ÇEXOV

Qırx dörd yaş nədir ki, indiki vaxtda?

Kim axı bu yaşda indi gənc deyil?

Görərdi birinci Dumanı o da,

Artıq yaşasaydı bir il-iki il. 

Yaşaya bilsəydi əlliyə qədər,
Bir Fiat alardı, Linkoln ya da.

Qraf Tolstoyun dəfninə gedər,
Bəlkə qısaca nitq deyərdi orda.

Görərdü Lenini, bolşevikləri.

Ömür eləsəydi daha yeddi il.
Görərdi gün-gündən ölkə dəyişir,

Böyük Saxalinə necə çevrilr.

Gəmiyə oturub bəlkə Krımda,
Sonra İstanbula çıxıb gedərdi.

Ordan da Berlinə, Parisə ya da.

Çəkərdi hamı tək Rusiya dərdi.

İyirmi səkkizinci iləcən əgər,
Çexov yaşasaydı, Aleks  Fleminq
Görərdi əməyi getməyib hədər,

Taparaq, nəhayət, penisillini.

İngilis kəşfindən yardım alaraq,

Yəqin sağaldardı vərəmini də,
Parisdə xiffətdən saç ağardaraq.

Qorkiyə qoşulub geri dönərdi.

Böyük təntənəylə qarşılanardı,
Dəvət eləyərdi Kremlə Rəhbər.

Adı qəzetlərdə işıqlanardı,
Şəhər mərkəzində mülk verərdilər.

Sıxardı qəlbini müftə dəbdəbə,

Yatmazdı nədənsə əli qələmə.

Nə özü istərdi bir yerə gedə,

Nə də sevinərdi gedib-gələnə.

Görərdi dəyişib həyat, teatr,

Başqa cür oynanır başqa pyeslər.

Ölkə Saxalin tək mənfur adadır,
Müdhişdir “altıncı palata” qədər.

Üzərdi gördüyü, qulu özündən,
Sıxıb damla-damla çıxaran kəsi.

Şair söyləyəndir gözü önündə:

Həmindir “ağalar-qullar ölkəsi”.

NKVD durub pəncərə altda,

İndi qapını da yəqin güdən var.

Elə bil türmədir, ya da palata,
“İch sterbe” deyib Çexov uzanar…

25-26.01. 2022, Samara

SAŞA ÇORNI.YALVARIŞ

Təşəkkür edirəm, sənə, Yaradan,

Ki, həyatda belə vurhavur ikən,
Mən naşir deyiləm, deputat ya da.

 Hələ türmədə də oturmuram mən.

Təşəkkür edirəm, mən sənə, Qadir,
Ki, çıxarmayıblar hələ dilimi,

Mənə hər rəzillik adəti, adi,

Bəxtə inanıram dilənçi kimi.

Təşəkkür edirəm sənə, Təkolan,
Üçüncü Dumaya götürülmədim.

Sənin duaçınam bil ki, hər zaman,
Azdır, hər nə qədər təşəkkür edəm.

Təşəkkür edirəm, Tanrı, sənə ki,

Öndə sarsaqların ölüm anı var,

Dağılan, çürüyən dərilərdəki,

Üfunətli ruhu, nəhayət, qovar.

Dinməz yalvarıram, yox elə tamam,
Qaranlıq toranda onda məni sən.
Bilirəm, cənnətdə çox darıxaram,

Bu dümyada gördüm cəhənnəmisə.

1908

ruscadan tərcümə

25.01. 2022, Samara

=============

САША ЧЕРНЫЙ

МОЛИТВА

Благодарю тебя, создатель,

Что я в житейской кутерьме

Не депутат и не издатель

И не сижу еще в тюрьме.

Благодарю тебя, могучий,

Что мне не вырвали язык,

Что я, как нищий, верю в случай

И к всякой мерзости привык.

Благодарю тебя, единый,

Что в Третью Думу я не взят,—

От всей души, с блаженной миной

Благодарю тебя стократ.

Благодарю тебя, мой боже,

Что смертный час, гроза глупцов,

Из разлагающейся кожи

Исторгнет дух в конце концов.

 —

И вот тогда, молю беззвучно,

Дай мне исчезнуть в черной мгле,—

В раю мне будет очень скучно,

А ад я видел на земле.

İOSİF BRODSKİ. QORXU

Küçə qapısından girirsən axşam.

Və addımlarından qopan səslərin,
Dəhşəti elə ki — deyərsən bu an,
Qaranlıq canlanır xofunla sənin.

Başqa cür ol, başqa özəllikləri,

Qazan və, gizlədib titrəyişini,
Qalxsa pilləkənlə sənin tək biri,

Bıçaq çıxarmışdın sən artıq yəqin.

Ancaq burda sənsən; çətin olsa da,

Axır öz qapına gedin gedib çatan tək,

Sən onu çırpırsan – bu gurultuda

Xain qışqırığın sənin dinəcək.

ruscadan tərcümə

22.01. 2022, Samara

==========

Иосиф БРОДСКИЙ

Страх

Вечером входишь в подъезд, и звук

шагов тебе самому

страшен настолько, что твой испуг

одушевляет тьму. Читать далее

 İOSİF BRODSKİ. “ÇIXMA OTAQDAN ÇÖLƏ…”

Çıxma otaqdan çölə yol verib səhvə birdən,

Günəş nəyinə gərək, əgər Şipka çəkirsən?

Çöldə hər şey mənasız, şənlik səsi xüsusən.

Ayaqyoluna ancaq get və tez də qayıt sən.

Ah, çıxma otağından, çağırma sən taksi də,

Çünki yaradılıbdır bütün fəza dəhlizdən,

Sayğacla yetir sona. Birdən bir mamlımatan,
Gələrsə əsnəyərək, qov getsin soyunmadan.

Çıxma otaqdan, düşün yanırsan qızdırmadan.

Dünyada nə maraqlı stuldan və divardan?

Burdan niyə gedəsən, axşam dönməlisənsə

Həminki tək, üstəlik bəlkə də döyüləsən.

Yox, çıxma otağından! Radionu aç, oyna,
Çəkmələri yalın gey, palto gey lüt əyninə.

Dəhlizdə kələm iyi, kirşə yağının iyi,

Çox hərf yazdın, artıq olacaq daha biri.

Çıxma çölə otaqdan. Sənin görkəmini qoy,
Görsün otağın ancaq. Bir sözlə, inkoqnito

erqo sum – necə maddə hirslə dedi formaya.

Çıxma çölə otaqdan! Çöl Fransa deyil ha!

Gic olma! Ol başqalar ola bilmədiyi tək.

Çıxma otaqdan! Yəni mebeldən gözünü çək,

Dön divar kağızına. Qapan, barrikadalan,
xronosdan, erosdan, və virusdan daldalan.

1970

ruscadan tərcümə

Qeyd: “inkoqnito erqo sum” – “naməlumamsa, mövcudam”.

Brodski Rene Dekartın “Cogito, ergo sum” (Düşünürəm, deməli mövcudam”)

tezisində bir sözü dəyişib.

22.01. 2022, Samara

==================

Иосиф Бродский

Не выходи из комнаты, не совершай ошибку.

Зачем тебе Солнце, если ты куришь Шипку?

За дверью бессмысленно все, особенно — возглас счастья.

Только в уборную — и сразу же возвращайся. Читать далее

ALMA ALMAYA BƏNZƏR, HEYKƏL HEYKƏLƏ YOX…

                            Çexovun “Buqələmun” hekayəsinə nəzirə

Nazir Vilayət Eyvazov prezidentə məruzə edir.

— Əlahəzrət, iki nəfər antimilli ünsür heykəli zədələyib…

-Tez tutun

— Tutmuşuq, əlahəzrət.

— Hərəsinə on beş il. Yox, birinə on beş, o birinə iyirmi il. Hansı çox sağlamdırsa, ona iyirmi il, çünki on beş ilə ölməz… Mənim atamın heykəlini zədələyəni elə zədələrəm ki, heç İsrail həkiməri də düzəldə bilməz!

— Əlahəzrət, zədələnən ulu öndərin heykəli deyil, Hacı Zeynalabdinin heykəlidir.

— Vilayət, belə de də. Bu ayrı məsələ. Yəqin o uşaqlar zarafat eləyiblər. Hacı özü zarafatsevən  olub. Yanından keçən adamı birdən qamarlayıb qıdıqlayıırmış…Ona görə mən onun heykəlini yerdən qoydum ki, gəlib-gedənlə zarafatlaşsın. O uşaqları buraxın getsin. İndi zarafatdan ötrü cavanları türməyə bassaq Avropa, Amerika bizə nə deyər?

— Deyər korrupsionerik…

— Onu deyə bilməzlər, qələt elərlər… Ancaq danışarlar boş-boşuna …Uşaqları buraxın…Ciblərinə də…

— Anaşa qoyaq?

— Yox, anaşa niyə? Cib xərcliyi qoyun… Gedib yeyib-içsinlər. Stress keçiriblər…

Mirzə Əlil

22.01. 2022, Samara

İOSİF BRODSKİ. AXMATOVANIN YÜZİLLİYİNƏ

Vərəq olsun, od olsun, dəyirman daşı ya dən,
baltanın tiyəsini və  kəsilmiş teli də —

Tanrı öz səsi kimi qoruyacaq; xüsusən,

üzrxahlıq və sevgi sözlərini əbədi.

Nəbzi onların qırıq, sümük şıqqıltısı var

onlarda, bel səsi var; onlar hamar, kar həm də,

həyat təkdir – öləri dodaqlardan ucalar,

onunçun daha aydın bütün fəlsəfələrdən.

Möhtəşəm ruh, həm sənə, doğma torpaqda yatan

fani hissənə həm də okeanı aşaraq

mənim təzimim yetər; bu lal-kar kainatda,
o torpaq dilə gəldi sayəndə sənin ancaq. 

İyul 1989

ruscadan tərcümə

19-20.01. 2022, Samara

==============

Иосиф Бродский

На столетие Анны Ахматовой

Страницу и огонь, зерно и жернова,

секиры острие и усеченный волос —

Бог сохраняет все; особенно — слова

прощенья и любви, как собственный свой голос. Читать далее

AZƏRBAYCANDA BİR QAZİ VAR, O DA PREZİDENT

Azərbaycan mətbuatında “qazi” sözünə rast gələn kimi nə qədər çalışıram  gözümün qabağına müharibə iştirakçısı, əlili gətirim, gətirə bilmirəm. Özümü yumruqlayıram, Tofiq Yaqublu kimi hətta  öz-özümə kəllə atıram – alınmır. Gözümün qabağına “Məşədi İbad”ın son səhnələri gəlir: “Gedin, gedin, qaziyə deyin, qoy kəbini kəssin…” Bir də Mola Nəsrəddin lətifələrindəki qazilər yadıma düşürlər. “Kişi ağzında qızıl kimi söz danışır, sən qaz kimi boğazını uzadırsan…”

Əslində indi bizim veteranlara aid “edilən “qazi” sözü və şəriət məhkəməsinin hakimi mənasında qolan “qazi” sözü ərəbcə iki müxtəlif sözdür, onların yazılışı da fərqlidir. Bizdə qismən dilin fonetik kasıblığından iki sözü eyni cür yazıb omonimə çeviriblər. Ancaq “hakim” mənasında olan “qazi” sözü bizə nəinki tanış, hətta doğmadırsa, “döyüşçü” mənasında “qazi” sözünü”  patriotlar-puristlər dilimizə soxuşdurublar. Bu başabəla dil patriotları guya dilimizi əcnəbi sözlərdən təmizləyirlər. Bu necə təmizlikdir: ikinci ərəb sözünü, həm də təhrif olunmuş halda, dilə salmaqla?

Efron Və Brokqauzun ensiklopedik lüğətində oxuyuruq: “Гази (араб. غازي‎) — название вольных воинов, почётный титул мусульман, воевавших против неверных. Понятие встречается в мусульманских источниках c X—XI веков”.

(Şəriət hakimi mənasında olan «qazi» sözü isə belə yazılır: قَاضِي)

Yəni “qazi” – kafirlərə qarşı vuruşan sərbəst, azad döyüşçü. “Ğazv” – “həmlə” sözündəndir.

Latın mənşəli gözəl “veteran” sözü kimin gözünü ya qulağını deşirdi?

Veteran ya müharibə əlili mənasında işlədilən “qazi” sözünü xalqın yadddaşınin, şüurunun iliyinə yeritmək üçün gərək “Məşədi İbad” və Molla Nəsrəddin  lətifələri qadağan oluna.

“Gedin, gedin, qaziyə deyin…”

Lətifələrdə qazi, indiki dillə desək, korrupsionerdir. “Kişi ağzında qızıl kimi söz danışır…”

Ancaq bu lətifələrin birində müsbət qazi surəti var. O da Molla Nəsrəddinin özüdür.

Bir dəfə Molla müvəqqəti qazi təyin edilir. Yanına iki nəfər gəlir, biri o birindən şikayətçidir, deyir bu cənab mənə kəllə vurub. O cənab isə deyir ki, yox, bu cənab kəlləni özü özünə vurub…

Qazi molla məəttəl qalır. Deyir gedin bir az gəzin, mən fikirləşim. Onlar gedəndən sonra Molla məhkəmə eksperimenti keçirir ki, görsün öz-özünə insan kəllə vura bilər ya yox. Çox tullanır, az tullanır, axırda başı divara dəyib partlayır…

Ərizəçilər qayıdanda başı sarıqlı Molla cavabdehə deyir ki, kəlləni sən vurnmusan, o öz-özünə kəllə atsaydı, onun da başıı mənimki kimi yarılardı…

Hakim mənasında “qazi” sözü Azəribaycanda ancaq bir nəfərə aid edə bilər, o adam da prezidentdir. Çünki bütün hökmləri, xüsusən ən absurd hökmləri o çıxarır. Yəni Tofiq Yaqublunun başını dönə-dönə divara vurduğunu, buna görə də başını yox, gözlərinin xəsarət aldığını iddia edən qazi İlham Əliyevdir. Ancaq bu hökmü çıxarmamışdan qabaq əlahəzrət preziden gərək məhkəmə eksperimenti keçirəydi, yəni başını divara vuraydı. Onda görərdi ki, baş yarılır ya gözlər şişib örtülür…

Ona görə də bizim qəhrəman döyüşçülərimizə qazi deməyin, onlara gözəl “veteran” sözü yaraşır. Ölkədə bir kişi olduğu kimi, qazi də bir nəfərdir. Ancaq gərək bu qazi  də Mola Nəsrəddin kimi ədalətli ola, hökm çıxarmamışdan qabaq istintaq eksperimenti keçirə…

Öz üzərində…

Mirzə ƏLİL

21.01. 2022, Samara

İOSİF BRODSKİ. A.BUROV, TRAKTORÇU

Çöldə traktorçu Burov, bir də mən –

Brodski İosif, sovxoz fəhləsi.

Payızlıq taxılı əkirik qoşa.

Görürəm uzaqda qaralır meşə,
Səmada reaktiv uçarın izi.

Sıxır tumsəpəndə dəstəyi çəkməm.

Tumlar dikəlirdi malanın altda

Basırdı ətrafı mühərrik səsi,

Pilot mesaj yazdı göydə kiməsə.

Dalım hərəkətə, şumaydı üzüm,

Bu toxumsəpənə bəzəkdim özüm.

Tozla Mozart kimi pudralanırdım.

1964

ruscadan tərcümə

19.01. 2022, Samara

=======

Иосиф Бродский

А. Буров тракторист…

А. Буров — тракторист — и я,

сельскохозяйственный рабочий Бродский,

мы сеяли озимые — шесть га.

Я созерцал лесистые края

и небо с реактивною полоской,

и мой сапог касался рычага. Читать далее

“AH, BU NƏ QARDİR, ARA VERMİR, YAĞIR…”

Ah, bu nə qardır ara vermir yağır,
Qaldı qar altında bütün yol, cığır.

Damları basmış neçə tonlarla qar,  

Zirvələnib dağ kimi evlər durar.   

—              

Zilləti çoxdur bu müsibət qarın,
Dar günüdür indi dalandarların.

Yox macalı baş qaşıya özbəyin,

Pambığı xatırlayır indi yəqin.

Bənd yaradır tində, dalanlarda qar,
Pərçim olub avtomobillər qalar.

Kim piyada getsə, girincdir o da,
Tapmır elə yer ora addım ata.

Ah, bu müsibətdə gözəllik də var

Hər ağaca ayrı naxış düzdü qar.

Şux bəzənib, nazlı durub hər biri,
Möcüzəkar əllə yaranmış pəri.

Körpə gedir kirşədə, bax, bəxtiyar,
Bəlkə onun xətrinə yağmış bu qar…

19.01. 2022, Samara

HENRİX HEYNE. “GƏLİR, GEDİR İLLƏR, DƏYİŞİR ZAMAN…”

Gəlir, gedir illər, dəyişir zaman,
Nəsil qəbrə gedir nəsil dalınca.

Tək mənim eşqimdir dəyişməz qalan,

Yeri ürəyimdə əbədi, uca.

Görüşə bilsydik yenə bir dəfə,

Önündə dizimi sənin qatlaram.

Ölərkən deyərəm son nəfəsimdə:

“Mən sizi yenə də sevirəm, madam!”

almancadan tərcümə

18. 01. 2022

===============

Heinrich Heyne

Die Jahre kommen und gehen,
Geschlechter steigen in’s Grab,
Doch nimmer vergeht die Liebe,
Die ich im Herzen hab’.

 Nur einmal noch möcht’ ich dich sehen,
Und sinken vor dir auf’s Knie,
Und sterbend zu dir sprechen:
Madame, ich liebe Sie!