Актер Энтони Хопкинс слег с тяжелой простудой в Петербурге. Врачи прописали ему арбидол, русскую водку и русский паспорт.
9 янв, 2013 at 1:23 PM
Актер Энтони Хопкинс слег с тяжелой простудой в Петербурге. Врачи прописали ему арбидол, русскую водку и русский паспорт.
9 янв, 2013 at 1:23 PM
Самолет со спортсменами, прилетевший из Краснодара, выкатился за пределы взлетно-посадочной полосы Саранска. Некоторые специалисты объясняют это тем, что недавно Жерар Депардье, будучи в Саранске, по своему обыкновению два раза помочился на взлетную полосу местного аэропорта.
9 янв, 2013 at 12:52 PM
Люблю грозу в начале мая…
Sevirəm tufanı erkən mayda,
Baharın ki birinci ildırımı,
Coşaraq öz-özünə oynamada,
Elə guruldayar ki, göy yarılar.
Аçılar şad-şahraq qəhqəhələr,
Batar toza yağışın əlləri də.
Yerə mirvari damlalar səpilər,
Qızıllanar günəşin telləri də.
Qaçıb zirək sel axar dağ aşağı,
Qoparar mərəkə quşlar meşədə.
Meşə şarıltısı, dağ gurlaması,
Hay verir birinə hey şən-şən.
Şən deyərsən ki, dəlisov Heba,
Yedirərkən Zevs qartalını,
Gülüb o, ildırım dolu camsa,
Qaynar halda yerə göydən calanıb.
1820-ci illər

(TO EARTHWARD)
Nə şirinmiş dodaqda
Sevgi – can üzülürdü;
Ayrılmışdım torpaqdan
Mən havada üzürdüm.
Yan-yörəm şirin-şəkər.
Axşamlar təpəlikdə
Hansı gizli çeşmədən,
Müşk axıb tökülürdü?
Sevda dolu qoxudan
Baş hərləndi, ağrıdı.
Barmağıma axanda,
Şeh ardıc yarpağından.
Gənc idim, şirinlikdən,
Bədən xumarlanırdı.
Bir ləçək ilişəndə,
Qızarır, qanayırdı.
Deyil sevincin acı,
Qəlb daha. Ağrı dadı
Verməyən duz möhtacı.
İstərəm duyum-dadım,
Sevdanın axıtdığı
Göz yaşı ləkəsini.
Qabıq acısı, yanıq
Mixək dadı xoş mənə.
Çəməndə ya qum üstdə,
Uzanaram qoyaraq,
Başımı qolum üstdə —
Qol keyiyər, ağrıyar.
Azdır hələ bu ağrı,
Bir qüvvə arzularam
Duya biləm torpağı,
Bütün əzalarımla.
ingiliscədən tərcümə
2000-ci illər, Samara
+++++++++++++++++++++
Love at the lips was touch As sweet as I could bear; And once that seemed too much; I lived on air That crossed me from sweet things, The flow of—was it musk From hidden grapevine springs Downhill at dusk? I had the swirl and ache From sprays of honeysuckle That when they're gathered shake Dew on the knuckle. I craved strong sweets, but those Seemed strong when I was young; The petal of the rose It was that stung. Now no joy but lacks salt, That is not dashed with pain And weariness and fault; I crave the stain Of tears, the aftermark Of almost too much love, The sweet of bitter bark And burning clove. When stiff and sore and scarred I take away my hand From leaning on it hard In grass and sand, The hurt is not enough: I long for weight and strength To feel the earth as rough To all my length.
В Венесуэле объявлено, что Уго Чавес пропусти инаугурацию.
А вот Владимир Путин свою инаугурацию ни за что не пропустил бы…
9 янв, 2013 at 7:53 AM
Titrəyə-titrəyə sıxdım əlini,
Ovcunun içində ovcum isindi.
Zərif barmaqların alov dilimi?-
Sandım ki, ömürlük bu od bəsimdi.
Üz-üzə dayandıq, yaxın dayndıq,
Qarışdı nəfəsim gül nəfəsinə.
Mənim kiçik ovcum döndü bir anda,
Bir dünya səadət xəritəsinə.
İki əl qovuşdu asma körpü tək,
Üstündən duyğular adladı, keçdi.
İki ürək dindi iki körpə tək,
İki əl — birləşmiş iki beşikdi.
Könül qüssəsini, könül yasını,
Azdırdım ovcunun qırışlarında.
Oxudum ilk eşqin əlifbasını,
Oxudum ovcunun naxışlarında.
Bir ömür yaşadım bu bircə anda,
Qovuşdum sevincə, yad oldum qəmə.
Gülüş qanadlanıb dodaqlarından,
Qondu qaranquş tək ümidlərimə…
21 noyabr 1977, Salyan-Ərəbqardaşbayli
Цюрих. Церемония вручения высших футбольных наград. На сцене Леонел Месси, только что получивший «Золотой мяч». Пока он выступает, Жерар Депардье, который сидит в зале держит в руке русский паспорт, показывая его футболисту. Месси говорит: «Тут я хотел еще кое-что сказать, но мне в зале показывают красную карточку, поэтому я вынужден закончить…»
8 янв, 2013 at 8:18 PM
İvan Bunin Tostoy haqqında xatirələrində qrafla ilk görüşünü illər keçəndən sonra çox məzəli təsvir edir. Atası bir vaxtlar qafqazda Tolstoyla döyüşmüş gənc yazıçl özünü təqdim edir, Tolstoy mərhum cəbhə yoldaşı barədə bir neçə kəlmə xoş söz deyir. Bundan sonra yaranan gərgin sükutdan çıxmaq üçün Bunin deyir ki, hə, ayıqlar, yəni içməyənlər cəmiyyəti yaranıb, adamlar yığışırlar… Tolstoy onun sözünü kəsib deyir ki, deməli yığışırlar ki, içməsinlər? Sonra kinayə ilə əlavə edir: indi ki yığışırlar, daha oturub içsinlər də…
Niyə yığışırıq, niyə təşkilatlanırıq? Elə Rusiyanın özündə müxtəlif adlı təşkilatların sayı gün-gündən artır, hamısı dı sanballı adlarla, telefonlarla, qəzetlərlə, möhürlərlə. Bu möhürləri sapa düzsən, bizim bütün məşədilərin təsbehindən uzun olar…
Samara vilayətində bir şəhər var, adı Çapayevskdir. Orda yaşayan zirək bir soydaşımız hərdən-hərdən Samara azərbaycanlıları cəmiyyətinin tədbirlərinə gəlir və şikayətlənirdi ki, “xalqı bir yerə yığa bilmir”. O, beləcə də deyirdi: ”Bu xalqı birləşdirmək lazımdır, ancaq bu xalq birləşmək istəmir”. “Xalqı”, yəni Çapayevskidə yaşayan azərbaycanlıları bir yerə yığmaqda zirək soydaşımızın məqsədi təşkilat yaradıb… Bir dəfə onun çıxışını kəsib soruşdum: ”Bu xalqı yığmaqda məqsədiniz nədir? Yoxsa müharibəyə gedirik? Gediriksə — kimlə?” Soydaşımız əvvəl özünü avamlığa qoymaq istədi, guya mən zarafat edirəm. Birləşmək elə birləşməkdir də, yəni millət bir yerdə olmalıdır, bunu ancaq erməni agenti istəməz…
Çapayevli (yoxsa çapaeyvçi?) haqqında az-çox məlumat olduğundan bilirdim ki, o nə kitabxana, nə bazar günü məktəbi, nə etnik-bədii kollektiv yaradandır. Məqsədi sədr olmaq, qoltuğuna qovluq ya əlinə portfel alıb şəhər idarələrinə güzəştli gediş hüququ qazanmaq və şübhəli “millət rəhbəri” statusundan istifadə edib özünün və yaxın adamlarının əsasən alverlə bağlı məsələlərini həll etməkdir. Təşkilat, Samara cəmiyyəti ona rəsmi filial statusu verməsə də, yarandı, yəni əslində təşkilat-zad yaranmadı, o zirək adam sadəcə təşkilat sədri elan olundu və təzə aldığı portfelə bir şələ kağız doldurub başladı idarələri gəzməyə. Deyilənlərə görə, o adamda “o gün olmaz ki, mənə işləri düşməsin, salaram palçığa, ayaqlaram” deyən Xudayar bəy ədaları var və narazıdır ki, bütün Çapayevsk azərbaycanlıları, xüsusən ona heç vaxt işi düşməyənlər, “rəhbərə” tabe olmaq istəmirlər…
Aşağılarda bu tipli “təşkilatların” yaradılmağı ilə paralel başqa bir canfəşanlılıq müşahidə olunur: Moskvadan federal statuslu təşkilatların bölgələrdəki irili-xırdalı bütün azərbaycanlı cəmiyyətləri nəzarət altına almaq, komandanlıq eləmək və həm də əksəriyyəti yalnız kağız üzərində olan birliklərin sayı hesabina sanballı görünmək. Əslində, Azərbaycanda müasir siyasi rejim modelinə əsaslanan kvazi dövlət qurumu yaradılır. “Samara vilayəti azərbaycanlıları Liqası”nın sədri əməkdaşlığa, birgə işə açıq və hazır adamdır, dönə-dönə Moskvaya, Peterburqa və Bakıya Ümumrusiya Azərbaycan Konqresinin iclas və qurultaylarına gedib, özünün xeyli şəxsi vəsaiti hesabına başa gələn bu səfərlərdən aldığı əsas təəssür isə məyusluq olub – Konqres rəhbərliyi çoxdan içtimai təşkilatdan çox nazirliyi, rəhbərlər isə ictimai xadimlərdən çox isti yer tapmış bürokratları xatırladır. Konqresin bir neçə dəfə Samaraya gəlmiş nümayəndələrinin yeganə məqsədi Samara azərbaycanlılarını üzvlük haqqı verməklə Konqres üzvlüyünə cəlb etmək, öz qəzetlərinə abunə yazdırmaq olub. Öz xırdaca qəzetlərini çıxarmağa zülmlə vəsait yığan samaralılar rəhbərliyində dollar milyardçıları olan təşkilatın qəzetinə pul verməyə məcbur olublar!
Samarada çoxlu azərbaycanlının çalışdığı tərəvəz bazasına qanlı hücumdan sonra Samaraya gələn Azərros nümayəndəsi bizi lap məəttəl qoydu. O, sovet vaxtı kolxoza təhkimçi kimi gəlmiş raykom işçisini xatırladırdı. Xeyli səylə ona başa saldıq ki, biz kolxoz deyilik, hüquqları Rusiya Konstitusiyası ilə qorunan azad vətəndaşlarıq. Suyu süzülə-süzülə yola düşəndə dedi ki, heç olmasa bizim Moskvada yaratdığımız … domino federasiyasının filialını burda açın. “Düzdür, sədrimiz ermənidir, ancaq federasiyanı biz azərbaycanlılar yaratmışıq,”- deyə əlavə etdi…
Bir neçə gün əvvəl Şirvan Mürvət oğluna İnternetlə özünü “Ümumdünya Azərbaycan Gənclər Konqresinin sədri” kimi təqdim edən Rəşad Xasayoğludan məktub gəlib. Bir səhifəlik məktubda, rusların dediyi kimi, o qədər duman var ki, “sədr”in nə istədiyini başa düşmək çox çətindir. Şübhəsiz ki, cavan da olsa, aləmin bicidir. Əvvəl yazır ki, “”dünyada vahid təşkilatımız yoxdur”, sonra yazır ki, artıq Ümumdünya gənclər Konqresi Bakıda təsis oklunub.
Birincisi: A zalım balası, biz başa düşmədik: var ya yoxdur?
İkincisi: Oğlan, niyə bəs Şirvan Mürvət oğluna Konqresiniz təsis olunandan sonra yazırsan? Bəlkə əvvəl yazıb məsləhət eləyəydin? İctimai təşkilatların nə olduğunu demokratiyanın vətəni Londonun özündə öyrənmiş cənab Kərimov bəlkə heç razılığını verməyəcəkdi? İndi bəs sən nə istəyirsən? Burda sənin filialını yaradaq? Bəlkə hələ hamılıqla pioner andına oxşayan and da içək: ”Son damla qanıma qədər Rəşad Xasayoğlunun işi uğrunda….”
Bəlkə Xasayoğlunun yox? Bəlkə bu Konqres başqa gənc üçün yaradılır?
Kağızı oxumağa başlayanda deyirdim bəlkə axırına yaxın müharibədən də bir şey yazar, bəlkə cavanları yığıb Ağdamı almağa getmək istəyirlər. Yox, qırışmal nə müharibədən, nə də Ağdamdan yazır.
Ağdam torpağı bunlara qənim olsun…
21-22.02.08, Samara
«Azadlıq» qəzetində çıxıb.
Петербургский депутат Виталий Милонов требует или изъять Гейне из учебников или написать его фамилию как «Негей».
8 янв, 2013 at 5:04 PM
Sağına, soluna “polyot” yazılmış,
Avtobus görəndə ürəyim əsir.
Tutqun pəncərəyə dağılan baxış,
Yandırır canımda uçmaq həvəsi.
Ötüb avtobusu qabaqlayıram,
Gəlib yetişirəm aeroporta.
Təyyarə gərilib qanadlarıyla,
Motoru hikkədən özünü yırtır.
Dəli buludların cilovu əldə,
Üz tutub vətənə uçur ürəyim.
Donur ayaqlarım bu qərib eldə,
Vətən həsrətiylə canım əriyir.
Təyyarə qıy çəkər, kəndimi aşar,
Anam şəkkə düşər, anam dayanmaz.
Balağı ilişər, yerişi çaşar,
Özünü həyətə yetirər ancaq.
Əlini qaldırıb gözünün üstə,
Məni buludlardan soruşar arvad…
Vətən həsrətiyə ürəyim əsdi –
Gedir bu avtobus aeroporta…
1-2 fevral 1988, Samara