Архивы

TÜRKÜN MƏSƏLİ…

İlham Əliyev: «Nə Avropa-Avropa salmısınız? Biz 2001-ci ildə, türkün məsəli, girdik Avropa şurasına, indi girinc olub qalmışıq, türkün məsəli, çıxa bilmirik…»

YUXARIDAN GEDİN..

Azərbaycan prezidenti deməyib ki, AZAL qiymətləri aşağı salmalıdır. İlham Əliyev deyib ki, AZALın təyyarələrin çox aşağıdan uçmasınlar, çünki bahalıqdan acıqlı insanlar onları daş-kəsəklə vura bilərlər…

STERLİQOV STEPANAKERTDƏ TABUT FABRİKİ AÇIR

ГРОБОВЩИК 3 степ

German Sterliqov Stepanakertdə tabut fabriki açmaq isrədiyini bildirib. «Burda itki çoxdur, bundan sonra da çoxalacaq, ona görə bizim biznesin perspektivi əladır. Rusiyada da itki çoxdur, ancaq Ukraynada ölənləri xəlvət basdırırlar, onların bizə mənfəəti olmur», — bunu Sterliqov jurnalistlərə deyib.

NƏCMƏDDİN SADIXOV CAVANŞİR QASIMOVDAN ÜZR İSTƏMİŞDİR!

ДВУСТ 2

RAUF ARİFOĞLU MÜSAVATDAN ÇIXIR

АРИФОГЛЫ

— Müsavatdan çıxırsan? Darıxma. Götürərik YAP-a. Ya da MTN-ə…

NAZİM İBRAHİMOVUN OĞLU ƏSGƏRLİYƏ UÇDU

Azərbaycan. N. hərbi hissəsi. Birdən hissənin üzərində nişansız bir təyyarə görünür. Əsgər qışqırır: «Komandir, əyə, vur!» Komandir deyir: «Nə vur, ə? Bu təyyaərə Nazim İbhrahimovun oğlunundur. Əsgərliyini çəkməyə gəlir».

КАК ДЕПУТАТ МУСАБЕКОВ СОБАК ОСКОРБИЛ

Депутат Расим Мусабеков назвал Эйнуллу Фатуллаева «собакой» и пожелал ему «собачью смерть». Узнав о подобном унизительном для себя сравнении, в Азербайджане все собаки, даже дворняжки, стали очень злыми и собираются обратиться в суд за защитой своей чести и достоинства.

OPERETTA AZƏRBAYCAN

İLHAM: Qızım, sənə otel alım…
LEYLA: Al, dədə, qurbanın olum…
İLHAM: Qızım, sənə mədən alım…
LEYLA: Al, dədə, qurbanın olum…
İLHAM: qızım, sənə banka alım…
LEYLA: Al, dəd, qurbanın olum…
İLHAM: Qızım, səni, qızım səni… deptat edim…
LEYLA: Et, dədə, qurbanının olum, tez, dəd., qurbanın olum…

UYQURLAR AZƏRBAYCANDAKI DUSTAQLARIN AZAD OLUNMASINI TƏLƏB EDİBLƏR

 Şərqi Türküstanın paytaxtı Urumçidə uyğurlar Azərbaycandakı siyasi dustaqlarla həmrəylik nümayişi keçiriblər. Nümayişçilər əllərində Leyla Yunusun, Xədicə İsmayılın, İlqar Məmmədovun, Anar Məmmədlinin va başqalarının şəkillərini tutublar.

TİFLİS FACİƏSİ

Şanlı komandamız böyük “Qəbələ”,

Tiflisə yollandı çalsın qələbə.

Oyunu fıştırıq, gözəl, cağbacağ,

Bəxti gətirmədi, uduzdu ancaq.

Bizim azarkeşlər ürəkləri qan,

Kədərlə çıxdılar stadiondan.

Beləcə gedəndə  vağzala tərəf,

Bir sürü qudurğan, azğın, bişərəf,

Gürcü hücum çəkdi onlara birdən,

Vardı əllərində çubuq dəmirdən.

Milləti alçaqlar vurub-çatdılar,

Bayrağı sındırıb yerə atdılar.

Vurub qanatdılar burunlarını,

Bıçaq batırdılar qarınlarına.

Dedilər: “Qaytarın Zaqatalanı,
Verin üstəlik də gözəl Salyanı!”

Görəndə millətin yox vuran əli,

Dilləndi Öndərin böyük heykəli.

Dedi: “Verdiyimiz havayı qazdan,

Deyəsən qızışıb bu qədər insan.

Bu murdar şəhərdən qoparın məni,

Salyan sahilinə aparın məni!”

Susdu böyük heykəl, üzündə acıq,
Yağış yağmamışdı, yerlərsə palçıq.

05.07. 2015 Samara