Архив тегов | Tsvetayeva haqqında şeirlər

GEORGİ ADAMOVİÇ. M.TS. – NIN XATİRƏSİNƏ

Kaş indi biz oturub danışyadıq, Marina!

Alınmadı nədənsə sağkən! Yoxsunuz indi.

Ancaq qu səsinizsə gəlib yetişir mənə,

Bəla elçisidir o, təntənə elçisidir.

—

Sağ ikən danışmadıq. Günhkar mən deyiləm,

Əslində ədəbiyyat dəvətdir cəhənnəmə,

Mən sevinclə gedirdim ora, gizlədim niyə,

Ordan qayıtmaq isə nəsib olmur heç kimə.

—

Günahkar mən deyiləm. Nə çoxdur dünyada dərd.

Suçlamıram heç nədə sizi də ancaq axı.

Təsadüfidir hər şey, hər şey – istənilmədən.

Nə gözəldir yaşamaq. Necə pis yaşayırıq…

ruscadan tərcümə

29.01 2022, Samara

================

Георгий Адамович

Памяти М. Ц.

Поговорить бы хоть теперь, Марина!

При жизни не пришлось! Теперь вас нет.

Но слышится мне голос лебединый,

Как вестник торжества и вестник бед. Читать далее →