МАМАЙ ОТДЫХАЕТ…
QUBAD SALYANDA
Salyana Qubad gəlib,
Təzə namızad gəlib.
Nə yaxşıdır, nə pisdir,
Ortabab, babat gəlib.
ŞARL BODLER. PİŞİKLƏR
ŞARL BODLER
PİŞİKLƏR
Les amoureux fervents et les savants austères
Həyatının payız çağı yetcək,
Çılğın aşiq və ciddi alilmlər,
Mehir salar pişiklərə — evə fəxr,
Oturaq, istisevər onlar tək.
Təklik həm xoşdur, həm toranlar da,
Həm elmə, həm kefə meyllidilər.
Onları sındıra bilsəydi əgər,
Ərəb yəhərləyər, cilovlardı.
Yatıb xumarlananda baxsan əgər,
Bir sfinksə qürurda bənzərlər.
Və bitməz heç zaman yuxu elə bil.
Qıvrılan belləri işvəylə yanar
Hansı əldənsə qızıl qum səpilib
Ağıllı gözləri daim qaynar.
fransızcadan tərcümə: 19.09. 2014 Samara
TEOFİL QOTYE. GÖYƏRÇİNLƏR
TEOFİL QOTYE
(1811-1872)
GÖYƏRÇİNLƏR
Sahildə, yanında bir məzarlığın
Yaşıl lələk kimi palma ucalar.
Yuva bağlamağa ya sığınmağa
Axşam göyərçinlər başına qonar.
Onlar budaqları tərk edib səhər
Boyinbağı kimi qatarlanarlar.
Gümüş qanadlarla səma bəzənər,
Dam üstə qonarlar uzaqda onlar.
Könlüm bir ağacdır, hər axşam ona
Göylərdən enərək, qanad çalaraq,
Divanə xülyalar gəlib qonarlar
Dan qızaran kimi gedərlər ancaq.
fransızcadan tərcümə: 18.09. 2014 Samara
Osip MANDELŞTAM. LÜTERAN
Я на прогулке похороны встретил…
Bazar günü kirkə həndəvərində,
Dəfn mərasumi çıxdı önümə.
Fikirli olsam da ötəri gördüm
Təlaşlı qəmini ötürənlərin.
Çatmırdı yad dildə danışılanlar
İncə qoşqudasa zərif parıltı.
Astaca-astaca təmiz və hamar,
Yolu dindirirdi nalları atın.
Karetanın incə toranlığına,
Soxulub, yayılıb məkrli kədər.
Kimsə yaxasına qızılgül taxıb
Nə yaş axıdılar, nə söz deyilər.
Getdi əcnəbilər qara sırayla,
Piyada xanımlar gözləri nəmli.
Duvaqlar dalında yanaqlar yanır,
Cənazə inamla gedir irəli.
Kim idin bilmirəm mərhum lüteran,
Səni tez və sadə dəfn elədilər.
Vardı neçə gözdə kədərli duman,
Astaca dinirdi kilsədə zənglər.
Düşündüm: yersizdir burda təmtəraq,
Biz nəbi ya sələf deyilik axı.
Qiyamət gününə biz inanmırıq,
Şam kimi yanırıq günorta çağı.
1912
tərcümə 17.09. 2014 Samara
«ÖLÜM, SƏN EY SƏADƏT!
Azərbaycanı idarə edən, yəni onu hərləyən adamlar dəfn məsələsinə elə qayğı göstərməyə başlayıblar ki, tezliklə bu ölkədə ölmək yaşamaqdan gözəl və mənfəətli olacaq.
İndi sarsaqlamış və abrını itirmiş Fikrət Qoca bir vaxt demişdi: «Bəzən necə gözəlsən, Ölüm, sən ey səadət»…
ПОДВОДНЫЙ БУНКЕР ДЛЯ ПУТИНА: ШИШ ДОСТАНЕТЕ…
Никак не соединятся молодые…
Osip MANDELŞTAM. YƏHUDİ MAESTRO ALEKSANDR QERTSEVİÇ…

Жил еврейский музыкант…
Yəhudi maestro,
Aleksandr Qertseviç,
Şuberti xırdalardı,
Almaz dənəsi kimi.
Can qoyub öyrəndiyi,
Ölməz bir sonatanı.
Çalırdı gecə-gündüz,
Şirin, ürəyə yatan.
Aleksandr Qertseviç,
Qaranlıqmı küçədə?
Aleksandr Qəlbeviç,
Qəm yemə! Bu heç nədir!
Qar xırıldar hələ ki –
Gözəl italyan qızı,
Uçsun gümüş kirşədə,
Şubertin arxasınca.
Bu mavi musiqiylə,
Ölümdən nə çəkinmək?
Sonra bizi geysinlər,
Şeytanın papışı tək…
Aleksandr Qertseviç,
Hər şey çoxdan yazılmış.
Aleksandr Skertseviç,
Boşla! Nə din, nə danış!
27 mart 1931
tərcümə: 16.09. 2014 Samara
++++++++++++++
Еврейский музыкант, —
Он Шуберта наверчивал,
Как чистый бриллиант.
МОСКВА СТАЛА БОЛЬШИМ МАВЗОЛЕЕМ. МОСКВИЧАМ ХОРОШО ЛЕЖАТЬ..
На выборах в Мосгордуму победил внук Геннадия Зюганова, за которого агитировал сам Владими Ильич Ленин.