BU ADAM ALÇAQDIR YA ALÇAQ DEYİL?

ÇİNGİZ ABDULLAYEV.jpg

Elə dünən Çingiz Abdullayev deyirdi ki, Yazıçılar Birliyinin “26” adlanan kafe ilə heç bir əlaqəsi yoxdur. Merin cavabından sonra bu gün deyir ki, kafe sahibləri Yazıçılar birliyi ilə müqavilə bağlayıblar.

Bu adam alçaqdır ya alçaq deyil?

Çingiz Abdullayev deyir ki, kafenin maliyyə direktorunun atası və qardaşı şəhiddirlər…

Əlbəttə, kafe sahibləri atası və qardaşı şəhid adam tapıb kafeni onun adına yazıblar. Yəqin belədir. Çingiz Abdullayev də indi iki şəhidin xatirəsiylə pərdələnir…

Bu adam alçaqdır ya alçaq deyil?

ARTYUR REMBO. QIŞ ARZUSU

artur rembo

ARTYUR REMBO

                             (1854-1891)

            QIŞ ARZUSU

                       L’hiver, nous irons dans un petit wagon rose…
Yola gül rəngli vaqonda çıxarıq biz qışda.

Mavi, yumşaq balışlar hər yanımız.

Orda ağuşlar olar, ehtiras, nəvaziş də.

Xəlvəti guşədə qaynar qanımız.

+

Şüşə dalında qara kölgələrin sayrışıını,

Görməməkçin qapayarsan gözünü.

Qara şeytanlara çöldə qara qurdlar qarışar,

Min oyundan çıxaraq yol uzunu.

+

Və titrəyər qəfildən, alllanar, yanar yanağın,

Bir hörümçək kimi  busəm qonan an

Sən əyər boynunu azca

_

Və deyərsən mənə “Axtar!” – başını silkələyib,

Və yalandan girişib axtararıq “hörümçəyi”.

— Yenə gəlib qonacaq…

1870

fransızcadan tərcümə

08-09.2017, Samara 

ТРАМП В ШОКЕ… ОТ ГАЗЕТЫ «АЗЕРБАЙДЖАН»…

  • Господа, я так понимаю, что Азербайджан посылает нас на три русские буквы , а сам хочет сесть на хозяйство Путина. Я в шоке… 

Speaker_Ryan_with_Trump_and_Pence.jpg

ЭЙНУЛЛА ФАТУЛЛАЕВ: ПАПА, МАМА, ДЕРЖИТЕ МЕНЯ, А ТО ПОЕДУ В КАРАБАХ ВОЕВАТЬ…

eynullafatullayev.jpeg

На вечере, посвященном памяти Чингиза Мустафаева, выступил и Эйнулла Фатуллаев, который сделал два заявления

  1. Он вот-вот завершит эссе, посвященное Чингизу Мустафаеву.
  2. Во-вторых, когда ему было 15 лет, по призыву Чингиза Мустафаева рвался воевать в Карабахе, но, увы, родители его удержали…

Думаю, дело близких Чингиза Мустафаева позволять или не позволять Эйнулле Фатуллаеву склонять свое имя вместе с именем погибшего журналиста.

Что касается, второго заявления… Хочется в адрес родителей Эйнуллы Фатуллаева высказать небольшой упрек. Не надо было удерживать Эйнуллу, не надо было…Почему-то думается, что не будь Эйнуллы Фатуллаева, Азербайджан выглядел бы относительно порядочной страной…

ЧЕРТУ ЛЫСОМУ, ЧИНГИЗУ АБДУЛЛАЕВУ: «ЭТО НЕ СМЕШНО И НЕ ГРУСТНО, ЭТО ОТВРАТИТЕЛЬНО…»

Чингиз_Абдуллаев

Еще утром на сайте Эйнулла Фатуллаева было заявление писателя Чингиза Абдуллаева по поводу кафе с названием «26». Озаглавлен материал был так: «Чингиз Абдуллаев: «Над нами смеются в Израиле, США, России». И аршинными шрифтами. Полчаса назад открыл сайт вновь. Материал есть, заглавие другое. Вот такое: ««КАК МОЖНО ЛОМАТЬ И КОНФИСКОВАТЬ БЕЗ РЕШЕНИЯ СУДА». Читать далее →

ŞARL BODLERİN BİR ŞEİRİ AZƏRBAYCANCA VƏ TÜRKCƏ

Bodlerin bir şeirini Azərbaycan, türk dillərinə tərcümədə, həmçinin orijinalda verirəm. Azərbaycancaya tərcümə mənimdir. Burda iki dil arasındakı ciddi fərqləri, həmçini, mənim fikrimcə, Azərbaycan poetik tərcümə məktəbinin üstünlüklərini görmək olar.

X.X.

Şarl BODLER

     KASLBLARIN ÖLÜMÜ

       (La mort des Pauvres)

 

Təsəlli, əfsus, ölümdür! Və ölümdür yaşadan;

Yeganə məqsəd həyatda, ümid də bircə ona.

O, eliksir, coşar ondan və məst olar insan,

Ürək verən də odur ki, çıxaq ömrün sonuna.

+

Qırovla örtülər aləm, qasırğalar gurlar –

Qara üfüqdə tək odur parıldayan, ağaran.

O bir qonaq evi ki, alnımızda ünvanı var,

Yedirərlər gələni, orda salarlar yatağa.

+

O, mələkdir, hamı ovsunlu əllərindən alar,

Ən əziz töhfə — yuxu, dadlı, şirirn röyalar.

Və son yataqda bu əllər çəkər lütün nazını.

+

Sirli saxlancdır, onda Tanrının cəlalı da var,

Kasıbın muzdudur o, həm də ona doğma diyar,

O, tanınmaz səmalara açılan darvazadır.

                                                           1852

                                     fransızcadan, may 2007, Samara

++++++++++++++++++++++++++

YOKSULLARIN ÖLÜMÜ
Ölüm, avutan da -ne çare ki- yaşatan da;
Hayatın sonu; yine de tek ümit, tek güven;
Bizi bir iksir gibi kavrayan, sarhoş eden;
Karda kışta, boralar, tipiler arasında. Читать далее →

BAŞIN (DALIN DA) SAĞ OLSUN, AZƏRBAYCAN…

Qalib_Rəhimov.jpeg

Cəbhə bölgəsində son illərdə ölən əsgərlrin kənd rayonlarından olduğu çoxdan heç kim üçün sirr deyil. Bəzi bakılılar o qədər qudurublar ki, kənd adamlarını özləri maşınla basıb öldürürlər. Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun (şəkildə) oğlu Arifin öldürdüyü iki adamın biri Leriklidir. Lerik balaca yerdir. Ancaq şəhidləri çoxdur. Belə getsə, Lerikdə cavan adam qalmaz…

MOZART

Gələcəyi görmək yaxşı olardı —

Yüz il, iki yüz il, min il sonranı.

Bircə an ekranda, ayrı cür ya da,

Ancaq fərziyyə yox, əsil olanı.

 

Keçən əsirlərin qatını yaran,

Dinən gələcəyin səsidir yəqin.

Yüz il, iki yüz il, min il sonranın,

Kim bilir, bəlkə də lap qiyamətin.

07.09.2017

Samara

MAHİR QULİYEV, BİLƏSUVARIN FƏXRİ, YARAŞIĞI, GƏLƏCƏYİ…

Mahir_Quliyev.jpeg

Bizim gözəl millətimizin bir eybi varsa, o da yaxşı insanların ayağını çəkməkdir. Biri elə Biləsuvar başçısı Mahir Quliyev. Bu insanın ayağını o qədər çəkən var ki, yazıq ombasını tuta-tuta yeriyir. İndi də hay-küy salıblar ki, Biləsüvar parkının bir hissəsini dostuna peşkəş edib, dostu da gözəl bir restoran tikdirib. Açılışında Mahir Quliyev özü şəxsən qol qaldıırıb oynayıb. Yəni bir qolunu qaldırıb. O biri əliylə ombasını tuturmuş…

Bir biləsuvarlı mənə zəng edib deyir ki, ay Mirzə, bu Biləsuvar torpağı Mahir Quliyevin dədəsindən qalıb ki, dostlarına peşkəş edir? Deyirəm ay kişi, bu yazığın dədəsinin Kəlbəcərdə altı sot torpağı olub, onu da erməni dəyyuslar tutublar. İndi bu yetim Biləsüvarı satmasın, bəs haranı satsın?

Biləsuvarlı deyir ki, Mirzə, bunun heç ali təhsili yoxdur, otiuz səkkiz yaşında guya “Naxçıvan” adlı  universitetə girib. Deyirəm qardaş, bu adam o “Naxçıvan” adlı xarabanın qapısından bircə dəfə giribsə, nəinki ali təhsili var, o hətta akademik adına layiqdir.

Biləsuvarlı deyir ki, guya bu uzun müddət ofisiant olub. Deyirəm ay kişi, ofisiant dünyada ən gözəl işdir, xalqa ofisiantdan yaxın adam yoxdur, çox rəhbərlər var ki, acı toxtdan ayıra bilimirlər, ancaq ofisiantlıq eləmiş rəhbərlər baxan kimi bilirlər ki, ac kimdir, tox kimdir. Möhtəşəm İlham Əliyev ömürlük prezident olmasaydı, mən Mahir Quliyevi prezident vəzifəsinə təklif edərdim.

Biləsuvarlı deyir ki, bu Mahir Quliyevin qoçu dəstəsi var. Deyirəm ay kişi, bu qurumsaq qoçu dəstəsi yığır ki, getsin Kəlbəcəri ermənilərdən alsın. Bəs ayrı nə səbəb ola bilər.

Biləsuvarlı hələ çox şeylər demək istəyirdi. Dedim qardaş, məni şərə salma. Möhtəşəm prezident Mahir Quliyevi vəzifəyə qoyubsa, bilir niyə qoyur. İndi sən məni prezidentin üstünə qaldırma.

Yaşasın YAP!

Yaşasın Paşa-holdinq!

Yaşasın AzTv!

Yaşasın məzlum və başıqapazlı Azərbaycan xalqım!

Mirzə ƏLİL