YUXUMA GƏLİRSƏN QƏRİB ÖLKƏDƏ…

ANAMLA HƏYƏTDƏ

Yuxuma gəlirsən qərib ölkədə,
Bir dəfə evinə gələsən, anam,

Beş günə də gəlsən, iki günə də,

Görərsən tezliklə mən yanındayam.

 

 

Taxçaya-boxçaya əl yetir bir az
Sil qalın tozunu kitablarımın.
Döşə xalçaları, at kilim, palaz,

Hərdən qırağa çıx, güd artırmanı.

 

 

 

Ətirli sabun al, bəzəkli dəsmal,

Yaxşı mələfə al xırda çiçəkli.
Balışüzlərinin təzəsini al,

Təzə yorğan sırı, başıma çəkim.

 

 

 

Bir dəst stul da al, ucuzu düşsə,
Dəyiş nə sınan var, nə laxlayan var.

Çay al yaxşısından, çay tükənibsə,

Armiudu stəkan, çini çaynik al.

 

 

 

Qonşuya ət aldır bir az dolmalıq,
Süd al, maya da al, özün qatıq çal.

Təndirə girməli halın qalmayıb,
Çörəyi Gülşəndən, Səmayədən al.

 

 

Gəlsən evimizə, gələrəm hökmən,

Yolların tilsimi sınar bir  anda.

Gedərəm iyinlə, hənirinlə mən,
Tezliklə görərsən məni yanında.

 

 

Soyuq, nəm komamız, gəlsən, isinər.
Qanı soyuq ölkə, qəlbi daş ölkə,
Mənimçin yenidən vətənə dönər,
Gəlsən evimizə bir dəfə bəlkə…

 

07.07. 2019

NİKOLAY ZABOLOTSKİ.  ETİRAF

Заболоцкий_Николай_Алексеевич

Признание

Öpüldün, quculdun və cadulandın,

Küləklə bir zaman nikah bağladın,

Sanki qandallıdır qolun-qanadın,
İncilər incisi, mənim qadınım.

 

Sən nə kədərlisən, nə də ki, şənsən,

Elə bil enmisən buludlu göydən,

Nəğməmsən sən nişan mərasimimdə,
Sən mənim divanə ulduzumsan həm.

 

 
Dizlərin üstünə əyilər başım,

Onları yenilməz güclə qucaram.

Şeirlər deyərəm, axar göz yaşım,
Səni yandıraram, şirinim, acım.

 

 

 

Bu əsmər çöhrəni aç işıqlara,
Bu dolu gözlərə, izn ver girim.

Baxıım şərqli kimi qara qaşlara,

İncə yarıçılpaq qolları görüm.

 

 

 

Çoxalan nə varsa – üzülən deyil,

Çin olmayan nə var – unudulandır.

Niyə ağlayırsan, gözəlim, belə,
Mənim xəyalıma gəlir bu ya da?

 

Ruscadan tərcümə

  1. 07. 2019

Samara

 
Зацелована,  околдована,
С ветром в поле когда-то обвенчана,
Вся ты словно в оковы закована,
Драгоценная моя женщина! Читать далее

DƏNİZƏ BƏNZƏYƏN ÇAY

05.07. 2019.jpg

Gah lal-dinməz axırsan,
Gah ləpəli, yeyin, çay!

Bu taydan ki baxırsan,
Çətin görünür o tay,
Dənizə bənzəyən çay!

 

 

Baş verir qasırğalar,

Düşür duman da lay-lay.

Vurnuxur qağayılar,
Qışqırır, salır haray,
Dənizə bənzəyən çay!

 

 

 

Okean gəmisi də,
Qayıq kimi üzən çay.

Qızıl qum dənəsiylə,

Qırağı bəzənən çay!

Dənizə bənzəyən çay.

 

 

Sahildə yığın-yığın,
Balıqçıları qış-yay.

Dadına balığının,
Hansı balıqda var tay? —
Dənizə bənzəyən çay!

 

 

Axır, gedir durmadan,
Xəzərə aparır pay.

Salır yurdu yadıma,
Ürəyimi üzən çay,
Xəzərə bənzəyən çay!

 

04-05. 07. 2019, Samara

NİKOLAY ZABOLOTSKİ. “BİLİK ÇOX OLARSA, QƏM DƏ ARTACAQ…”

Заболоцкий_Николай_Алексеевич

Во многом знании немалая печаль…

 

Bilik çox olarsa,  qəm də artacaq,
Müdrik Ekkleziast bunu söyləyir.

Mən müdrik deyiləm, bəs niyə ancaq,

Dünyaya, insana yazığım gəlir?

 

 

Təbiət yaşamaq, yaşatmaq istər —
Quşlara yedirir o, milyon dəni.

Milyonlarla quşdan bir neçəsidir,
İşığa, ağ günə çıxa biləni.

 

 

Kainat hay salır, gözəllik istər,
Dənizlər hayqırır köpüklənərək.

Ancaq dünyadakı məzarlar üstdə,
Yalnız işıq saçır seçmə çiçəklər.

 

 
Mənmi? Təkcə mənmi? Mən — qısa anı,
Özgə varlıqların. İlahi, niyə,
Yaratdın bu xoş və qanlı dünyanı,
Niyə ağıl verdin, onu anlayam!

 

Ruscadan tərcümə

03.07. 2019, Samara

 

Во многом знании — немалая печаль,
Так говорил творец Экклезиаста.
Я вовсе не мудрец, но почему так часто
Мне жаль весь мир и человека жаль? Читать далее

NİKOLAY ZABOLOTSKİ. UĞURSUZ İNSAN

Заболоцкий_Николай_Алексеевич

Неудачник

Üstündə qızıl qum laylanıb qalan,
Adamsız, hənirsiz yol qırağıyla,
Nədir dolaşdığın belə qayğılı,
Qüssədən bütün gün ölüb az qala?

 

 

Qocalıq yekəgöz ifritə kimi
Qoca ağsöyüdün durub dalında,

Səhərdən bu koldan o kola girir,

Fikri-zikri sənin hər addımında.

 

 

Sərin gecələrdə, yadına bir sal,
Həyatın qızaraq mübarizədə,
Incə qız əlləri, soyuq qanadlar
Çiyninə endirdi və əzizlədi.

 

Üzgün və diqqətli, sevimli baxış,
Axıtdı qəlbinə gur işığını.

Sənsə ayıq, ciddi işlədib başı,
Qayıtdın yenidən öz cığırına.

 

 

 

Yaxşı yadındaydı bu köhnə qayda:
Həyatda həmişə get ehtiyatla.

Ancaq ehtiyatlı fəlsəfə qoydu,

Sənin həyatını keçilməz yola.

Ömrün tənhlıqda ötüşdü elə,

Burdaca, kəndinin künc-bucağında.

Olmadı adını-sanını bilən,

Ali məclislərə çağırılmadın.

 

 

 

Öz dərin ağlını sərf elədin sən,
Hansısa işlərə, itirdin anı,

Bozardı, ağardı, yox oldu birdən
Surəti, mirvari kimi yananın.

 

Sal beyin-başını indi qaydaya,

Dəli fikirləri gizlət içində.

Bax, keçisöyüdü gölgəsi altda,
Öz qocalığındır sənə gülən də.

 

 

 

Getdiyin yol deyil, yol qırağıydı,
Yox, sən öz yolunu tapa bilmədin.

Dain ehtiyatlı, həm də qayğılı —
Nə üçün, məqsədin axı nə idi?!

 

Ruscadan tərcümə

01-02.07. 2019

Samara

 

НЕУДАЧНИК

По дороге,  пустынной обочиной,
Где лежат золотые пески,
Что ты бродишь такой озабоченный,
Умирая весь день от тоски?

Читать далее

NİKOLAY ZABOLOTSKİ. “AND İÇMİŞDİN – QƏBRƏCƏN…”

YEATS

Клялась ты — до гроба

And içmişdin – qəbrəcən,
Mənim yarım olmağa.

Ayıldıq amma birdən,
Dolduq elə bil ağla.

 

 

Ayıldıq amma birdən,
İkimiz də anladıq
Ki, xoşbəxtlik qəbrəcən,
Dost, çətin alınandı.

 

 

Sona tərəddüddədir,
Suların odu yaxır.

Torpağa o yenə də,
Üzüb qayıdır axı.

 

 

Səthi yenə də suyun,
Boşalar və parıldar.

Baxar gecə ulduzu,
Özünü görər orda.

 

Ruscadan tərcümə

30.06.-01.07. 2019

Samara

 

 

Клялась ты — до гроба

Быть милой моей.

Опомнившись, оба

Мы стали умней. Читать далее

U.B. YEYTS. KÜLƏKDƏ OYNAYAN UŞAĞA

YEATS

To a Child dancing in the Wind

 

Dəniz sahilində rəqs edən uşaq;
Sən niyə fərqinə varasan axı
Küləklər ya sular hayqırar, coşar?

Alnından, üzündən duzlu su axır,

 

 

Saçların havada dalğalanmada;
Sən hələ çox gəncsən, nə biləsən ki,

Zəfər — qismətidir axmağın, ya da,
Sevgi itirilir udulan kimi.

 

 

Bilmirsən işçinin ölüb yaxşısı,
Və bağlanmayıb da hələ bircə dərz.
Qoy coşub özünü külək dağıtsın,
Sən niyə özünü qorxudasan bəs?

 

İngiliscədən tərcümə

24-25.06. 2019

 

To a Child dancing in the Wind

 
Dance there upon the shore;
What need have you to care
For wind or water’s roar?
And tumble out your hair Читать далее

NİKOLAY ZABOLOTSKİ. ARVAD

Заболоцкий_Николай_Алексеевич.jpg

Жена

Saçını alnindan geriyə atıb,
Oturmuş pəncərə yanında tutqun.
Barmağı ucunda gəlib arvadı,
Tökür dərmanını qədəhə onun.

 

 

Necə də diqqətli, həm ürkək, incə,
İşıq var azarlı baxışlarında.

Buruq kilkələri gülməli necə,
Pırpızlanıb durub arıq başında!

 

 

Səhər açılandan yazır ki yazır,
Anlaşılmaz işə qərq olub kişi.

Güclə nəfəs alır arvadı yazıq,

Təki ağrımasın ərinin başı.

 

 

 

Döşəmə ayağı altda cırıldar,

Dartır ər qaşını – və həmin anda,
Yerə az qalır ki, girə arvadı,

Ərin məzəmmətli baxışlarından.

 

 

Sən kimsən, kainat dahisisənmi?

Fikirləş: Nə Göte, nə də ki Dante

Gördü istedada belə inamı,

Üstəlik bu həqir, lal məhəbbəti.

 

 

 

Nədir kağız üstdə yazıb-pozduğun,

Həmişə, heç nədən acıqlı insan!

Axı incikliyin, uğursuzluğun,
Eşib zülmətini nə axtarırsan?

 

 
Ancaq əlləşirsən sən adamların,

Xeyri, səadəti naminə əgər,

Niyə həyatının sərvəti, varı,

Gözündən yayınır indiyə qədər?

 

Ruscadan tərcümə

29-30. 06. 2019

Samara

 

Заболоцкий Николай Алексеевич

(1903 – 1958)
Жена

 

Откинув со лба шевелюру,
Он хмуро сидит у окна.
В зеленую рюмку микстуру
Ему наливает жена. Читать далее

U. B. YEYTS. DÜNYANIN ÇİÇƏYİ

YEATS

THE ROSE OF THE WORLD

 

Kim arzular gözəllik bir yuxu kimi keçə,

Kədərdən əyilən al dodaqların naminə —

Kədər ona görə ki, möcüzə görməz yenə —

Uca dəfn alovunda Troya döndü heçə.

Öldü övladları da bu qovğada Usnanın.

 

 

 

Yox olub gedərik biz, gedər əməkçi dünya:

Ruhların içində ki, sarsılır və yer açır,
Ağımtıl sular necə qış yürüşündə qaçır

Fani ulduzlar altda, köpük qalır səmaya,

Ənginlikdə zamandan zamana tək bu keçir.

 

 

Siz də, bütün mələkər, göydə səcdəyə gəlin:
Uzun zaman qalırdı hələ siz yaranana,

Mehriban Kəs fikirli söykənərək taxtına,
Dünyanı çəmən kimi sərdi onun gəzərgi
Ayaqları altına.

 

İngiliscədən tərcümə

26-27. 2019, Samara

 

 

THE ROSE OF THE WORLD

by: William Butler Yeats (1865-1939)

 

 

Who dreamed that beauty passes like a dream?

For these red lips, with all their mournful pride,

Mournful that no new wonder may betide,

Troy passed away in one high funeral gleam,

And Usna’s children died.

 

 

We and the labouring world are passing by:

Amid men’s souls, that waver and give place

Like the pale waters in their wintry race,

Under the passing stars, foam of the sky,

Lives on this lonely face.

 

 

Bow down, archangels, in your dim abode:

Before you were, or any hearts to beat,

Weary and kind one lingered by His seat;

He made the world to be a grassy road

Before her wandering feet.

U. B. YEYTS. DİLƏNÇİ DİLƏNÇİYƏ ZARIDI

YEATS

Beggar To Beggar Cried 

“Daha vaxtdır bu yerdən baş götürüb mən gedəm,
Dənizin havasıyla  səhhətimi düzəldəm”,  –

Divanə bir dilənçi yoldaşına zarıdı,

“Ruhumu səliqəyə salam gərək indi də.

 
“Babat ev ola, bir də yola gedən arvadım

Şeytan bəlkə gəlməyə dalımca addım-addım,”

Divanə bir dilənçi yoldaşına zarıdı,

“Şeytanın ən pisi də qıçlarım arasında”.

 

«Seçərdim evlənməyə hərçənd gözəlini mən,
Vacib deyil gözəllik – nə biləsən indidən”.

Divanə bir dilənçi yoldaşına zarıdı,

“Şeytan gizlənib ancaq hər aynanın içində”.

 
“Varlı olmasa yaxşı,  varlı varıyla çünki
Girincdir, kasıb necə qoturluğun girinci”.

Divanə bir dilənçi yoldaşına zarıdı,

“Yaddır ona zarafat və söhbətin sevinci”,

 

 

“Və hörmətim də artar, həyatım belə keçsə,

Dincələrəm arxayın, dinlərəm gecələrsə”,
Divanə bir dilənçi yoldaşına zarıdı,
“Vəhşi qazlar ilhamla necə verir səs-səsə”.

 

İngiliscədən tərcümə

25.06. 2019, Samara

 

Beggar To Beggar Cried by William Butler Yeats

 

‘Time to put off the world and go somewhere
And find my health again in the sea air,’
Beggar to beggar cried, being frenzy-struck,
‘And make my soul before my pate is bare.- Читать далее