Архив тегов | Georgi Adamoviçin şeirləri

GEORGİ ADAMOVİÇ. “DANIŞMA HEÇ KİMLƏ. YAYIN ŞƏRABDAN…”

Danışma heç kimlə. Yayın şərabdan,
Tərk et arvadını və qardaşını.

Tərk et adamları. Gərək hər zaman

Duyasan – keçmişə yox qayıdışın.

—

Keçmişi qəlbindən əgər çıxarsan,

Sönər təbiətə eşqin həmçinin.

Hər şeyə biganə ol və hər zaman,
Günün, ayın, ilin beləcə keçsin.

—

Ölər yavaş-yavaş arzuların da,

Zülmət ətrafını alar. Və açıq
Görərsən bu yeni həyatda o vaxt,
Tikan çələngini və ağac xaçı.

ruscadan tərcümə

29-30.01. 2022, Samara

===============

Георгий АДАМОВИЧ

Ни с кем не говори. Не пей вина.

Оставь свой дом. Оставь жену и брата.

Оставь людей. Ты должен навсегда

Почувствовать – к былому нет возврата. Читать далее →

GEORGİ ADAMOVİÇ. M.TS. – NIN XATİRƏSİNƏ

Kaş indi biz oturub danışyadıq, Marina!

Alınmadı nədənsə sağkən! Yoxsunuz indi.

Ancaq qu səsinizsə gəlib yetişir mənə,

Bəla elçisidir o, təntənə elçisidir.

—

Sağ ikən danışmadıq. Günhkar mən deyiləm,

Əslində ədəbiyyat dəvətdir cəhənnəmə,

Mən sevinclə gedirdim ora, gizlədim niyə,

Ordan qayıtmaq isə nəsib olmur heç kimə.

—

Günahkar mən deyiləm. Nə çoxdur dünyada dərd.

Suçlamıram heç nədə sizi də ancaq axı.

Təsadüfidir hər şey, hər şey – istənilmədən.

Nə gözəldir yaşamaq. Necə pis yaşayırıq…

ruscadan tərcümə

29.01 2022, Samara

================

Георгий Адамович

Памяти М. Ц.

Поговорить бы хоть теперь, Марина!

При жизни не пришлось! Теперь вас нет.

Но слышится мне голос лебединый,

Как вестник торжества и вестник бед. Читать далее →