziyan vururlar. Və təəssüf ki, Tale Bağırzadənin öndə olan dəstəkçiləri və pərəstişkarları Qərb ölkəərində sığınacaq tapıb qərb benefitləti, qrantları ilə dolananlardır.
Hacı Bağırzadənin Azərbaycan üçün hansı gələcək arzuladığını və Nardanranda qərargah qurub fəal şəkildə hazırladığı gələcək barədə təsəvvür yaratmaq üçün onun çıxışlarından birinə baxmaq kifayətdir. Bir neçı sitat:
“And olsun Allaha, İmam-Zaman gəlsə, Bu gün Yəmən hazırdır ağanı qəbul eləməyə!”
“Bu gün İran İslam Respublikası Başda Rəhbərimiz ayatulla Xamanei olmaqla hazırdır ağanı qəbul eləməyə!”
“Bu gün Azərbaycanda o şəraiti yaratmışıq ki, İmam-zaman təşrif gətirsin bura?”
“O şərait yaranmalıdır Azərbaycanda. O ruhiyyə yaranmalıdır ki, imam zaman təşrif gətirsin bura!”
“Şükür olsun ki, bu ruhiyyə bu kənddə var”.
“Bu ruhiyyə bu kəndlə məhdudlaşmamalıdır”
“2002-ci il deyil ki Nardaranda təkbaşına mübarizə aparsın”.
“Kəndlərimizdə çoxlu Hüseyn təfəkkürlü gənclərimiz var!”
“Ağanın gəlişinə hazırlaşmağın çoxdan vaxtıdır!”
«ВРЕМЯ» ТОЖЕ ПОКАЖЕТ…
БЕЛЫХ ПОДРАЛСЯ В КАМЕРЕ
BELƏ BAŞÇILARI OLAN XALQIN BAŞINA KÜL OLAR
Təltif olunanlar arasında general Məhərrəm Əliyev də var. İndi deyin: bu adamın Silahlı Qüvvələrə nə aidliyi var? Onun vəzifəsinə baxın: “Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri”.

Bir şey başa düşdünüz?
Yəqin dünyanın heç bir ölkəsində belə bir şey yoxdur. Prezidentin, yəni İlham Əliyevin müdafiə məsələləri üzrə köməkçisi var, bu köməlçinin xidməti var, bu xidmətin müdafiə məsələləri üzrə şöbəsi var, Məhərrəm Əliyev də o şöbənin müdiridir!
Məhərrəm Əliyevin hərbi təhsili yoxdur, onun ümumiyyətlə təhsili yoxdur, bu adam 27 yaşında milis texnikumunu bitirib. Əgər ordu belə adamların əlindədirsə, kül ordunun başına!
Əgər analar sütül uşaqlarının belə əldəqayırma generallara tapşırırlarsa, kül o anaların başına!
Əgər ölkə belə adamların əlindədirsə, kül o ölkənin başına!