SAŞA ÇORNI. «ÇEXOV BU DÜNYADA NİYƏ YOXDUR, AH…»

Çexov bu dünyada niyə yoxdur, ah!

Nə qədər atlı və piyada zəvzək,

Önündə sevimli evin Yaltada,
Durardı, riqqətlə mədh deyərək.

Daim sıçovul tək  vurnuxurdular,
Sanki boksçuydu, səs salıb adı.

O, zarafat edər, baxardı bağa,

Göz qıyıb dinlərdi cəfəngiyyatı.

Xəlvəti, ayrı cür mənsə edərdim

Əgər sağ olsaydı o əziz insan:

Daça çəpərinə yaxın gedərdim,

Sevimli çöhrəyə baxım bircə an.

Asta addımlara o təsadüfən,

Mənə sarı gəlsə, əyilib onda,

Üzümü qapardım əllərimlə mən,
Və itib-gedərdim qatı toranda.

1922

ruscadan tərcümə

02-03. 02. 2022, Samara

+++++++++++++++

САША ЧЕРНЫЙ

Ах, зачем нет Чехова на свете!

Сколько вздорных — пеших и верхом,

С багажом готовых междометий

Осаждало в Ялте милый дом… Читать далее

GEORGİ İVANOV. “XOŞ ƏHVALLI OVÇU ÇƏKİR TƏTİYİ…”

Xoş əhvallı ovçu çəkir tətiyi,
Quş elə önündə sərilir yerə

Duman tək bir anda tüstü əriyir,

Emir rəngi gedən çəmənliklərə

Bataqlıq şəfəqi allanıb gedib,

Və mavi tüstüdə, tələsməyərək,
Yuvanı, bədəni indi tərk edib,
Quş ruhu göylərə səfər edəcək.

Quşun taleyindən gözəldir nədə

İnsan taleyinin özü də elə?

Soyuq nəğmə yatan sətirlərində

Bir az yazı qoyar bəlkə dəyərli…

ruscadan tərcümə

01-02.02. 2022, Samara

++++++

ГЕОРГИЙ ИВАНОВ

Охотник веселый прицелится,

И падает птица к ногам.

И дым исчезающий стелется

По выцветшим низким лугам.

Заря розовеет болотная,

И в синем дыму, не спеша,

Уносится в небо бесплотная,

Бездомная птичья душа.

А что в человеческой участи

Прекраснее участи птиц,

Помимо холодной певучести

Немногих заветных страниц?

GEORGİ İVANOV. “İSTƏRƏM ÜRƏYİM AÇILA, GÜLƏM…”

İstərəm ürəyim açıla, güləm,

Dincələm, yurduma qayıda biləm.

Lap azacıq şeydir mən istəyənlər,

Bunlar, demək olar, hamıda vardır.

Ancaq  diləsəydim Tanrıdan əgər —

Bu, mənasız, həm də günah olardı.

1948

ruscadan tərcümə

01. 02. 2022, Samara

+++++++++

ГЕОРГИЙ ИВАНОВ

Я хотел бы улыбнуться,

Отдохнуть, домой вернуться…

Я хотел бы так немного,

То, что есть почти у всех,

Но что мне просить у Бога —

И бессмыслица и грех.

1948

GEORGİ İVANOV. “DANIŞIRIQ HƏLƏ DƏ….”

Danışırıq hələ də şöhrətdən və sənətdən,
Gah yayı gözləyirik, qışı gözləyirik gah,

Vecsiz önduyumların ürəkdöyüntüsünə,
Yenə də biz hazırıq  əvvəlki tək inanaq.

Necə həyatla hesab üzməyə hazırlaşan,

Var-yoxunu uduzmuş qumarbaz elə atır

Sonuncu qızılı ki, desinlər onun bu an,
Pulu başından aşır.

1941

ruscadan tərcümə

31. 01. 2022, Samara

+++++++++++++++

Георгий ИВАНОВ

Еще мы говорим о славе, о искусстве

И ждем то лета, то зимы.

Сердцебиению бессмысленных предчувствий

Еще готовы верить мы. Читать далее

HƏYƏTDƏ BANLADI BEÇƏ, ABBASLI SƏSLƏDİ LİNÇƏ…

Hər dəfə Tural Abbaslını YouTube kanallarında görəndə vətən yadıma düşür və Məşədi İbad demişkən, halım pərişan olur. Vətən deyəndə ki, ölkənin hamısı yox, kiçik bir kənd və o kənddəki evimiz, bağımız, həyətimiz, həyətdə gəzən toyuq-cücə…

Mən yay aylarında oxuduğum kitabı kənara qoyub toyuq-cücəyə baxmağı çox sevərdim. Mən  baxdıqca cücələr böyüyüb fərə olurdular, beçə olurdular. Fərələr beçələrin qabağında nazlanıb  özlərini dartdıqca beçələrin təzə çıxan pipiklərində qızartı artırdı, yəqin ki, bu, eşqdən olurdu. Beçələrdə eşq həvəsi artdıqca onlarda oxumaq, yəni banlamaq, sevgilərini bütün kəndə yaymaq həvəsi oyanırdı, Gücənirdilər, cürbəcür qırıq-qırıq səslər çıxırdı…

Beçələr pərt olurdular, cücələr qaçıb gedirdilər…

Mən Tural Abbaslını görəndə, xüsusən səsini eşidəndə, o beçələr yadıma düşür…

Ah, vətən! Ah, vətənimin toyuqları, cücələri, fərələri…

Axşamlar isə çaqqallar ulaşırdlar. Ancaq bu ayrı məsələdir…

Hə, bu Tural Abbaslı Əvəz Zeynallının YouTube kanalında  səsinin cır yerinə salaraq və təzə banlayan beçələri xatırladaraq çığırırdı ki, türk bayrağının ipini kəsən Fuad İsmayılov linç olunmalıdır. Yəni bu “linç” sözünü mən düz başa düşürəmsə, Tural Abbaslı tələb edir ki, Fuad İsmayılov məhkəməsiz-zadsız asılmalıdır. Bir vaxt Amerikada ağların qaraları asdığı kimi.

Bu beçəyə oxşayan cənab partiya sədridir. Yəqin bu partiyada bir özüdür, bir də…Yox, təsəvvür edə bilmirəm ki, belə adamın başçılıq etdiyi partiyada ikinci bir adam da ola. Yəqin elə tək özüdür.Və yaxşı ki, tək özüdür. “Linç”çilər partiyası, kuklsklançılar bizə lazımdır?

İnternetdə bu “partiya”nın ideologiyası haqqında oxuyuruq: “Ağ Partiyasının doktorinası (İnternetdə belə yazıklıb: “doktorina” – M.Ə.)“Milli nizam»… “yeni osmançılıq» siyasətinin türk-islam coğrafiyasında təbliği…”

Milli nizam nədir? Bir şey başa düşdünüz? Nizam – universal kateqoriyadır, nizamın nə millisi? “Yeni osmançılıq” nədir? Əvəz Zeynallı kimi “kötü” deməliyik? Hüseyn Cavid kimi “ana” əvəzinə “anne”?

Bu adamın problemi və cəmiyyət üçün təhlükəliliyi bilirsiniz nədəndir? Cahiillikdən! Çünki bu adam təhsil almayıb. Guya “Müstəqil Azərbaycan universitet”ində oxuyub. Bu universitet hardadır? Orda hüquq əvəzinə “linçləmə” dərsi keçirdilər?

Mən əminəm ki, Tural Abbaslı qırxa yaxınlaşan yaşı ərzində dəfələrlə  bayraq ipi kəsməkdən min dəfə pis hərəkətlər edib. Və Tural Abbaslı həmin linçləmə şüuru ilə özünə yanaşsa, görər ki, tikə-tikə doğranmağa layiqdir.

Ağ partiya, ağ yalan partiya –belə hərəkətlərdən deyilmi?

Qəribədir ki, İnternetdə yaşı qırxa çatmış bu adamın haçansa bir gün də olsun ictimai-faydalı işlə məşöğul oldğöu barədə məlumar yoxdur…

“Linç”ə publik çağırışda cinayət tərkibi var və bunun üçün təkcə beçəyə oxşayan ağ yalan partiyasının rəhbəri yox, həm də Əvəz Zeynallı cinayət msuliyyəti daşıyırlar. Sabah bir osmanlı başlıxarab Fuad İsmayılovı öldürsə ya ona xəsarət yetirsə, Tural Abbaslı günühkar sayılmalıdır…

Eh, vətən! Bəzi insanlar xoruzları, bəziləri beçələri, fərələri xatırlatsalar da, onlar heç bir xoş təəssür yaratmırlar. Heyf deyildi əsl toyuq-cücə, kənd həyəti, kənd həyatı, evimiz!..

Axşamlar çaqqallar uLaşardı…Səhərə yaxın bir dəfə də…

Ancaq bu ayrı söhbətdir…

Sözümü bir yapon hokkusu ilə bitirmək istəyirəm:

Darvazamızı fələk vurubdur

Həyətdə banladı beçə

Tural Abbaslı səslədi linçə..

Mirzə Əlil

01. 02. 2022

GEORGİ ADAMOVİÇ. “DANIŞMA HEÇ KİMLƏ. YAYIN ŞƏRABDAN…”

Danışma heç kimlə. Yayın şərabdan,
Tərk et arvadını və qardaşını.

Tərk et adamları. Gərək hər zaman

Duyasan – keçmişə yox qayıdışın.

Keçmişi qəlbindən əgər çıxarsan,

Sönər təbiətə eşqin həmçinin.

Hər şeyə biganə ol və hər zaman,
Günün, ayın, ilin beləcə keçsin.

Ölər yavaş-yavaş arzuların da,

Zülmət ətrafını alar. Və açıq
Görərsən bu yeni həyatda o vaxt,
Tikan çələngini və ağac xaçı.

ruscadan tərcümə

29-30.01. 2022, Samara

===============

Георгий АДАМОВИЧ

Ни с кем не говори. Не пей вина.

Оставь свой дом. Оставь жену и брата.

Оставь людей. Ты должен навсегда

Почувствовать – к былому нет возврата. Читать далее

İQOR SEVERYANİN. QƏRİBƏDİR

Həyat yozulmamış yuxuya bənzər

Yaxşı birisində planetlərin.

Bizə gərəksiz şey vardır o qədər,

Biz istəyənlərin tapılmır biri.

1909

ruscadan tərcümə

28. 01. 2022, Samara

===========

Игорь СЕВЕРЯНИН

Странно

Мы живем, точно в сне неразгаданном,

На одной из удобных планет…

Много есть, чего вовсе не надо нам,

А того, что нам хочется, нет…

1909

GEORGİ ADAMOVİÇ. M.TS. – NIN XATİRƏSİNƏ

Kaş indi biz oturub danışyadıq, Marina!

Alınmadı nədənsə sağkən! Yoxsunuz indi.

Ancaq qu səsinizsə gəlib yetişir mənə,

Bəla elçisidir o, təntənə elçisidir.

Sağ ikən danışmadıq. Günhkar mən deyiləm,

Əslində ədəbiyyat dəvətdir cəhənnəmə,

Mən sevinclə gedirdim ora, gizlədim niyə,

Ordan qayıtmaq isə nəsib olmur heç kimə.

Günahkar mən deyiləm. Nə çoxdur dünyada dərd.

Suçlamıram heç nədə sizi də ancaq axı.

Təsadüfidir hər şey, hər şey – istənilmədən.

Nə gözəldir yaşamaq. Necə pis yaşayırıq…

ruscadan tərcümə

29.01 2022, Samara

================

Георгий Адамович

Памяти М. Ц.

Поговорить бы хоть теперь, Марина!

При жизни не пришлось! Теперь вас нет.

Но слышится мне голос лебединый,

Как вестник торжества и вестник бед. Читать далее

İOSİF BRODSKİ. “YALNIZ KÜLƏ BƏLLİDİR SONACAN YANMAQ NƏDİR…”

Yalnız külə bəllidir, sonacan yanmaq nədir,

Mən də deyə bilərəm  qabağa baxıb ancaq:

Yel aparmır hər şeyi; həyət süpürüləndə,
Necə səy edilsə də, düşüb qalan olacaq.
Siqaret kötüyü tək, tüpürcək tək kölgədə,
əyləc altda qalarıq, yol tapmaz ora şüa

Çürüntüyə, mədəni laya dönənə qədər,
Çirk içində yatarıq günləri saya-saya.

Arxeoloq az qalar, nə tapdığını görcək,

Öyüyə; dünyaya bu kəşf, tapıntı ancaq

Torpağa basdırılıb yaşayan ehtiras tək

Ya da tərs versiyalı ehram tək səs salacaq.

“Leş!” deyib nəfəs dərər, qucaqlayıb qarnını,

Bizdən uzaqdır ancaq yer-göy məsafəsindən,
azadlıqdır çünki leş qəfəsdən, azadlıqdır

Bütövdən: hissəciklər təntənəsidir əsl.

1986

ruscadan tərcümə

23-24. 01. 2022, Samara

=============

Иосиф Бродский

Только пепел знает, что значит сгореть дотла.

Но я тоже скажу, близоруко взглянув вперед:

не все уносимо ветром, не все метла,

широко забирая по двору, подберет.

Мы останемся смятым окурком, плевком, в тени

под скамьей, куда угол проникнуть лучу не даст.

И слежимся в обнимку с грязью, считая дни,

в перегной, в осадок, в культурный пласт.

Замаравши совок, археолог разинет пасть

отрыгнуть; но его открытие прогремит

на весь мир, как зарытая в землю страсть,

как обратная версия пирамид.

«Падаль!» выдохнет он, обхватив живот,

но окажется дальше от нас, чем земля от птиц,

потому что падаль — свобода от клеток, свобода от

целого: апофеоз частиц.

1986

«İSA SEVGİSİNİN YOX İDİ HƏDDİ…»

İsa sevgisinin yox idi həqqi,

Çirkini həm sevib, gözəli həm də.

Sevib müstəbidi, sevib həqiri,
Bitib-tükənməzdi onda rəhm də.

Acıyıb məzluma, həm də zalıma,

Zənginə acıyıb, aca acıyıb.

Qucub cüzamlını, öpüb alnını,
Korun tüpürcəklə gözünü acıb.

İlahi! Həqirəm mən, həm də miskin!

Sevgim öz ölkəmə itib nə vaxtdan.

Adı çəkiləndə ürəyim əsmir,
Getməyə, görməyə atmıram da can.

İsa nemətindən mənə ver azca,

Sevim öz ölkəmi əhalisiylə.

Dövləti başından aşanı, acı,

Sevim yad insanı, düşməni belə.

Sevim müstəbidi, qan içəni də,

Əzib soydaşını incidəni də,
Ağladanı, zəhər içirdəni də,
Yalandan Qurana and içəni də.

Sevim eybəcəri, gözəli sevim,
Sevim qəhrəmanı, sevim qorxağı.

Nə qazancım olsun, nə də ki, evim,

Ancaq hamı kimi sevim torpağı.

Tüpürcəyinə də həqir qulunun,

İsa qüdrətini, Tanrı, ver ancaq,
Sürtüm gözlərinə ölkəmin onu,

İsa tək torpaqla qarışdıraraq.

27. 01. 2022, Samara